Həmişəki kimi yenə evdə tək idi. Yox, o təklikdən sıxılmırdı. Başqaları üçün təklik üzüntü, darıxdırıcı olsa da ona görə təklik özü ilə tək qalıb özü ilə dərdləşmək demək idi. Son günlər bu təkliyə, özü ilə danışmağa yaman ehtiyacı vardı. Həkimlərin son diaqnozundan sonra qəti bir qərar verməli idi. Bu qərarı da ancaq beynindəki fikirlərilə qəlbindəki hissləri bir araya gəlib verə bilərdi. Müalicə alması üçün bu evdən qısa müddətə olsa getməliydi. Həkim də son tövsiyələrində bunu xüsusi vurğulamışdı. Ancaq yeni nişanlanmış, sərbəst həyata yeni atılan oğlu Mahir və orta məktəbin son sinfində oxuyan qızı Güləri necə buraxıb getsin? Çox qorxurdu. Onsuz da müalicəsini çox gecikdirmişdi. Bəlkə dərdi əlacsızdır, həkim onu boşuna təsəlli edir? Gedərsə, müalicəsi onu tam sağaltmaq əvəzinə sadəcə ömrünü bir az uzadacaqdı? O bir az zamanı da evindən uzaqda, yataqda keçirmək istəmirdi..
Sürəyyanı fikirdən qapının zəngi ayırdı. Qapının bərk-bərk, aramsız döyülüşündən gələnin əri olduğunu təxmin etdi. Gün ərzində qapının bir neçə dəfə bu cür vurulmasına baxmayaraq o hər dəfəsində diksinirdi. ”Zalım oğlu, elə bil, ardınca qovan var. Gəlirəm də, nolub?” Amma gələn əri deyil, oğlu idi. Üz-gözündən təlaşlı görünürdü. Mahir bir söz demədən otağa keçib əynini dəyişmədən stul çəkib əyləşdi. O qədər həyəcanlı idi ki, ayaqqabısını belə soyunmadı. Oğlunu ilk dəfə idi belə fikirli və bir az da çarəsiz görürdü.
-Nə olub, Mahir. Niyə bu vəziyyətdəsən?
-Heç nə, ana. Heç nə soruşma, xahiş edirəm...
-Yaxşı, otur, bir az özünə gəl. İstəsən danışarsan...-deyib mətbəxə keçdi. Oğlunu tanıyırdı, bilirdi ki, üstünə çox getsə ondan ümumiyyətlə heç bir söz ala bilməyəcək. Ona görə ona bir az vaxt vermək üçün tək buraxdı..
Yazın çoxdan gəlməsinə baxmayaraq havalar hələ soyuq, yağmurlu idi. Bir az əvvəl Mahiri nişanlısı ilə yola salanda da tapşırmışdı ki, tez qayıtsınlar, havaya etibar yoxdur. Gəlini Sevdanın qohumları qonaq çağırmışdı onları. Razı idi gəlnindən. Öz gəncliyini xatırladırdı Sürəyyaya. Sakit təbiətli, şirindil, çox mehriban qız idi. Qohumlar-qonşular hər görəndə bəxtəvərlik verirdilər belə gəlini olduğu üçün..Elə Mahir də pis uşaq deyildi. Çox saf, təmiz qəlbi var idi..Sürəyyanı fikirdən Mahirin telefonda bərkdən, az qala qışqıraraq dediyi sözlər ayırdı:
-Bəsdir, səni eşitmək istəmirəm. Ağlayaraq da məni yumşaldacağını sanma. Bitdi! Qurtardı hər şey. Səni sevirəm. Amma bunu sənə bağışlamayacam. Daha nişanlım deyilsən. Eşidirsəənnn?
