Qadin.NET / Soma

Soma

Soma

Soma faciəsi

(Türk xalqına Azərbaycan xalqı adından)

 

Yenə dərya kimi uddu dünyamız.

Günəşli yaz günü doldu dünyamız.

İnsana biganə qaldı dünyamız.

Ağla, türk qardaşım, biz də yanırıq.  

Dərdin dərdimizdir alovlanırıq.

 

Neçə oğulların qardaşsız qaldı.

Neçə övladların atasız qaldı.

Neçə dostlar sındı, sirdaşsız qaldı.  

Ağla, türk qardaşım, biz də yanırıq.

Dərdin dərdimizdir alovlanırıq.

 

Yollara dikildi çox nəmli gözlər.

Kədərdə boğuldu çox düşkün üzlər.

Çökdü, yerə dəydi əyilməz dizlər.

Ağla, türk qardaşım, biz də yanırıq.

Dərdin dərdimizdir alovlanırıq.  

Soma

Bu yaşlar Gəncədən, Oğuzdan gəlir.

Lənkəran, Şəkidən, Tovuzdan gəlir.

Mil, Muğan deyilən bir düzdən gəlir.

Ağla, türk qardaşım, biz də yanırıq.

Dərdin dərdimizdir alovlanırıq.

 

Qorqudun düşməndən, qan bahasına.

İndisə batmısan qəhər, yasına.

Azərbaycan xalqı həyan səsinə.

Ağla, türk qardaşım, biz də yanırıq.

Dərdin dərdimizdir, alovlanırıq.

 

Biçarə bəndəyik sirrli dünyada.

Bağlıyıq Türk adlı böyük bir ada.

Səbr eylə, sağalar bax bu yara da.

Ağla, türk qardaşım, biz də yanırıq.

Dərdin dərdimizdir alovlanırıq.

15 may 2014

 

Soma

Tez əhdini pozur dünya 

Bel bağlama vəfasına,

Tez əhdini pozur dünya.

Düçar edib cəfasına,

Qoz tək sıxıb əzir dünya.

 

Mum eyləyir daş, dəmiri.

Qəflət yazır, verir əmri.

Çiçəklənən bir ömürü

Qönçə ikən üzür dünya.

 

Milyonlara qələm çalıb.

Neçə tale qaralayıb.

Anaları düşkün salıb.

Bildiyini yazır dünya. 

Soma 

Əsirgəmir, dövlət verir.

Tükənməyən sərvət verir.

Dərd-bəlanı xəlvət verir.

Dərin quyu qazır dünya.

 

Atır yana insanlığı,

Gözü seçmir solu ,sağı.

Tapdalanır haqqın tağı.

Dinməz baxır, dözür dünya.

 

İlham yazır, yazmasa, nə?

Barışmayıb dözməsə, nə?

Səadətin badəsinə,

Gizlin zəhər süzür dünya.

28.06.2010

18 may 2014
GO BACK