Cənab Sesemanın evində
Heidi Frankfurtda varlı adam olan cənab Sesemanın evinə gətirildi.
Onun qızı Klara gəzə bilmir və ömrünü əlil arabasında keçirirdi. Onun anası vəfat etmiş, atası da bütün günü işdə olduğu üçün çox darıxırdı.
Evin işlərini Rottenmayer adlı baxımsız bir qadın idarə edirdi. O, Klaranın günlük cədvəlini hazırlayır və hamıya əmrlər yağdırırdı. Bu onun çox xoşuna gəlirdi.
Heidi ilə xalası qapını döyəndə qapını gözəl geyinmiş bir uşaq açmışdı. Xalası vəziyyəti uşağa başa salandan sonra o bir düymə basdı. Onun yanına başqa bir uşaq gəldi:
-Nədi? Yenə nə istəyirsən?
-Bu adamlar Rottenmayer xanımla görüşmək istəyirlər.
Qulluqçu heç bir şey demədən çıxıb getdi. Sonra da nərdivanın başından:
-Rottenmayer xanım sizi gözləyir, - deyib yoxa çıxdı.
Heidi ilə xalası qapını açan xidmətçinin ardınca qonaq otağına getdilər. Onlar evdəki əşyaların bahalığı, evin böyüklüyü, xidmətçilərin soyuqqanlığı qarşısında donub qalmışdılar.
Xanım Rottenmayer gəldi. O, Klarada dostluq etmək üçün gətirilmiş bu qızı diqqətlə incələməyə başladı. O, Heidiyə elə baxırdı ki, elə bil qaşısındakı adam yox pişik balasıdır.
-Adın nədir?
-Heidi.
-Bu nə addır. Başqa adın yoxdur?
-Bilmirəm.
-Bu necə cavabdır, axmaq.
Heidinin xalası işlərin korlanacağını görüb tez irəli atıldı:
-Üzr istəyirəm, tərbiyə görməyib. Ona görə də belədir. Adı Adelhaytdır.
-Hə, bu ad pis deyil. Ancaq bu qız balacadır. Klaranın isə on iki yaşı var.
-Yox, xanım, elə də kiçik deyil. Onun doqquz yaşı var.
Heidi cəld xalasının səhvini düzəltdi:
-Doqquz yox, səkkiz.
-Deməli, səkkiz. De görüm, bu günə qədər hansı kitabları oxuyubsan?
-Mən oxumağı bacarmıram.
-Nə? İnana bilmrəm. Oxumağı bacarmayan birinin bizim evdə nə işi var?!
Ancaq Detie o saat dedi:
-Xanım, əmin olun ki, bu, elə sizin axtardığınız uşaqdır. Bir-iki gündən sonra özünüz də buna əmin
olacaqsınız. Mən tələsirəm, təcili getməliyəm. Bir neçə gündən sonra gəlib məmnun olub-olmadığınızı öyrənəcəyəm.
Xalası bu sözləri deyən kimi çıxıb getdi. Heidi baş verənləri anlamağa çalışırdı, ancaq bir şey başa düşmürdü. Birdən yan tərəfdən ona verilən sualla üz-üzə qaldı:
-Deməli, adın Adelhaytdır, hə? Yoxsa Heididir?
O, sağ tərəfə çönəndə arabasında oturub ona baxan Klaranı gördü.
-Məni həmişə Heidi deyə çağırırlar.
-Lap yaxşı, onda mən də səni belə çağıracağam. Bura gəldiyin üçün sevinirsənmi?
-Yox, bir azdan nənənin yanına qayıdacağam. Hə, bir də ona ağ çörək aparacağam.
-Yoox, burda qalacaqsan və səninlə çox gözəl dost olacayıq. Bura hər gün müəllim gəlir. O, sənə
də oxumağı öyrədəcək.
-Burada qalacağımı mənə heç kim deməyib axı. Axşam evə qayıdacağam.
Rottenmayer əsəbi halda saga-sola əmrlər yağdırırdı:
-Bu qız üçün cəld bir otaq hazırlayın!
Yemək zamanı Rottenmayer uzun-uzadı danışdı. O, Heidiyə evin qayda-qanunlar və özünü necə aparmaq lazım olduğu barədə danışırdı. Ancaq Heidi çox yorulmuşdu. Ona görə də bir neçə dəqiqədən sonra o, başını stola qoyub yuxuya getdi.
