Qadin.NET / Pay verən var

Pay verən var

 

Pay verən var

 

Təbiətin, fəsillərin, cahanın,

Ah, nə gözəl bizlərə hikməti var.
Bu həyatda baş verən müşküllərin,
Qulaq asaq, bizlərə söhbəti var.

Sevgi dolu mənzərəyə aç qucaq,
Ağacları qırıb, eyləmə ocaq,
Hər bir yeni pöhrəyə vurma bıçaq,
 

Etdiyin bu işin pis töhməti var.

Bu təbiət qurulmuş bir nizamla,
Göy ağlar bu zülmünə damla-damla,
Yer üzündə Rəşid gəz sən aramla,
Sənin yox, onun sənə minnəti var.

Pay verən var

 

Pay verən var
Hər bir kərəm yaxşılıqla ödənməz,
Yaxşılığa yaman da pay verən var.
Məyus olub, tərk etmə sən savabı,
Heç olmasa güman da pay verən var.

Aqil insan işi əvəzə görməz,
Yadı arxa bilib, evini hörməz,
Sümük atsan, it yiyəsinə hürməz,

Tulapayı yavan da pay verən var.

Bir kəs sənə əl tutub versə çörək,
Bunu itirməmək mütləqdir gərək.
Comərddirsə ona sayğı göstərək,
Əsarətə aman da pay verən var.

Yağıyçun fürsət olmaya böylə iş,
Bu səbəbdən ona eyləmə bəxşiş.
Yaxşıya yardım et, olsa da keşiş,
Bu əmələ iman da pay verən var.

Rəşid tapmış intəhasız xəzinə,
Çıxmaz əlinnən vurmaz o dizinə,
Tapıb cəvahirat, düşüb izinə,
Qətrəsinə ümman da pay verən var.

 

 

Fərid Abdullah Rəşid (10.08.2012)

21 mart 2014
GO BACK