Coğrafiya dərsi
"Moskva şəhərini
Xəritədə tap, bala".
"Atam tapşırıb, gedib
Yerimi ört-bastala".
"Qonşuya nə deyirlər
Bala, rusun dilində?"
"Çağırıb soruşaram,
Dərsdən evə gələndə".
"İngilislər nə cürə
Çağırırlar meymunu?"
"Hərənin öz adı var,
Hardan bilim mən bunu?"
"Yerin neçə qütbü var?
Dur görüm bir ayağa".
"Bircə anlıq səbr edin,
Söz deyilir qulağa".
Nisbilik nəzəriyyəsi
"Bir sualım var, bala:
Nisbilik nə deməkdir?"
"Haqlını eşitməmək
Haqsızlığa köməkdir".
Nyutonun birinci qanunu
"Niyə dəydi başına
Nyutonun o alma?"
"Qonşu yığır məhsulu
Elmə aludə olma".
Pifaqor teoremi
"Haradan yaranıbdır
Pifaqor teoremi?"
"Çəp gedirsən, a qonşu,
Aşırıb çəpərimi!"
Teoremin "günahı"
"Aksioma, teorem!
De görüm, fərqi nədir?"
"Aksiom arxayındır,
Teorem sübut edir".
Lemma
"Yaxşı, onda de görüm
"Lemma" bəs nə deməkdir?"
"Bənd olmayın, müəllim,
Teoremə köməkdir.
Aksiom yaxasını
Çəkib, qoyub qırağa
Lemma bədbəxt çalışır,
Vaxtı yox oturmağa".
Ədəbiyyat dərsi - Füzuli
"Ay oğul, Füzulidən
Nə bilirsən, de görək!"
"Əgər açıb danışsam
Türməyə düşə gərək".
Ədəbiyyat dərsi - Nizami
"Nə yazıbdır Nizami,
Bəllidir, hamı bilir!"
"Şikayətə getmişdi,
Müəllim, hamı gülür!"
Ədəbiyyat dərsi - Vaqif
"Nə deyə bilərsiniz
Vaqifin qəzəlindən?"
"Siz Allah, tərpətməyin,
Qorxuruq qəzəbindən".
"A bala, nə dedim ki,
Məhşur bir insan olub!"
"Məhşurluğu bəllidir,
Yüz nəfərdən borc alıb!"
Ədəbiyyat dərsi - Sabir
"Ay oğul, niyə belə,
Düşmüsünüz Sabirlə?"
"Həyətinin yanında
Gölməçəni doldurmur.
Çıxırıq buzun üstə
Yeriyib keçmək olmur".
Savadlı müəllim
"Müəllim, sualım var".
"Eşidirəm, ver görək".
"Tüsdü düzdür, ya tüstü?"
"Bunu biləsən gərək!"
"Məncə tüsdü düz olar.
"Olsun sənə ayıb,ar!"
"Müəllim, əlaçıyam".
"Onda tüsdü düz olar".
Çətin sual
"Bala,neçə eyləyir
Üç üstə üç gələndə?"
"Qoy dədəmə zəng edim,
Asan şeydyr əlində".
Mərifətli şagird
"Bala, niyə susursan
Danışsana dərsini!"
"Anam evdə tapşırıb:
"Çox çıxartma səsini".
11.12.2010 Brest
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Berenin restorana tək getməsi diqqət çəkdi
Bu proqram tətbiqi keçirdiyimiz hissləri təyin edəcək
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Milyon dollarlıq xəzinəni gizlədib, axtarış üçün ipucları qoydu - FOTO/VİDEO
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Ronaldonun görməmişliyi
Duman
Çoxuşaqlı ailələr bunu bilməlidir
Beren Saat onunla tərəf müqabili oldu-FOTO
Adriana Lima Metinin yalanını üzə çıxardı
“Sədərək” ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
Çağla Şikelin sevgilisi kimdir?-FOTO
"Ermənilər qondarma soyqırım ilə bağlı iddialarını sübut edə bilmirlər"
Finlandiya 10 ölkənin vətəndaşlarına sərhədlərini bağlayacaq
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
HAVA necə olacaq?- 13 MAY
Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur
Stallonenin qızı gözəlliyi ilə hər kəsi HEYRƏTLƏNDİRDİ - FOTO
Azərbaycan güləşçiləri Türkiyədə 5 medal qazanıblar
Məşhurlar hansı türk seriallarına baxırlar?
Çili yenə silkələndi
"Hədəf"dən şəhid ailələri və qazilərin övladlarına xüsusi güzəştlər
Bu heyvanların dostluğu hər kəsi TƏƏCCÜBLƏNDİRİR-FOTO
Alimlər koronavirusun radiasiya ilə müalicə üsulunu təklif ediblər
Xoşbəxtlik gətirməyən münasibətin səbəbləri
Möhtəşəm şəkillərin arxa planı
Azərbaycanlı müğənniyə kapitan rütbəsi verildi (FOTO)
Sənədsiz torpaq qalmayacaq
Castin Biberdən yeni trend- FOTO
İtkilər verən düşmən geri çəkilməyə məcbur edilib - RƏSMİ
Yeni intihar növü: Bu il "selfi" 12 nəfərin həyatına son qoyub
Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb
Bakıda qadınlara həsr olunan sərgi - FOTO
DİQQƏT! Bu ağartı məhsullarından uzaq durun
Qışın ilk günü hava şəraiti dəyişəcək
Kiçik toxuma modeli
Ayda donmuş su aşkarlandı
Demi Moore-nin gözəllik sirləri
Ay tam tutulacaq: nə etməli?
"Bir nömrəli məsələ Yanukoviçin istefasıdır, başkəsənlər və diktatorlarla kompromis olmaz"
Hazal Kaya Amerikaya gedir-SƏBƏB
Onlar xoşbəxt oldularmı?
Bakıda Beynalxalq döyüş yarışı keçirələcək
Qubada zəlzələ olub
Məsləhət kitabçanız üçün
Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb - VİDEO
Tatar çakçakı (foto resept)
Şok: 9 yaşlı müsəlman qızların nikahı qanuniləşir
Bakıda 1000-ə yaxın gələcəyin həkimi könüllü oldu
İlin ən yaxşı idmançılarının adları açıqlanıb: Ronaldu ikinci, Messi - üçüncü
- ŞƏRHLƏR