Klara Heidini bu vəziyyətdə görüb bərkdən gülməyə başladı.
-Çox şirin qızdır. Çoxdandır ki, belə gülmürdüm.
Heidi səhər yuxudan duranda özünün gözəl bir yataqda uzandığını gördü. Ətrafına baxdı. Otaqda olan bütün əşyalar bahalı idi. Pəncərəni aşmağa çalışdı ancaq xarab oduğu üçün aça bilmədi.
O, stulda oturub dağları düşünməyə başladı. Orada olmadığı üçün ağlamaq istəyirdi, ancaq Rottenmayerin gəlişi ona mane oldu. Rottenmayer Heidinin bu saata qədər yatmağına əsəbiləşmişdi. Heidi onun ardınca tullana-tullana gedib əl-üzünü yudu və Klara ilə birlikdə qəlyənaltı etdi.
Səhər yeməyindən sonra uşaqlar Aşer müəllimin yanına gəldilər. Rottenmayer Heidi haqqında qabaqcadan müəllimə bir neçə şey demişdi:
-Biz Klaranın yaşında bir uşaq gözləyirdik. Ancaq bu ondan həm çox balacadır, həm də cahildir. Xahiş edirəm, onu Klaraya layiq bir yoldaş kimi tərbiyə edin. Bunu etmək mümkün olmasa, bunu mənə mütləq deyin.
Onlar müəllimin otağına yaxınlaşanda Heidi həyətdə gedən arabalara baxmaq üçün qaçdı və ayağı ilişib yıxıldı. Heidi müləlimlə belə bir vəziyyətdə tanış oldu. Klara isə müəllimə dedi:
-Onu cəzalandırmağınızı istəmirəm. Çünki onun günahı yoxdur.
Günortaya qədər onların dərs keçəcəyi otaq təmizləndiyi üçün müəllim Heidi ilə tanış ola bilməmişdi.
Heidi günorta qulluqçuların birindən xahiş etdi ki, pəncərəni açsınlar. O, düşünürdü ki, babanın evini buradan görə bilər. Qulluqçudan soruşdu:
-Mən dərəni haradan görə bilərəm?
Xidmətçi də qarşıdakı qülləni göstərdi.
Heidi tez evdən çıxdı, ancaq o qülləni tapa bilmədi. O, küçədə harasa tələsən adamları görəndə çox təəccüblənmişdi. Bu adamlar heç bir-birilərinə salam da vermirdilər. Heidi bir qədər getdikdən sonra adamların birindən qüllənin harada olduğunu soruşdu.
Nəhayət, o, qüllənin yanına gəlib çatmışdı. Heidi bir azdan babasının evini, dərəni görəcəkdi. Ona görə də çox həyəcanlanmışdı. Ancaq bir problem var idi. O, qülləyə necə çıxacaqdı? Qüllənin hər tərəfini dolaşdı. Yan tərəfdə bir adam durmuşdu. Heidi cəld onun yanına qaçdı.
-Bağışlayın, mən bu qülləyə çıxmaq istəyirəm. Mənə onun qapısını göstərə bilərsinizmi?
-Sənin kimi balaca bir qız ora çıxa bilməz.
-Axı mən ora çıxmalıyam, babamın evinə baxmalıyam. Xahiş edirəm, mənə kömək edin.
Həmin adam gülümsəyərək Heidiyə baxdı və onun əlindən tutaraq qülləyə çıxartdı. Bütün evlər qüllədən görünürdü. Heidi qarşısındakı mənzərəni görəndə təəccübləndi:
-Axı buradan heç nə görünmür. Belə bərbad bir şeylə heç bir zaman qarşılaşmamışdım.
Həmin adam Heidinin bu sözünə əsəbiləşdi.
-Sənin belə şeylərdən başın çıxmaz. – dedi və Heidinin əlindən tutub onu aşağı düşürdü.
Qapıdan çıxanda Heidi səbətin içində iki dənə pişik balası gördü və onları özü ilə aparmaq üçün icazə istədi.
-Neyləyəcəksən ki, bu pişikləri?
