Coğrafiya dərsi
"Moskva şəhərini
Xəritədə tap, bala".
"Atam tapşırıb, gedib
Yerimi ört-bastala".
"Qonşuya nə deyirlər
Bala, rusun dilində?"
"Çağırıb soruşaram,
Dərsdən evə gələndə".
"İngilislər nə cürə
Çağırırlar meymunu?"
"Hərənin öz adı var,
Hardan bilim mən bunu?"
"Yerin neçə qütbü var?
Dur görüm bir ayağa".
"Bircə anlıq səbr edin,
Söz deyilir qulağa".
Nisbilik nəzəriyyəsi
"Bir sualım var, bala:
Nisbilik nə deməkdir?"
"Haqlını eşitməmək
Haqsızlığa köməkdir".
Nyutonun birinci qanunu
"Niyə dəydi başına
Nyutonun o alma?"
"Qonşu yığır məhsulu
Elmə aludə olma".
Pifaqor teoremi
"Haradan yaranıbdır
Pifaqor teoremi?"
"Çəp gedirsən, a qonşu,
Aşırıb çəpərimi!"
Teoremin "günahı"
"Aksioma, teorem!
De görüm, fərqi nədir?"
"Aksiom arxayındır,
Teorem sübut edir".
Lemma
"Yaxşı, onda de görüm
"Lemma" bəs nə deməkdir?"
"Bənd olmayın, müəllim,
Teoremə köməkdir.
Aksiom yaxasını
Çəkib, qoyub qırağa
Lemma bədbəxt çalışır,
Vaxtı yox oturmağa".
Ədəbiyyat dərsi - Füzuli
"Ay oğul, Füzulidən
Nə bilirsən, de görək!"
"Əgər açıb danışsam
Türməyə düşə gərək".
Ədəbiyyat dərsi - Nizami
"Nə yazıbdır Nizami,
Bəllidir, hamı bilir!"
"Şikayətə getmişdi,
Müəllim, hamı gülür!"
Ədəbiyyat dərsi - Vaqif
"Nə deyə bilərsiniz
Vaqifin qəzəlindən?"
"Siz Allah, tərpətməyin,
Qorxuruq qəzəbindən".
"A bala, nə dedim ki,
Məhşur bir insan olub!"
"Məhşurluğu bəllidir,
Yüz nəfərdən borc alıb!"
Ədəbiyyat dərsi - Sabir
"Ay oğul, niyə belə,
Düşmüsünüz Sabirlə?"
"Həyətinin yanında
Gölməçəni doldurmur.
Çıxırıq buzun üstə
Yeriyib keçmək olmur".
Savadlı müəllim
"Müəllim, sualım var".
"Eşidirəm, ver görək".
"Tüsdü düzdür, ya tüstü?"
"Bunu biləsən gərək!"
"Məncə tüsdü düz olar.
"Olsun sənə ayıb,ar!"
"Müəllim, əlaçıyam".
"Onda tüsdü düz olar".
Çətin sual
"Bala,neçə eyləyir
Üç üstə üç gələndə?"
"Qoy dədəmə zəng edim,
Asan şeydyr əlində".
Mərifətli şagird
"Bala, niyə susursan
Danışsana dərsini!"
"Anam evdə tapşırıb:
"Çox çıxartma səsini".
11.12.2010 Brest
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yeməli, yeməməli?
Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirildi
Zamanla ayaqlaşmaq lazımdır
Ermənilər mövqelərimizi atəşə tutublar
Ölənlərin sayı 5 dəfəyədək azalıb
"Sevinc" salatı (foto resept)
Hadisənin paylaşımı qalmaqal yaratdı
Hazal Kayanı belə görməmisiniz - FOTO
Çempionlar Liqası finalının biletləri satışda
Naxçıvanda orduya əmr verildi
Yer sakinləri acından ölə bilər
Lələklərdən ibarət qanad
Gözəllik üzrə ekspertiniz - mobil telefon
"Arı yuvası" tortu (foto resept)
Prezident ailəsi ilə Yel çərşənbəsini belə qeyd etdi - FOTO
"Pokemon Go" oyunu ilk ayda bu qədər qazanc gətirdi
Həsən Əliyev küçəsi açılır
Çanta modelləri
Necə xoşbəxt olmalı?
Girovlarımız bu gün azad ola bilər
Qədim Mayyalardan Şərq futurizminə qədər
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Mançini Arda Turanı istəyir
Aleksandr Rozenbaum sərnişinin həyatını xilas etdi-FOTO
Doğulacaq övladının FOTOsunu paylaşdı
Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI
Yayda təbiətin gözəlliyi
Hicablı xanımlar üçün geyim dəstləri
Səfərbərliyə cəlb edilmiş tələbələrə güzəştlərlə bağlı QƏRAR
Dünya elmi zəfəranın arxasında xərçəngin müalicəsini gizlədir?
Gündəlik salat (foto resept)
Neftin və dolların bu günə qiyməti
Azərbaycanda nikahların sayı artıb
Günün qoroskopu: sizə yardım edəcəklər
Kadırov Rusiyanı bu hərəkəti ilə qarışdırdı
Hollivud ulduzu yaşadığı dəhşətdən danışdı-İLK DƏFƏ
Təbrizin qədim ölçü vahidləri
Məcburi köçkün uşaqlarının yemək xərci kəsiləcək
Tramp şəxsi iqamətgahına gedə bilmir-SƏBƏB
Tez məğlub olmağın səbəbləri
Çimərlik mövsümü açılacaq?
Hamilə qadınlarda dəmir mübadiləsi
10 yaşlı dahi
Azərbaycandan ABŞ-a birbaşa aviareyslər: tarix açıqlandı
Bişirdiyi yumurtalar rəsm əsəri kimi görünür
Türkiyə kino tarixində REKORD-VİDEO
Maaşlar nə vaxtdan qalxır?
Çanta və ayaqqabı modelləri
Günün qoroskopu: yeni tanışlıqlar məsləhətli deyil
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
- ŞƏRHLƏR