Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
III
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
"Sevirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
IV
Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.
Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.
Nəbi Xəzri
XƏBƏR LENTİ
Ləzzətli bəlalar: yeməyə dəyərmi?
Qar gəlir!
Min bir dərdin dərmanı
Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı tövsiyəsi
Tovuzda yeddi ayda 272 nəfər sevinib
Revmatizm
“Oskar” mükafatını qazanmaq üçün yeni kriteriyalar açıqlandı
Dünyanın Ən böyük Yeni il "yolka"sı yandırıldı – VİDEO
ABŞ-dan Qarabağ çağırışı
Riyazi məntiq - " Yeni il"
Dünyadan köçmüş ən varlı tanınmış kimdir?
Uşaq arabaları və oturacaqları
Hələ belə “gözəl” gözlərə rast gəlməmisiniz - Foto.
“Aşk ağlatır” serialı FİNAL edir-SƏBƏB
Yapon alimindən oruc tutmaqla başlı AÇIQLAMASI
Pendirli pide poğaça (video-resept)
Gündəlik dəbli koftalar
"Titanic"də kadrarxası
Demet Akalından həyat yoldaşına ad günü hədiyyəsi - FOTO
Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA
Burak Özçivit məşhur aktrisa ilə sevgili olacaq - FOTO
Bunları bilirsiniz?
Viktoriya Bekhem qapalı geyimi ilə rəğbət topladı - FOTO
"Saxta" balıqlar
“Azərsu”dan smart-kart açıqlaması
Neymardan daha bir şou -VİDEO
Keçmişin dəbi: gəlinin rəfiqələri
300 illik gəlinlik
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Paltarına görə təyyarəyə buraxılmadı-FOTO
"İkinci çörək" də bahalaşdı?
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bu ərzaqları gecə yemək sizi kökəltməyəcək
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
Bakı-Sumqayıt qatarı ilə bu yerlərə də getmək mümkün olacaq
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Dünyanın ən varlısı nə Messi nə də Ronaldudur - 20 milyardı olan 19 yaşlı Faiq - FOTO
Hava haqqında
Poçtalyon insanları əyləndirməyin maraqlı üsulunu tapıb
Türkiyənin ən gözəl qızı və oğlanı seçildi - FOTO
Çerkez mantısı ( foto resept)
Samsung Galaxy Note 3 göstərildi
8 nüvəli prosessorlu ağıllı telefonlar hazırlanır
Acun "Survivor"və "Exathlon" yarışlarının gələcəyindən danışdı-FOTO
"İntimissimi"dən alt geyimlər
Fransa polisindən biabırçılıq: 10 yaşlı dörd türk uşağı həbs etdilər
Tibb bacısı "Barbi"yə oxşamaq üçün sərvət xərclədi
İçlikli kartof topları (foto resept)
Yeni şəbəkə hazırlanır
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
- ŞƏRHLƏR