Təbiətin, fəsillərin, cahanın,
Ah, nə gözəl bizlərə hikməti var.
Bu həyatda baş verən müşküllərin,
Qulaq asaq, bizlərə söhbəti var.
Sevgi dolu mənzərəyə aç qucaq,
Ağacları qırıb, eyləmə ocaq,
Hər bir yeni pöhrəyə vurma bıçaq,
Etdiyin bu işin pis töhməti var.
Bu təbiət qurulmuş bir nizamla,
Göy ağlar bu zülmünə damla-damla,
Yer üzündə Rəşid gəz sən aramla,
Sənin yox, onun sənə minnəti var.
Pay verən var
Hər bir kərəm yaxşılıqla ödənməz,
Yaxşılığa yaman da pay verən var.
Məyus olub, tərk etmə sən savabı,
Heç olmasa güman da pay verən var.
Aqil insan işi əvəzə görməz,
Yadı arxa bilib, evini hörməz,
Sümük atsan, it yiyəsinə hürməz,
Tulapayı yavan da pay verən var.
Bir kəs sənə əl tutub versə çörək,
Bunu itirməmək mütləqdir gərək.
Comərddirsə ona sayğı göstərək,
Əsarətə aman da pay verən var.
Yağıyçun fürsət olmaya böylə iş,
Bu səbəbdən ona eyləmə bəxşiş.
Yaxşıya yardım et, olsa da keşiş,
Bu əmələ iman da pay verən var.
Rəşid tapmış intəhasız xəzinə,
Çıxmaz əlinnən vurmaz o dizinə,
Tapıb cəvahirat, düşüb izinə,
Qətrəsinə ümman da pay verən var.
Fərid Abdullah Rəşid (10.08.2012)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu günün tarixi (18.05.2014)
"Bayquş" peçenyeləri (foto resept)
Tilsimləyən tortlar
Ramiz Mehdiyevdən nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
Günəş sistemindən kənarda ilk dəfə Yer ölçüsündə iki planet tapılıb
Azərbaycanda dolu yağma halları 10 dəfəyədək artıb
Mehmet Ali Erbil baba olacaq
Göbələkli toplar (foto resept)
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb - RƏSMİ
Xətasız düşünmə sənəti (1)
Madonna məşqlərə buraxılmayıb
Klassik mətbəx dekorasiyası
Kirşanla bütün bunları bacaracaqsınız!
Azərbaycanda hava yenidən sabitləşəcək
Günün ulduz falı
7 gün ərzində pomidor yeməyin faydaları
Baş ağrısından dərmansız qurtulmağın SADƏ YOLU
Beren Saat evinə qayıtdı
Nikinizin mənasını bilirsinizmi?
Günün qoroskopu: əlverişli zamandır
Mehriban Əliyeva: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”
Yeni il ağacı şirniyyatı (foto-resept)
Ebru "Vaxt tapsam, 5 övladım olar" dedi
ATƏT: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla...
Bu kamera panoramanı çəkir
Cəbhədə vəziyyət gərgindir
Monika Belluçi hər kəsi təəccübləndirdi
Sabah ölkədə qar yağacaq
Hava haqqında - 09.02.2014
Koronavirusla bağlı SON STATİSTİKA
Bayrağımız Şurnuxa sancıldı - VİDEO
"Koka-Kola"dan ŞOK QƏRAR: İçində narkotik qatılacaq
Ermənistan prezidentini öldürmək istədilər
Zirincli-qozlu kükü (foto resept)
800 manat qazanmaq istəyirsiniz?
Baş epidemioloqdan AÇIQLAMA
Koronavirus pandemiyası səbəbindən çimərliklər timsahlarla doldu
Bakıda keçirilən Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq
Müəllimlərin işə qəbul imtahanları keçirilir
Sağlam bədən üçün...
Son 25 ilin ən yaxşı rejissorları seçilib
Neftin qiyməti düşüb
Gələcəyimizi "kor"qoyanlar
6 qəpiyə alınan kartof niyə 10-15 dəfə baha satılır?
Yaxşı insanı necə sevməli?
Müsəlmanlara Həcc xəbərdarlığı...
Bağça, teatr və kinoteatrlarda qadağa
Doldura bilmədiyimiz boşluq
Dünyanın ən bahalı istirahəti: bir aya 100 milyon dollar - FOTO
Qadınlar, özünüzə güvənirsinizmi?
- ŞƏRHLƏR