Nərgiz qorxu içərisində çapalasa da təslim olmurdu. Mütləq bir şəkildə Sevdanı evdən çıxarmaq istəyirdi. Qorxurdu ki, telefonla danışdığı adam gəlib ona nə isə edər. Sonra kim biləcəkdi ki, burada baş verənləri kim törədib. Odur ki, Sevdanın iyrənc yalvarışlarına baxmayaraq, kəskin bir səslə ona bağırdı:
-Tez ol, çıx bayıra, səni bir an belə burada görmək istəmirəm. Get, qardaşına cavab verərsən. Səni bir daha heç bir vaxt görmək istəmirəm!
- Sənə qurban olum,a y Nərgiz, gəl sən bu işi ört-basdır elə, sənə ömrüm boyu qul olaram, sənə qurban olum.
- Mənə qul olmaq lazım deyil, mənə düzlük, sədaqət lazımdır, o da səndə yox imiş. Çıx, çıx get bu evdən, həyatımdan, ömrümdən, rədd ol!
Nərgiz telefonla yaxındakı baldızına zəng edib olanları ona danışmaq istədi. Lakin dəstəyi qaldıran olmadı. Sevda qapıdan çıxan kimi Nərgiz qapıları bərk-bərk bağladı. Ürəyi hələ də çırpınır, bütün bədəni əsirdi. Bir an nə edəcəyini bilmədi. Ətrafa baxdı, sakitlik idi. Sanki bu boyda mərəkə burada qopmamışdı. Gözü əynindəki namaz paltarına sataşdı. Bir an gözlərindən yaşlar axmağa başladı. Əllərini göyə açıb, kədər qarışıq bir sevinclə dedi:
-Allahım, sənə min şükür. Məni zülmdən qurtardın. Mənim köməyimə gəldin, ya Rəbbim. Sən böyüksən, sən ucasan, sən dərdlilərin dərdinə dərman edənsən. Çox şükür, minlərlə şükürlər olsun, Allahım. Səsimi eşitdin, möcüzə yaratdın, məni dardan qurtardın Allahım, çox şükür!
Qəlbinə bir sərinlik gəldi. Toxtadı sanki. Lakin bundan sonra nə edəcəyini bilmirdi. Odur ki,duruxdu, Sabirə indimi desin, ya gəlməyinimi gözləsin, bilmirdi. İndi desə, yolda bir hadisə edər deyə zəng etmək istəməsə də, bundan sonra nələr baş verə biləcəyindən qorxub, nömrəni yığdı. İldırım sürətilə ağlından min fikir keçdi. Yoldaşı nə edəcək, necə qarşılayacaq. Ona bu sözü deməyə utandı da, onun qabağında sınmasını istəmədi. Baxmayaraq ki, Sabir ona bu cür yanaşmamışdı. Amma o yoldaşına, sadəcə olaraq baş verənləri deməyi belə qıymırdı. Telefonun o başından Sabirin səsi eşidildi. Bu səs onu qarmaqarışıq fikirlərdən ayırdı. Ürəyi çırpınaraq olanları birtəhər anlatdı. Sabir sanki xəbərdarmış kimi danışdı:
-Sənə deyəndə bəs deyirdin dul bacına belə söz demə, hə?
-Mən hardan biləydim, hardan aglıma gətirərdim ki? - deyə çaşqın halda cavab verdi Nərgiz.
- Hara getdi bəs? Niyə buraxdın?
- Nə bilim, qorxdum.
-Yaxşı gəlirəm bir azdan, Kəmaləyə xəbər ver, onu axtarsın!
-Zəng etmişdim, yox idi evdə.
Sabir dəstəyi asdı. Qan beyninə vurmuşdu. Anasının nömrəsini yığdı, olanları ona danışdı. Sözünün sonunda dedi:
-Niyə oturmusan o rayonda? Çıx gəl görək başımıza haranın daşını tökürük.
Nərgiz qızın ona dediyi sözləri Sabirə deməmişdi. Qaynanasından qorxurdu. Bilirdi ki,olmayan şeydən onu günahlandırır, gör qızının kiminləsə görüşdüyünü desə nə edər. Səbirlə axşamı gözlədi.
