Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
III
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
"Sevirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
IV
Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.
Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.
Nəbi Xəzri
XƏBƏR LENTİ
"İlk Avropa Oyunları ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək"
Canlı yayımda verilən sual hər kəsi təəccübləndirdi
Qiyməli kartof dolması (foto-resept)
Heyvanları fikirlə idarə etmək olacaq?
Demet etiraf etdi: “Okan üçün darıxıram”
Ucuz dükanda sərvət tapdı - FOTO
Sosial media depressiyaya səbəb olur
Günün qoroskopu:Bədxərclik etməyin!
Sabah qaz olmayacaq
Çörəyin qiyməti artacaq?
Azərbaycanda çörək bahalaşacaq?
Kişi olmaq daha yaxşı imiş
Arıqlama preparatları bəzən ölümə aparır
Onlar “Survivor 2021”-də yarışacaqlar - FOTO
Paxlava yuxasından hazırlanan börək (foto resept)
Dayanacaqlarda elektron lövhələr havanın temperaturunu düzgün göstərirmi?
Filipp Kirkorov BAKIDA-FOTO
Şadlıqda qəmlənənlər: musiqi insanı dəli də edər
Gecə Bakıda yürüş oldu
Mənim dünyam
Şah yeməyi (foto resept)
Badamlı, portağallı peçenye (foto resept)
Onurğaya zərər verən vərdişlər
Bu da siqaret körpüsü
Spagetti
Uşaqlarda öpüş xəstəliyi
Murad Dadaşov, Rafael və Coşqun əməkdar artist oldular
Ermənilər Qubadlıda tarixi məscidi donuz tövləsinə çevirdi
Monika Beluççi və qızı Deva Kassel rəqabəti- FOTO
Yataq otağınızda boz rəngdən istifadə edin
Yaş maya maskası və faydaları
Bezeli, biskvitli qozlu tort (foto resept)
Çox vitamin də ziyandır
ETİRAFLAR:"Allahın mənə yazığı gəlir"
Meyvə-tərəvəz qiymətini saytdan öyrənmək olacaq
Burak Özdemir onu təqlid edən azərbaycanlı əsgərə salam yolladı - VİDEO
Gəlinlik nümunələri
Bakıda avtobus sahiblərinə qarşı şərtlər irəli sürüldü.
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Balıqlı yuvacıqlar(foto resept)
Kraliçanın tacının daşları niyə biskvit qutusunda gizlədildi?
8 ay sonra barışdılar - FOTO
İstilik mövsümünün vaxtı uzadıldı - RƏSMİ AÇIQLAMA
Hava haqqında
Fransa Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün əldə olunmasını istəyir
Dollar yenə bahalaşdı
Məşəl bu gün Bulvara gətiriləcək
Azərbaycanda 5 gün İŞ OLMAYACAQ
Südlü sousda toyuq (foto resept)
Vitiligo xəstələrinə yeni ümid
- ŞƏRHLƏR