Bir şəhərdə dünyalar gözəli bir qız yaşayırmış. Evlilik vaxtı gəldiyi zaman bütün gənclər sıraya girmişlər, amma qız heç birini bəyənməzmiş. Şəhərin ən yaraşıqlı oğlanı gəlmiş, amma qız onunla görüşməyi belə qəbul etmədən "Yəqin ki, mənə layiq adam olmaz" deyibmiş. Yaraşıqlı gənc bundan çox kədərlənibmiş.
Aradan illər keçir və bir gün yaraşıqlı gənc həmin gözəl qızı görür və "Görəsən, necə bir şəxslə evlənib?" - deyə maraqlanır. Onu izləyir. Qız uçuq-sökük bir evə girir, qapıdan çirkin və keçəl biri cıxır. Dünyalar gözəli olan qız onu yola salır. Həmin şəxs çıxdıqdan sonra gənc evin qapısını döyür, qapını gözəl qız açır. Oğlan: "Mən illər öncə sizinlə evlənmək istədiyim zaman məni görmək belə istəmədiniz. Necə oldu ki, məni rədd etdiniz və indi bu çirkin adamla evlisiniz?" - deyə soruşur.
Qız ağlayaraq cavab verir: "Əgər o köhnə günlərimə dönə bilsəydim, köləniz olardım. İndi sizdən bir şey istəyəcəyəm. Burada gül bağçası var. Oraya gedib bağçanın ən gözəl gülünü mənə gətirərsinizmi? Bir şərtim var: əsla geri dönməyəcəksiniz". Yaraşıqlı gənc razılaşır. Oğlan bağçaya gəlir və güllərə baxmağa başlayır. "Bəlkə irəlidə daha gözəlini taparam" deyərək bütün bağçanı gəzir. Bir də baxır ki, bağçanın sonuna gəlib. Geridə daha gözəl güllər vardı, amma qızla şərtləşdiyi üçün geri dönmür. Bağçanın sonundan hər hansı bir gülü qopardıb qızın qapısına gedir. Qız "Bağçanın ən gözəl gülü budurmu?" - deyə soruşur. Gülün yarpaqlarının bəziləri qopmuşdu və heç də gözəl gül deyildi.
Yaraşıqlı gənc: "Əslində daha gözəlləri vardı, lakin daha gözəlini tapmaq üçün bağçanın sonuna gəldim. Geri dönə bilmədiyim üçün bunu qopardıb gəldim" - deyir. Qız cavabında: "Bax, mən də eyni hərəkəti etdim. Daha yaraşıqlı biri gələr deyə bütün gəncləri geri çevirdim və artıq istəyənim qalmadığı zaman ən yaxşısı az əvvəl gördüyün adam idi" deyir…
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şəhid polkovnikin övladı: “Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm” - VİDEO
Alimlərdən QORXUNC XƏBƏRDARLIQ
Necə edək ki, şadlıq evlərində aldanmayaq?
Göbələk salatı (foto resept)
Dəbli geyim nümunələri
Yeni metro stansiyaları
Ömrün uzunluğunu əvvəldən görmək olacaq
Uzun həyat üçün Aralıq dənizi pəhrizi (1-ci hissə)
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Hikmət Hacıyev: “Şəhidlərimiz geosiyasi oyunları darmadağın etdilər”
Fitli qazan haqqında öyrəndiklərim
Məşhurluqdan uzaq qalan filmlər
Bu yay harada istirahət etməli?
“WhatsApp” qadağan ediləcək?
Çində fantastik kitabxana açıldı: BUNA İNANMAQ OLMUR - FOTOLAR
Modern xalça modelləri
Bu ölkə müharibə tədbiri gördü
Pişik cinsləri və xarekterləri
Metroda başqalarının telefonuna boylananlar, DİQQƏTLİ OLUN!
Müdhiş layihə - Kosmik internet!
46 dəqiqəyə 3 kiloqram kökələrək rekord qırdı-FOTO
Azərbaycanda bəzi meşə sahələrinin sürüşmə təhlükəsi var
Tələbəyə heç nə verməyən tələbə kartları...
Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır - RƏSMİ
Albalı keks (foto-resept)
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Azərbaycanın poçt xidmətində yenilik
Psixoloji gərginlik yaradan filmlər
Dəri ağardıcı maskalar
COVID-19 pulla keçə bilər? - BAŞ İNFEKSİONİST AÇIQLADI
İnsan beynində internet bağlantısı
Nikol Kidman BOŞANIR
Qiymət müxtəlifliyi, yoxsa süni qiymət artımı?
Çiyələk yemək üçün 7 səbəb
Yatış formasına görə-test
Uşağı yuxuya verməyin ən gözəl üsulu
Məşhur tərzi: Chiara Ferragni
Mavi, bənövşəyi pudinq (foto resept)
Anası kimi davranmayın
Bakımızın tanınmış binaları
Telefonunuza aksesuar seçərkən diqqətli olun
Azərbaycan Türkiyədən raket kompleksləri alır
Kontakt linzalarla hovuza girmək olarmı?
DİQQƏT! WhatsApp-da yeni problem var
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun yeni strukturu
Zirəddin Rzayev 2014-cü ilin proqnozunu verdi
Okeanın dibində muzey tikdilər
35 yaşlı qadın "Almaniya Gözəli" seçildi-FOTO
Centlmenliyə gedən 10 addım
Koronavirusa yoluxan Ayşvariya Rayın vəziyyəti ağırlaşdı
- ŞƏRHLƏR