Soma faciəsi
(Türk xalqına Azərbaycan xalqı adından)
Yenə dərya kimi uddu dünyamız.
Günəşli yaz günü doldu dünyamız.
İnsana biganə qaldı dünyamız.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir alovlanırıq.
Neçə oğulların qardaşsız qaldı.
Neçə övladların atasız qaldı.
Neçə dostlar sındı, sirdaşsız qaldı.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir alovlanırıq.
Yollara dikildi çox nəmli gözlər.
Kədərdə boğuldu çox düşkün üzlər.
Çökdü, yerə dəydi əyilməz dizlər.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir alovlanırıq.
Bu yaşlar Gəncədən, Oğuzdan gəlir.
Lənkəran, Şəkidən, Tovuzdan gəlir.
Mil, Muğan deyilən bir düzdən gəlir.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir alovlanırıq.
Qorqudun düşməndən, qan bahasına.
İndisə batmısan qəhər, yasına.
Azərbaycan xalqı həyan səsinə.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir, alovlanırıq.
Biçarə bəndəyik sirrli dünyada.
Bağlıyıq Türk adlı böyük bir ada.
Səbr eylə, sağalar bax bu yara da.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir alovlanırıq.
15 may 2014
Tez əhdini pozur dünya
Bel bağlama vəfasına,
Tez əhdini pozur dünya.
Düçar edib cəfasına,
Qoz tək sıxıb əzir dünya.
Mum eyləyir daş, dəmiri.
Qəflət yazır, verir əmri.
Çiçəklənən bir ömürü
Qönçə ikən üzür dünya.
Milyonlara qələm çalıb.
Neçə tale qaralayıb.
Anaları düşkün salıb.
Bildiyini yazır dünya.
Əsirgəmir, dövlət verir.
Tükənməyən sərvət verir.
Dərd-bəlanı xəlvət verir.
Dərin quyu qazır dünya.
Atır yana insanlığı,
Gözü seçmir solu ,sağı.
Tapdalanır haqqın tağı.
Dinməz baxır, dözür dünya.
İlham yazır, yazmasa, nə?
Barışmayıb dözməsə, nə?
Səadətin badəsinə,
Gizlin zəhər süzür dünya.
28.06.2010
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sevməkdən qorxduğunuzu göstərən hallar
Sərt karantin günlərində apteklərin necə işləyəcəyi bilindi - RƏSMİ + VİDEO
Forbes azərbaycanlı milyarderlərin adını açıqladı
Dünyada ilk dəfə çap evlər tikiləcək-FOTO
Ev tapşırıqları uşağa məsuliyyət hissini öyrədir
Rəngarəng plov (foto resept)
Azərbaycanın bank sistemində elektron imza xidməti tətbiq edilir
Manatın üzərindəki yazı hamını qorxuya saldı
Metropoliten həftəsonu qadağası ilə bağlı açıqlama yaydı
Azərbaycanda rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac va
Geri qayıdan dəb
Azərbaycanda Avropanın ən qədim katakombası tapıldı - FOTOLAR
Demet Akalından qızına 270 minlik hədiyyə - FOTO/Video
Yeni növ avtomobil kreditləri: bəla, yoxsa rahatlıq?
Arıqlama həblərinə diqqət!
İşdən qovuldu, lotereyada 3,3 milyon dollar uddu
Hadise tanınmaz halda – FOTO
100 il əvvəlki gələcək xəyalı
Nilufər əməliyyat olundu
Azərbaycan efirində rekord
Evdən gözəl qoxu gəlməsi üçün nə etməli?
Prezident: "Getsin, cəzasını çəksin"
Türkiyə-Azərbaycan-Türkmənistan üçlər formatı yaradılır
Bakı Metropolitenindən sərnişinlərin təhlükəsizliyi ilə bağlı açıqlama
"20 Yanvar" şəhidlərinin dənizə tökülməsinin qarşısı necə alındı?-Video
İmmuniteti gücləndirmək üçün bu salatı yeyin.
Balıq buğlaması (foto resept)
Nüsrət yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qozlu keks (foto resept)
Ziyafət üçün mükkəməl saç düzümləri
Sevgi dilənçiləri
Asan salat (foto resept)
Azərbaycanda mobil maliyyə xidməti niyə işə salınmır?
Bakıda 10 manata çörək satılır - VİDEO
Türkiyədə evdən çıxmaq qadağan olundu
20 min erməni artıq Qarabağı tərk edib
Iştahsız Uşaq
Feil - 2
Dünyanın ən mavi yerləri
Ərəb biznesmen Trampın evli qızına elçi düşdü
Bakıda yeni binalarda mənzillərin qiyməti kəllə-çarxa qalxır
Hazal Kaya hamilədir-FOTO
Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək
Ədviyyatlı toyuq (foto resept)
Tanınmış obrazlar fərqli qələmdən
Moskva Vahid Mustafayevi alqışlayır
Ziya Bünyadov prospektinin bir hissəsi 4 gün bağlı olacaq
Hamiləliklə bağlı təəccübləndirən məlumatlar
Qulaqları nə zaman deşdirməli?
Şirin əkizlər
- ŞƏRHLƏR