Aylardır maaş almayan ərinin məhlədəki dükana, aptekə borcunun olmasını Zemfira onun ölümündən sonra Talehə danışdı.Dükandan aldıqları gündəlik tələbat malları,ərzaqlar idi.Aptekdənsə ağrıkəsici dərmanlar, iynələr almışdılar.Hələ bu borclar bir yana, indi yenə pul lazımdır.Dəfn, cümə axşamları, qəbiristanlıqda torpaq pulu və s.üçün.Bu yaşadək belə çətinliyə düşməmişdi hələ Taleh.Qardaş yox, qohum yox.Məsləhət , ən əsası isə maddi kömək alacaq bir kimsə yox.Səlim kişi ilə Zemfira toylarından az sonra ucqar bir rayondan gəlmişdilər bu qəsəbəyə.Burada qohum-əqrəbaları demək olar yox idi.Atasının dostları, yoldaşları da müəllim yoldaşlarıydı.Onların da vəziyyəti ürəkaçan deyildi.
...Səlim kişini dəfn etdilər.Qəbiristanlıqda dəfn üçün götürülmüş yerin haqqı isə hələ ödənilməmişdi.Yol boyu ana ilə oğul dinib-danışmadılar.Hər ikisini düşündürən eyni sual idi:”Bu qədər borcu necə qaytaracağıq?”Qəbiristanlıqdan evə qədər olan 20 dəqiqəlik yol 2 saat kimi gəldi keçdi.Zaman da dayanmışdı elə bil...Xoşbəxt dəqiqələr sanki uçur, belə ağır dəqiqələrsə heç keçmək bilmir.Nəhayət evə gəlib çatdılar.Üzücü bir sükut var..
-Nə fikrə getmisən oğlum?-Zemfira cansıxıcı sükutu pozaraq soruşdu.
-Zamanımız çox azdır.Üç gün içində həm dəfn, həm ehsan üçün pul tapmalıyıq.
-Allah yoxun üzünü qara etsin, bala.Olan qır-qızılımı da satıb atanın dərmanlarına xərclədik.Satılası qiymətli bir şeyimiz qalmayıb daha.
-Atama layiqincə ehsan verməliyik.Nə olursa-olsun.Mən bir azdan çıxacam.Gedim məhlədəki tay-tuşlarla, qonşularla da məsləhətləşim.Soraqlaşım, görüm kimdən pul tapa bilirəm.
-Gözlə, gedim sənə çay-çörək gətirim.Səhərdən acsan.Axşam da Allah bilir nə vaxt qayıdacaqsan.
Taleh yeməyini yeyib evdən təzəcə çıxmışdı ki, həyət qapısı yenidən döyüldü.Zemfira elə bildi gələn Talehdi.Yəqin nəyisə unutduğu üçün qayıtmalı olub.
Gələn Sevda idi.Qonşuları Sənəm arvadın qızı.Talehlə on il bir sinifdə oxumuş, bir parta arxasında oturmuşdular.Talehin xətrini çox istəyirdi.Elə Taleh də onu həmişə hər yerdə müdafiə edərdi.Məktəb illərində ən yaxın dost olmuşdular.Bir-birlərindən gizli sirrləri demək olar ki, yox idi.Məzun olandan sonra az-az rastlaşırdılar.Sevda ali məktəbə hazırlaşdığı üçün bütün yayı evdə dərslərilə məşğul olrdu.9-cu sinfədək əlaçı olan Talehsə axırıncı il həm oxuyub həm də işlədiyi üçün dərslərindən bir az geri qaldı.Gecə işdən evə yorğun gələndən sonra çox vaxt yeməyini də yemədən yatırdı.Dərs oxumağa vaxtı hardaydı?Ancaq məktəbdə oxuya bilirdi.Qiymətləri o qədər də pis olmasa da arzuladığı ixtisas üçün yuxarı qiymətlər almalı idi.Arzusu hüquqşünas olmaqdı.