Onsuz da xəstəliyinin dəqiq diaqnozunu biləndən bəri keçmişi, bu evdə yaşadığı əzablı illərini xatırlamadığı gün yox idi.Bu amansız xəstəliyin insanın həyat tərzi ilə bağlılığı hamıya məlumdur. Onu xəstə edən, gəncliyini, sağlamlığını, xoşbəxtliyini əlindən alan əri özü istəməsə belə indi də övladlarının bədbəxtliyinə səbəb olub. Qızı Gülərın əsəbləri artıq pozulmaq üzrə idi. Tez-tez ata-qız arasında baş verən mübahisələr onu da çox incidirdi. Nə qədər nifrət etsə də uşaqlarının, qızının ata üzünə ağ olmasına şahid olmaq istəmirdi...İndi də Mahir...Yəqin ki Sevda ilə arası dəyib. Səbəbi bilməsə belə gəlininə özü qədər inanır. Əmindir ki, Mahir də atası kimi yersiz qısqanclığı üzündən dəliyə dönüb. Bir dəfə də belə olmuşdu. Mahir o zaman hələ elçi göndərməmişdi. Sevdaya bir neçə dəfə zəng edib telefonunu məşğul görüncə özünə yer tapa bilmirdi. Beyninə gələn qara fikirlərdən qızgilin evinə belə getməyə çəkinməmişdi. Sevdanın valideynləri o zaman Mahiri heç tanımırdılar da. Qapını açan Sevdanı görüncə ürəyi “yerinə gəlmiş”, geri qayıtmışdı. Bir həftə sonra isə elçilərini göndərdi. Qısa müddətə də nişan oldu. Oğlunun öz sevdiyi biri ilə nişanlanması Sürəyyanın da ürəyincə idi. Həm də Sevda yad deyildi. Dörd il bir qrupda oxumuşdu Mahirlə. Adını evdə tez-tez eşidərdi. Gülər də tanıyırdı onu. Onun adı illərdi bu evdə dildən düşmürdü...Həyatda əzab çəkən, çox sınaqlardan çıxan biri kimi insan tanımağı bacarırdı. Bilirdi qızda günah yoxdur. Yenə dəli oğlu nə edib Allah bilir. Atası kimi cinləri tutub yenə...Atası kimi...Eh...
...Çox erkən yaşlarında sevgi dənizinin dalğaları onu sahilsiz qoynuna aldı. Hələ indiyədək bir kəsi sevməmişdi, amma sevəni çox olmuşdu.Kimsəyə ürək qızdırmamış, bəlkə də “sevgi ərköyünlüyü” yaşamışdı. Bəlkə də ideal sevgili arzulamışdı...Lakin bir gün təslim oldu sevgiyə, ürəyinin hökmü ağlına üstün gəldi. Qarşısında olan çətin maneələr belə bu sevgini odunu söndürə bilmədi.Kor gözü olarmış sevginin, o kor gözlə sevdi, görmədi bir addım öncəni..Xoşbəxt olmayacağını bəlkə də hiss edirdi, amma içindəki inama aldanıb hər şeyə göz yumdu. Elə bilirdi şirin dili, mülayim xasiyyəti ilə hamı ilə dil tapacaq bu dünyada. Amma...Sən saydığını say..
Gözü o qədər tutulmuşdu ki, evdəkilərin belə məsləhətinə məhəl qoymadı. Hər şeyi-ailəsin, işini, bütün çevrəsini buraxıb onunla getdi. Geridə əzizlərinin göz yaşlarını, onu sevənlərinin ahını, valideynlərinin bəlkə də lənətini buraxaraq...Əvvəllər lənətə heç inanmazdı. Nə lənətə, nə sevənlərin ahına...İndi hər şeyə inanır...Günahının cəzasını artıqlaması ilə ödətdi həyat ona...Ağla gəlməyən işgəncələr yaşadı bu evdə-məhrumiyyətlər, qadağalar, xəyanətlər, təhqirlər...
...Axı Zakiri nə fərqləndirirdi ki, başqalarından? Hər şeydə onlardan üstün deyil, bəlkə əksiyi ola bilərdi. Amma onu seçdi. Niyə, niyə???Onu bu qədər çox sevirdimi? Yox, bu sevgi deyildi. Bunu elə ilk gün, toy gecəsi anladı. Onu Zakirə yaxınlaşdıran, Zakiri də ona bağlayan sadəcə kor sevgi imiş. Özünü Məcnun kimi göstərən, ehtirasdan gözü kor olan Zakirin istəyi arzusuna çatınca da söndü...O söndü, alovlanıb illərlə yanmaq isə Sürəyyanın payına düşdü...Yandı, sevdiyi üçün yox. Onu illərlə əzizləyib böyüdən, gözünün nuru, əlinin qabarı ilə boya-başa çatdıran valideynlərinin ondan artıq imtina etməsi idi onu yandıran...Atasının ölüm döşəyində qardaşına vəsiyyətində “Sürəyyadan muğayat ol, nə zaman evimizə dönmək istəsə qəbul edin. Gözünüz üstünüzdə olsun” deməsi idi onun külünü göyə sovuran...Bax, əsl sevgi bu deyilmiydi? Sənə qarşı çıxsa da onu kəsib ata bilmirsən. Övladındır, canından bir candır o...Valideyn sevgisindən dərin sevgi ola bilməz...İndi özü anadır. Sevgisinin nifrətə döndüyü insandan iki övlad dünyaya gətirib. Atasına oxşasa belə, onun addımı ilə getsə də nədənsə oğlunu daha çox sevirdi Sürəyya...İndi oğluna daha çox lazımdır. Nə qədər gec deyil, atası kimi olmaqdan qorumalıdır onu. Amma necə?
