Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, dolu yağma hallarının artması müxtəlif istiqamətli hava kütlələrinin Azərbaycana daxil olma intensivliyinin artması, yəni cənubdan gələn isti - tropik hava kütlələri, Aralıq dənizi üzərindən gələn cənub siklonları ilə Atlantik okeanı üzərindən gələn mülayim hava kütlələrinin bir-birini tez-tez əvəz etməsi ilə əlaqədardır.
M.Həsənov bildirib ki, Azərbaycanda ən çox dolu yağma halları dağətəyi ərazilərdə müşahidə edilir. Ölkə üzrə ən çox dolu yağma halları isə Naxçıvan Muxtar Respublikasının Ordubad və Culfa rayonlarının ərazilərində baş verir. Kiçik Qafqazda Goranboy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonları, Böyük Qafqazda Şamaxı, İsmayıllı, Şəki, Zaqatala rayonları da çox dolu yağan ərazilərdəndir.
Alimin sözlərinə görə, Bakıda 10 il ərzində 1-2 dəfə dolu yağır. Paytaxta son dəfə dolu 2008-ci ildə düşüb. Ölkə ərazisində dolu yağma halları, əsasən, may-iyun və sentyabrın sonu - oktyabr aylarında müşahidə edilir.M.Həsənov hesab edir ki, Azərbaycanda dolu yağma intensivliyi artdığından və dolunun yağması kənd təsərrüfatı bitkilərinə, evlərin damına, infrastruktura çox ziyan vurduğundan ölkədə sovet dövründə doluya qarşı mübarizə üçün tətbiq edilən təcrübənin - dolu buludlarının atəşlə vurulması təcrübəsindən yenidən istifadə edilməsi daha effektiv olar.
Onun sözlərinə görə, sovet dövründə dolu buludları əmələ gəldikdə atmosferin dolu yaranan hündürlüklərinə "Qrant" adlı raketlərdən atəş açılırdı. Bu zaman orada müəyyən temperatur yüksəldiyindən dolular suya çevrilirdi və nəticədə həmin buludlardan dolu deyil, yağış yağırdı. Dolu buludlarının atəşlə vurulması nəticəsində dolu düşməsinin qarşısı 60-70 faiz alınırdı.
Bu təcrübənin yalnız səmərəli nəticə verəcəyinə əmin olan M.Həsənov bildirib ki, sovet dövründə Azərbaycanda dolu əleyhinə mübarizə aparan xüsusi idarə olub: "Hazırda bu təcrübədən istifadə edilmir. Lakin indi həmin təcrübədən istifadə etmək daha məqsədəuyğun və effektiv olardı. Nəzərə alınmalıdır ki, Azərbaycanda üzümçülük geniş yayılıb, dolu da ən çox zərəri üzümə vurur. Çünki dolu, adətən, üzüm yetişən vaxtda düşür".
Xatırladaq ki, son bir necə gün ərzində Azərbaycanın rayonlarına dolu düşüb. Dolu yağması, eyni zamanda güclü küləyin əsməsi səbəbindən Gəncə şəhərinin Gülüstan yaşayış massivində problemlər yaranıb. Həmin ərazidə işıq naqilləri qırılıb və əhali təxminən 3 saat işıqsız qalıb.
Sinoptiklər sabah da Azərbaycanın rayonlarına dolu düşəcəyini proqnozlaşdırırlar.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Günün ulduz falı - 11.08.2013
Azərbaycanda qadınların bəzi iş yerlərində çalışmaları qadağan ediləcək
Robert Buşkov: "Azərbaycan xalqının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir"
İllərə görə ən çox qazanan filmlər (1971-2000)
Holland pendirli salat (foto resept)
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Qara sarımsağın faydaları
Squat nədir, necə edilir?
Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı - SİYAHI
Tarix yenidən yazılır - Ən qədim insan sümüyü tapıldı - FOTO
İstirahət gününün HAVAsı
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümüdür
Artıq çəki yuxusuzluğa səbəb olur
Yeni doğulan körpələri koronavirusdan qorumaq üçün maraqlı üsul - FOTO
Azərbaycanda peşə məktəblərində yenilik
Sürücülərin NƏZƏRİNƏ! Buna görə qətiyyən ödəniş etməyin! - FOTO
Cemli yumşaq peçenye (foto resept)
Çimdirməzdən əvvəl körpəyə qulluq
Nurgül Yeşilçay ərə gedir
Gəlin toyuna İtləri Çağırdı-FOTO
Ringelman effekti nədir?
Qadınlarda menopauza və müalicəsi
"Xalq artisti" adını alan Eminin ilk reaksiyası - VİDEO
"Kurtlar Vadisi-nin Poladı Kiprdə otel tikməyə hazırlaşır
Ən maraqlı tüninqli Mercedes S-Class
Bijuteriyalar 2
Xəzərin kefallarında virus tapılmadı
Kartoflu kürələr (foto-resept)
Tarixdən...(4)
Paltolar
Almaniya Soçi olimpiadasında liderliyini qoruyur
"Facebook" və "İnstagram"da problem yarandı
Batmaq üçün yaradılan gəmi “RV FLİP”
Tanrı kişiyə ol, qadına isə var ol dedi...
Yer səthinin relyefi
Günün ulduz falı
Azərbaycan əsgərlərini görən erməni hərbçiləri qaçır - VİDEO
2018-ci ilin məzunları üçün saç və makiyaj hiylələri
Zəmanə neyləsin?
Antidepresantlar asılılıq yaradır?
Tünzalə Ağayevanın "Təqvim" adlı yeni klipi – VİDEO
Castin Biber bu addımı ilə sevdiklərinin rəğbətini qazanıb-FOTO
Un və çörəyin qiyməti endirildi
Miray Daner eşq iddialarına açıqlama verdi
Qızı Barak Obamanı ağladır
Özbək aşı (foto resept)
“Ermənistanda seçkilər pul kisələrinin mübarizəsidir” - Robert Koçaryan
Visente Del Boske qələbələrini xəstə oğluna həsr edir
Məşhur modelyer həbs oluna bilər-SƏBƏB
Dollarla kredit ləğv edilə bilərmi?