İmtahana üç ay qalmış işdən çıxıb ancaq dərslərilə məşğul olsa da imtahanları verə bilmədi.Yenidən işinə qayıtdı.Sevda isə tələbə oldu.Atası kimi müəllim olacaqdı o da.Qonşu olsalar da bir-birlərini görmürdülər..Elə gün olurdu ki, Taleh sübh tezdən hamı yuxudaykən evdən çıxar, gecə isə hamı yatandan sonra evə qayıdardı.İşlədiyi müddətdə xeyli arıqlamışdı.Zemfira oğlunun bu halına qəlbi sızlasa da, işləməməsi üçün yalvarsa da Talehi fikrindən döndərə bilməmişdi.18 yaşı tamam olandan sonra hərbi xitmətə növbəti çağırış zamanı könüllü olaraq hərbi komissarlığa getdi.O zamandan iki ilə yaxın bir vaxt keçib.Bu iki ildə Sevda Talehin üzünü görməsə də onu unutmamış, o əsgərlikdə olanda tez-tez gəlib Zemfiraya baş çəkərdi.Boş vaxtı olan kimi onlara gələr, Zemfiranı tək qalıb darıxmağa qoymazdı. .Ev işlərində ona kömək edər, bəzən xörək də bişirərdi.Zemfira da ona çox öyrəşmşidi.Sevdanın dərsləri çox olub gəlməyəndə, gözü qalardı həyət qapısında.Çox yaxınlaşmışdılar.Ana-qız olmuşdular...
-Sənsən, qızım?Taleh elə indicə çıxdı.Elə bildim gələn odu, nəyisə yadından çıxarıb.Nə yaxşı gəldin.Təklikdən lap bağrım çatlayırdı.
-Talehin getdiyini gördüm.Bildim ki, təksiz.Ona görə gəldim.
-Bayaqdan həyətdəcə oturmuşam.Evə keçməyə həvəsim yoxdur.Ayağım da getmir.Səlimin otağına necə keçim, yatdığı çarpayını boş görməyə necə dözüm?
-Hava soyuqdur, xala, xəstələnərsiz.Gəlin keçək evə.Mən yanınızdayam, qorxmayın.Bir-iki günə keçib gedər bu qorxularınız da.
Birlikdə evə keçdilər.Zemfira mətbəxə keçdi ki, çay hazırlasın.Adəti idi, hər gün gördüyü adam da olsa evinə gəlibsə onu qonaq kimi qarşılayardı.Heç nəyi olmasa da mürəbbəli, şirniyyatlı çaya qonaq edərdi.Bu xüsusiyyət oğluna da keçmişdi.Elə dəfn pulundan, köhnə borclardan daha çox hər cümə axşamı atasına layiqincə ehsan verməkçün pul axtarırdı.
Zemfira mətbəxə keçəndə Sevda da otaqlara baş çəkdi.Onun da adəti bu idi.Hər dəfə gələndə bir-bir otaqlara baxar, sahmana salardı.Talehin əşyalarını da ayırıb səliqə ilə otağına yığmış, bu otağa xüsusi diqqət edərdi.Dağınıq halda olan məktəb şəkillərinin itməməsi üçün şəkil albomu alıb şəkilləri ora yığmışdı.Bu şəkillərin çoxunda Talehlə yanaşı dayanmışdılar.
Yenə həmin otağa keçmək istədi.Açıq qapıdan içəri nəzər saldı.Taleh gələndən otağın görünüşü bir az dəyişsə də o şəkil albomu yerindəydi.Stolun üstündə.Sevda onu bura qoymuşdu ki, Taleh gələn kimi görsün.Həmişəkindən fərqli olaraq bu dəfə otağa girməyə tərəddüd etdi. Sanki Taleh otaqdaymış kimi utandı.Otağa girmədən geri döndü.Zemfira çay süfrəsi açmışdı.
-Gəl, qızım.Gəl, əyləş,çay içək.Boğazım quruyub.Bir qurtum içim boğazım yaşlansın,rahat danışaq..