Bu illərdə yalnız balalarını itirməmək, onlardan ayrılmamaq üçün dörd divara belə məhkum olmaqda qorxmadı, qəbul etdi bu həyatı...İndi onun üçün hər şey pəncərə arxasından seyr edilir...Bəzən küçədən keçən bir qadını görəndə “Sən nə qədər xoşbəxtsən, sən azadsan. İstədiyin yerə gedə bilirsən. Azadlıqdan qiymətli nə var bu həyatda?” deyir. Hamı üçün həyat öz axarı ilə davam edir. Bir tək onun üçün həyat pəncərə arxasından seyrə çevrilib. Nə qədər sürəcək, nə qədər tab gətirəcək buna özü də bilmir. Yalan ümidlərlə özünü ovutdu bu uzun illərdə. Yenə də ümid edir. Bu dəfə daha çox inanır arzularına qovuşacağına...İnanır ki, gün gələcək o da qızı Güləri ilə əl-ələ gəzə biləcək. Ona öz əli ilə hədiyyələr alacaq. Cehizliyini hazırlayacaq. Doğulandan bəri edə bilmədiklərini edəcək onun üçün. Parka aparacaq, gülməli də olsa bunu edəcək. Axı körpəliyində etməyib, etməyə icazə verməyiblər ona. Sahilə gedəcəklər ana-qız...Ticarət mərkəzlərində qızına geyim seçən ana görəndə qızı daha ah çəkərək deməyəcək: “Kaş mənim anam da indi yanımda olaydı...” Bütün bunlar olacaq, ya yox bilmir,hələ ki sadəcə pəncərə arxasından həyata ümidlə baxır...
P.S: Çox şükürlər olsun ki, Sürəyya oğluna düzgün yolu başa sala bildi. Atasının səhvləri üzərində doğru həyatı göstərdi oğluna. Nə yaxşı ki, oğlu atasının səhvlərini təkrarlamadan gözəl ailə başçısı oldu. Atasından "miras" qalan pislikləri isə unutdu...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
1 həftəyə 4 kilo arıqlayın
Alman kilsəsindən müsəlmanlara dəstək
Agentlik oturacaq yerlərindən istifadəyə qadağa qoydu
Uşağı bəzi əxlaqsız saytlardan qoruyaq
Xoşbəxt münasibətə sahib olmaq üçün...
Benzinin əvəzedicisi tapıldı
Azərbaycan tarixindən yüz şəxsiyyət-4
“Fənərbaxça”nın qapıçısına həbs şoku
Tərəvəz bitkilərinin müalicəvi əhəmiyyəti (2-ci hissə)
Prezident: “Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır”
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
Qızım mənim – başımın tacı
Ebru Şallıya 15 milyonluq hədiyyə
Ballı paxlava (foto resept)
Məşhurların ziyafət geyimləri
“Yalandan deyirlər ki, kərə yağıdır” - VİDEO - FOTO
Sabahın HAVAsı
"Bakı Telefon Rabitə" hüquqi formasını dəyişdi
Azərbaycanda nikahdan kənar uşaqlar daha çox - BU BÖLGƏDƏ DOДћULURLAR
Yaz-yay tətili üçün gəzməli yerlər
60 saniyədə Madrid turu
Vərəm
Günün qoroskopu: dəqiq həll variantları tapın
Uşaq şeirləri
"Eurovision 2017" başladı
Uşaq bağçalarının fəaliyyəti ilə bağlı TƏKLİF: yalnız "sarı" zonalarda...
Bəzi ərzaq məhsullarının qiyməti artıb
Bakı-Sumqayıt yolu yenə bağlanır - AÇIQLAMA
Hamiləlik dövrünün dəmir defisitli anemiyası
Qədim hamamlar dağılmaq təhlükəsi ilə üz-üzə
Günün ulduz falı
Məşhur "Hollywood" ulduzu Bakıda
İnstaqram şəkillərinin arxa planı
BÜRCLƏR bizə nə vəd edir? -11 İyun
İranda zəlzələ olub
Hava necə olacaq?
Əl və barmaqlara incəlik bəxş edən məşqlər
Qız kilidli, kameralı alt paltarı ixtira etdi-FOTO
Sağaldığınızı düşünərkən ölümə doğru gedirsiniz
Tiflis zooparkının çətin anları
Bor uşaqlığı
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 347 yeni yoluxma
Azərbaycan düşmənə sonuncu dəfə xəbərdarlıq etdi
Pizza kağızlarından gəmi düzəltmək (FOTO)
Məşhurların istifadə etdiyi maskalar
Günün ulduz falı
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Mədə ağrısını azaldan qarışım
Əfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilindi
Prezident onları təltif etdi - Siyahı
- ŞƏRHLƏR