-Mən cənab Sesemanın evində yaşayıram. Pişikləri də ora aparacağam.
Heidi cibində pişik balaları ilə qonaq otağına girəndə hər kəsin orada olduğunu gördü. Hamı sakit durmuşdu. Birdən Rottenmayer qışqırmağa başladı:
-İcazəsiz evdən gedibsən və gec gəlibsən. Bu necə ola bilər?! Mən sənin necə rəftar etməli olduğumu belə bilmirəm!
Rottenmayer sözünü yenicə bitirmişdi ki, Heidinin cibindəki pişik miyoldadı!
Rottenmayer düşündü ki, bu səsi Heidi çıxartdı.
-Hələ miyolduyursan da, həə?
-Yox, yox, bu mən deyildim, pişiklər idi. Baxın necə də şirindirlər, bunları hamımız üçün gətirmişəm.
Klara qəhqəhə çəkib gülürdü, Rottenmayer isə qəzəblənmişdi. O, öz otağına getmiş, qapısını da bağlamışdı.
Klara Sebastiyana dedi:
-Pişiklər evdə qalacaq. Onları elə yerdə saxlayın ki, Rottenmayer görməsin.
Sonra isə gülümsəyərək əlini Heidiyə tərəf uzatdı.
(Ardı var)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ərdoğan Putinə: “Dedim ki, Qafqazda bu işə son qoyaq”
Dövlət rəmzləri
Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlandı
BÜRCLƏR bizə nə vəd edir? - 13 fevral
Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı BƏYANATI
Ana südü və əmizdirmə
Hava haqqında
Qadınlar hansı ölkəyə bənzəyir?
Hava haqqında
Qadın.net ilə birgə hamiləlik dövrü(4 həftə)
Azərbaycanda uşaqlara qoyulan ən populyar adların siyahısı açıqlandı
Bölgələrdə soyqırım qurbanları anılıb
İtaliyanın ən yaxşıları seçildi
Lavaş içi salat (foto resept)
Romantik yataq otağı dekorasiyası
Göbələk souslu küftə (foto-resept)
Mürəbbəli peçenye (foto resept)
Yeni vertolyot bəyanatı
Xalq artisti ola bilməyən aktyorun son arzusu...
Bakının bu rayonunda qaz olmayacaq
Kamran Ağayev Türkiyə çempionu oldu
İşdən qovulmaq istəmirsiz? Onda oxuyun
Ermənistan ordusunda qiyam baş verib
Tony Bowls 2010 - kokteyl kolleksiyası(Ihissə)
Möhtəşəm don modelləri
Gözlərin rənginə görə uyğunluq testi
Külək Bakını dağıtdı, Meriya xəbər tutmadı
Göyün 7-ci qatında 7 düşüncə
Böyük Holland rəngkarlığının kiçik ustaları
Koronavirusdan ən çox ölən xəstələr kimlərdir? - ARAŞDIRMA
Bakıda məktəblilər niyə tibbi müayinəyə məcbur edilirlər?
Uşaqlarla oynanıla biləcək açıq sahə oyunları
Frappe (foto-resept)
Arıqlamaq istəyənlərə şad xəbər
Azərbaycanda təhsil sisteminin vahid məlumat bazası yaradılacaq
Serenay Sarıkayanın 90 minlik paylaşımı-FOTO
Koronavirusun YENİ ƏLAMƏTLƏRİ: bunlar sizdə varsa....
Eser Yenenler ata oldu-FOTO
"Səmaaltı imperiya" 42 illik sirrini açdı
Məşhur hind aktyoru intihar etdi
Dua Lipanın mahnısı Aleyna Tilkinin mahnısına bənzədildi-VİDEO
Azərbaycan Kubokunda 1/8 final həyəcanı
Fahriye Evcen 4 aylıq oğlu üçün məktəb axtarır
Meyvələrdəki gizli sirlər
Günün ulduz falı
"WhatsApp" öz istifadəçilərini məhkəməyə verir-SƏBƏB
Sobada pendirli göbələk (video-resept)
Pensiya gözləyənlərə XƏBƏR!
Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir
Tarixi şəxsiyyətlər jurnalının növbəti sayı Taras Şevçenkoya həsr edilib!
- ŞƏRHLƏR