Çay içib bir az söhbət etdilər.Başları söhbətə elə qarışmışdı ki, vaxtın necə keçməsindən xəbərləri də olmadı.Həyət qapısının döyülməsinə hər ikisi həyətə çıxdı.Hava artıq qaralmışdı.Gələn Taleh idi.Talehlə həyətdə üz-üzə gələn Sevda bu qəfil rastlaşmadan özünü itirdi.Taleh də onu görəcək həyəcanlandı.Onunla öz həyətlərində rastlaşacağını gözləmirdi.
-Sağ olun, mən artıq getməliyəm.Çox gecikdim.Gecəniz xeyrə qalsın-Sevda tələm-tələsik ayaqqabılarını geyinib getmək istədi.
-Dayan, bu qaranlıqda tək hara gedirsən?Qoy Taleh ötürsün səni-Zemfira dedi.
Bu təklif ürəyincə olduğu üçün Sevda etiraz etmədi..Yolboyu dinib-danışmadılar.
Ürəkləri danışırdı ancaq bir-biriylə:
-"Nə gözəl olmusan, Sevda.İndi sən hara, mən hara.Yəqin daha bəyənməzsən mənim kimiləri."
-"Səni görəndə tanımadım heç. Taleh.Çox dəyişmisən.Daha yaraşıqlı olmusan."
Sağollaşıb ayrıldılar.Hər ikisinin beynində eyni sual dolanırdı:-"Görəsən sevdiyi varmı??"
XƏBƏR LENTİ
Viza anlaşmasında qazancımız nə olacaq?
Qozlu, ballı tort (foto resept)
Günün ulduz falı - 13.01.2014
Koronavirusun üç növü müəyyən edilib - XƏRİTƏ
Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür
Qədim İspan şəhərində gəzinti
Yoqaya indi başlamağınız üçün 12 səbəb
"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"
Hava haqqında
Həyat yoldaşınız sizi hələ sevirmi?
Bakıda avtobuslarda nağdsız ödəniş sisteminə tam keçidin vaxtı məlum oldu
Günə gümrah başlamaq üçün 3 idman hərəkəti
Günün ulduz falı - 30.03.2014
Keti Holmsun yeni sevgilisi Castin Terudur
Qadınla kişinin fərqi
Hamiləlikdə dəri dəyişkənliyi
Gül vida görüşü etdi
Tətildə izləyə biləcəyiniz filmlər
İştah azaldan qidalar
Sabahın HAVAsı
11 mühüm simptom
Bəxtiyar Vahabzadə
Doğum gününə görə xarekter (oktyabr)
Rusiya Qarabağa qoşun yeridir
Türkiyəni qana boyayan 18 yaşlı qız
Nazir: “Valideynlərdə koronavirus aşkarlansa da, övladlarını məktəbə göndərirlər”
Lazanyalı rollı (foto resept)
Ermənilərin Bakı qorxusu
Əlilləri sevindirəcək xəbər
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
Temperatur yüksəldikcə suçiçəyinə yoluxma... - Səhiyyə Nazirliyi
“Çirkli moda”: Məşhur brend ot ləkəli şalvarları inanılmaz qiymətə satışa çıxardı
Amenore – aybaşı gecikməsinin səbəbləri
Həyata sarıl
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
ABŞ-da 3G şəbəkəsi dayandırılır
Qış xəstəliklərindən qoruyan 3 ərzaq
Tulin Şahin ana oldu-FOTO
Ballı limonlu keks
Şeyma Subaşı paylaşdığı FOTO ilə diqqət çəkdi
Evində şir saxlayan məşhur bakılı qadın vəfat edib
Gözəl divar rəsmləri
"Sıla" serialının baş qəhrəmanları AÇIQLAMA verdilər
Facebook-da çoxdan gözlənilən yenilik
Qızıl ayaqqabı: ərəblər bunu da etdilər
Britni Spirs izləyicilərinə etiraf etdi
Məşhur serial belə çəkilir - FOTOSESSİYA
İrina Şeyk yeni FOTO paylaşdı
Operativ Qərargah vətəndaşlara MÜRACİƏT ETDİ
- ŞƏRHLƏR