Sevda evdən çıxıb duruxdu. Nə etsin deyə düşündü. Murdar, məkrli, çirkin mənəviyyatı açılıb tökülmüşdü, artıq hər şey ortada idi. Bu vəziyyətdən çıxmaq üçün yeni planlar hazırlamalı idi. Mobil telefonunu çıxarıb ,görüşdüyü adama zəng etdi. O, özündən səkkiz yaş kiçik olan tacik Manuçer idi. Olanları anlatdı və kömək istədi. Manuçer aylarla həm Sevdanı pul mənbəyi kimi, həm də ehtirasını söndürmək üçün istifadə etmişdi. Artıq bundan sonra ondan uzaq durmaq lazım oldugunu düşündü. Artıq Sevda onun üçün ölüm qorxusundan başqa bir şey deyildi. Axmaq Sevda isə elə düşünürdü ki, bu cavan oğlan onu dəlicəsinə sevir, onun uğrunda bütün çətinliklərə sinə gərər. Axı Sevda ona həm” sevgi”, həm də küllü miqdarda pul bəxş etmişdi.
Manuçer bu dəfəki ugursuzluga görə çox qəmgin idi. Onu Sevdanın başına gələn hadisə yox, pulsuz qalması əsəbləşdirirdi. Sevdanın yalvarışları onu az qala təngə gətirirdi. Lakin bir az tədbirli olmalı olduğunu anladı. Odur ki, Sevdanın dediyi kimi etdi. Sevda son dəfə ona belə demişdi:
- Bircə gecəlik məni bir yerdə gizlət, yoxsa qardaşım bu gecə məni də, balalarımı da öldürəcək, yalvarıram sənə.
-Yaxşı gəlirəm maşınla, düş həyətə - deyə cavab verdi Manuçer.
Sevda özünü evə çatdırıb bir-iki paltar götürdü. Uşaqları ilə birgə tələsik aşağı düşdü. Aşağıda qara maşın onu gözləyirdi. Onlar maşına mindilər. Maşın bir göz qırpımında gözdən itdi.
Söz hər yana yayılmışdı. Nərgizin telefonu susmaq bilmir, gah Sabir, gah da rayondan qaynanası zəng edib, olanların necə baş verdiyini soruşur, gah da Nərgizi Sevdanı çölə buraxmaqda günahlandırırdılar.
XƏBƏR LENTİ
Bunlardan xəbərsizik!
Qarışıq geyimlər
Günün ulduz falı
Pensiyaların verilməsinə başlanılır
Azərbaycana sürücüsüz avtobuslar gətiriləcək
İspan dili 9-cu dərs
Uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə start verildi
Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək - RƏSMİ
İlham Əliyev: “Bütün dünya görsün ki, vəhşi düşmən kəndlərimizi nə günə qoyub” - VİDEO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Orucun 6 sirri
Ciyər qovurma (foto resept)
Castin Biber yeniyetmələrə 1 milyon dollar ayırdı
Yeni sektor müdiri: "Heyətin formalaşdırılması davam edir"
Nüsrətin restoranında yanğın oldu
“Eurovision 2019” hansı şəhərdə baş tutacaq?
Azərbaycan əhalisinin sayı açıqlandı
Bir ildə 285 kitab oxudu!
Körpələr üçün zərif dekorasiya modelləri
Gil qab bazarı "ölüb"
Göz quruluğunu aradan qaldırmaq üçün 3 yol
Bred Bit TƏƏCCÜBLƏNDİRDİ
Bu tarixdə Günəş tutulması olacaq
Bu gün “Qanlı Ay” tutulması olacaq
Həkimlər pasiyentlərə vaksin əvəzinə “Tramp kokteyli” vurub
Gözəl vücuda sahib olmaq istəyənlər
Hamiləlik və yuxu
30 yaş böhranı
Kişilərdə sonsuzluq səbəbləri
Depressiyaya təbii zərbə
190 manatlıq ödəməni kim alacaq? - RƏSMİ AÇIQLAMA
Günün qoroskopu: ailədə, evdə yeniliklər ola bilər
Saç üçün maskalar
Günün ulduz falı
Ermənistandan daha bir etiraf: "Uduzduq, təkləndik"
Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz
Ziyafət geyimləri
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Süzülən zamanımız: vaxt hara itir?
Virtual dərəbəylik-real insanların virtual səfehliyi…
Qulaqları eşitməsə də dj-lik edir
Facebook və Google-dan zəlzələyə görə yeni xidmət
17 illik serialda "Haluk" olmayacaq?
"Albalılı naz" tortu (foto resept)
Ətli qara kahı (foto resept)
Koronavirusla bağlı son STATİSTİKA
Amerika salatı (foto resept)
Şəkər xəstələri üçün ağıllı linzalar
Bu uşaq "r" hərfini deyə bilmədi də...
- ŞƏRHLƏR