Coğrafiya dərsi
"Moskva şəhərini
Xəritədə tap, bala".
"Atam tapşırıb, gedib
Yerimi ört-bastala".
"Qonşuya nə deyirlər
Bala, rusun dilində?"
"Çağırıb soruşaram,
Dərsdən evə gələndə".
"İngilislər nə cürə
Çağırırlar meymunu?"
"Hərənin öz adı var,
Hardan bilim mən bunu?"
"Yerin neçə qütbü var?
Dur görüm bir ayağa".
"Bircə anlıq səbr edin,
Söz deyilir qulağa".
Nisbilik nəzəriyyəsi
"Bir sualım var, bala:
Nisbilik nə deməkdir?"
"Haqlını eşitməmək
Haqsızlığa köməkdir".
Nyutonun birinci qanunu
"Niyə dəydi başına
Nyutonun o alma?"
"Qonşu yığır məhsulu
Elmə aludə olma".
Pifaqor teoremi
"Haradan yaranıbdır
Pifaqor teoremi?"
"Çəp gedirsən, a qonşu,
Aşırıb çəpərimi!"
Teoremin "günahı"
"Aksioma, teorem!
De görüm, fərqi nədir?"
"Aksiom arxayındır,
Teorem sübut edir".
Lemma
"Yaxşı, onda de görüm
"Lemma" bəs nə deməkdir?"
"Bənd olmayın, müəllim,
Teoremə köməkdir.
Aksiom yaxasını
Çəkib, qoyub qırağa
Lemma bədbəxt çalışır,
Vaxtı yox oturmağa".
Ədəbiyyat dərsi - Füzuli
"Ay oğul, Füzulidən
Nə bilirsən, de görək!"
"Əgər açıb danışsam
Türməyə düşə gərək".
Ədəbiyyat dərsi - Nizami
"Nə yazıbdır Nizami,
Bəllidir, hamı bilir!"
"Şikayətə getmişdi,
Müəllim, hamı gülür!"
Ədəbiyyat dərsi - Vaqif
"Nə deyə bilərsiniz
Vaqifin qəzəlindən?"
"Siz Allah, tərpətməyin,
Qorxuruq qəzəbindən".
"A bala, nə dedim ki,
Məhşur bir insan olub!"
"Məhşurluğu bəllidir,
Yüz nəfərdən borc alıb!"
Ədəbiyyat dərsi - Sabir
"Ay oğul, niyə belə,
Düşmüsünüz Sabirlə?"
"Həyətinin yanında
Gölməçəni doldurmur.
Çıxırıq buzun üstə
Yeriyib keçmək olmur".
Savadlı müəllim
"Müəllim, sualım var".
"Eşidirəm, ver görək".
"Tüsdü düzdür, ya tüstü?"
"Bunu biləsən gərək!"
"Məncə tüsdü düz olar.
"Olsun sənə ayıb,ar!"
"Müəllim, əlaçıyam".
"Onda tüsdü düz olar".
Çətin sual
"Bala,neçə eyləyir
Üç üstə üç gələndə?"
"Qoy dədəmə zəng edim,
Asan şeydyr əlində".
Mərifətli şagird
"Bala, niyə susursan
Danışsana dərsini!"
"Anam evdə tapşırıb:
"Çox çıxartma səsini".
11.12.2010 Brest
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İrəvan Qarabağı necə itirəcək?
İzləməli olduğunuz Jim Keri filmləri
Ekspess avtobuslarda sıxlıq yaşanır - VİDEO
Ramazan ayının 20-ci gününün imsak və iftar vaxtları
Gözəl qarına sahib olaq
Şans gətirən rənglər
Günün qoroskopu:Sürprizlər vəd edən zamandır
Tibbi sığortaya nə qədər ödəyəcəyik?
Quranda işlənən adlar
Digər ölkələrin toy adətləri
"Victoria's Secret"in məşhur modeli koronavirusa yoluxdu
Tanınmış müğənni bayram günü evləndi - FOTO
Balaca qızlara saç düzümü
Nikah öncəsi icbari tibbi müayinə ilə bağlı qanun layihəsi niyə işləmir?
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Paytaxtda bu küçədə su və ümid kəsilib
Ana südünü nə artırar?
Zeynəb Xanlarova Nyu Yorkda
Udinlər bayram edirlər
Sürücülərin nəzərinə: Avtomobilinizin içinə su dola bilər!
Hava haqqında
Kraliça şahzadənin qərarından narazıdır
Bu ölkəyə “zülmət çökdü”
Hərbçiləmiz Ramştayna gedir
İşıqlı xatirələrdə yaşayır
Şərq ulduz falı
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Qaranlıq beyni inkişaf etdirir
Dəyərli xanımlar üçün möhtəşəm ayaqqabılar
Rus Dili dərs-16
DİQQƏT! Metronun iş qrafiki və qatarların intervalları dəyişir
Hadisənin şəkli izləyicilərini təəccübləndirdi-FOTO
Hande Ataizi ərə gedir-FOTO
HAVA necə olacaq?
Köhnə kitabları oxuyarkən təhlükəli xəstəliklərə də yoluxa bilərik
Dünyanın ən bahalı əsəri saxtadır? - BÖYÜK QALMAQAL - FOTO
Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı RƏSMİ AÇLQLAMA
Özəl Məsut: onu fərqləndirən nədir?
Günün qoroskopu:Şansdan mütləq yararlanın!
Nəhəng pişik: uzunluğu 1 metr, çəkisi 13 kq - FOTO
İtaliyada 2 manata ev satılır-FOTO
Zakir Həsənov cəbhədən danışdı
Tibetdə ölümsüzlük suyu icad edildi - SENSASİYA
"Facebook"da xəbər oxumaq pullu ola bilər
Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirildi
Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ
İdman üçün "Zamanım yoxdur" deyənlərə ipucları
Metro 1-ə kimi işləyəcək
В«Ermənilərin deportasiyası qeyri-insani akt olubВ»
Hulusi Akardan Azərbaycana qələbə təbriki
- ŞƏRHLƏR