Ceyms məndəki təbəddülatı çox tez dərk etdi. O ara-sıra məni ucuz klublara, gecələr səhərəcən müxtəlif adamların ”haylay, roki-n-rol, ça-ça” vurduğu və yıxılanacan içki içdiyi yerlərə dəvət edirdi. Amma heç vaxt varlıların getdiyi məşhur kinoteatrlara, kazinolara, restoran və otellərə aparmırdı.
Mən bu fərqə əhəmiyyət verəcək halda deyildim. Nəhayət bir dəfə Ceyms növbəti kino səfərindən sonra məni evinə dəvət etdi. Ürəyim çılğınlıqla çırpındığı halda bir it kimi ardınca düşüb getdim. Mən müqəddəsimin yaşadığı sehrli məkanı görəcəkdim.
Ceymsin otaqlarında, xüsusilə mətbəxdə hər şey ağ idi. Qoy nə deyirlər desinlər, biz qaralar ağ rəngi ağların özündən də çox sevirik. Burda hər şey Ceymsin özü kimi ağ və təmiz idi.
Ceyms üç otaqlı mənzildə yaşayırdı. Bunlardan biri qonaq qəbul olunan zal, biri iş otağı, üçüncüsü yataq otağı idi. Yataq otağında tənzimedici işləyir, otağa Afrikaya xas olmayan sərin bir hava doldururdu. İş otağının divarlarındakı rəflər, yazı masası və şkaflar kitablarla dolu idi. Qonaq otağında heç vaxt görmədiyim əşyalar var idi. Hamam və tualet ağ kafellə örtülmüşdü, vanna, əlüzyuyan par-par parıldayırdı. Mətbəxdə ömrümdə görmədiyim qablar, ən başlıcası soyuducu var idi. O, buradan bir şüşə viski çıxarıb badələrə süzdü və mənimlə birlikdə içdi. Sonra mətbəxdən keçib geniş bir dəhlizə gəldik. Bu dəhlizdə sadə çarpayı və bir kürsü qoyulmuşdu. Tənzimedici yoxdursa da, tavanında, o biri otaqlarda və mətbəxdə gördüyüm fenlərdən biri asılmışdı. Şəbəkə pəncərələri meşə kimi sıx ağac dolu arxa həyətə açılırdı. Onun dəhlizə və küçəyə çıxan yolu, içində çimmək üçün vannası olan hamamı da ayrı idi. Ceyms bu otağı mənə göstərib gülə-gülə dedi:
-Bu da sənın otağın...
Mən diksindim. Ömrüm uzunu 8-9 nəfərlik ailə ilə qaranlıq, pəncərəsiz, işığı yalnız pərdə salınmış qapıdan düşən bircə otaqda böyümüşdüm. Ömrümdə çarpayım olmamışdı...
Mən sonralar bildim ki, bu otaq mister Ceymsin xidmətçi otağı imiş. Məni bura gətirəcəyinə əmin olduqda xidmətçini ixtisara salıbmış... Bunu sonra bildim. O gün isə səadətimə qovuşmuşdum. Bu otağın Ceyms üçün ingilis dostları və həmvətənləri qarşısında xilas otağı olduğunu, lazım olmadığım zaman buraya qapanacağımı bilmirdim.
O gecə mən Ceymslə birgə adət etmədiyim bəyaz və zərif qablarda yemək hazırladım, sonra hollda qarşı-qarşıya oturub yedik, hər ikimiz çoxlu viski içdik. Mənim viskiyə ehtiyacım yox idi. Mən onsuz da səadətimdən məst idim. O, məndən razılıq almadan hər şeyi qət etmişdi. Elə birinci gecədən mənim rəyimi soruşmadan məni yatağına çəkdi...
Heç on gün keçməmişdi ki, Ceymsin evində və qəlbindəki yerimi anlamağa başladım. Amma getdikcə artan dərdimi heç kəsə deyə bilmirdim. Mən öz əlimlə arxaya qayıdacaq yolumu kəsmişdim. Qohum-əqrəbam, ən yaxın dostlarım məndən üz çevirmişdi. Ceyms mənimlə bir xidmətçi kimi rəftar edirdi. İlk günlər hələ birgə yemək yediyimiz vaxtlarda daima gözü əlimdə olurdu. Ən yaxşı tikələri onsuz da sevdiyimin qabına qoyurdum. Bunu öz qadınlıq haqqım hesab edirdim. Buna baxmayaraq qabımda daha dadlı nə görsə, guya zarafatla qapırdı. Onunla yemək yeyəndə daima daxilən qısılır, əzab çəkirdim, elə bilirdim ətimi yeyirəm. Əslində mən heç də Ceymsə yük deyildim. Xəstəxanadan aldığım maaşım mənə artıqlaması ilə bəs edərdi. Amma mən hələ ilk günlərdən evimizi, cibimizi, xərcimizi ümumu bir şey hesab edib aldığım maaşımı da ona verirdim. Ceyms nəinki özünün, hətta mənim də pulumdan bir pens mənə qıymırdı. Əgər mən tamamilə yeyib-içməməyi bacarsaydım, o, bundan razı olardı. Siz elə bilməyin ki, Ceyms xəsis idi. Yox, özünə lazım olanda, xüsusilə dostları ilə gecəyarısına kimi restoranlarda, özünün təşkil etdiyi qonaqlıqlarda çox əliaçıq olurdu. Bu zaman qətiyyən xəsislik etmirdi. Onun xəsisliyi yalnız mənə idi. Heç yadımdan çıxmaz, bir dəfə əksərən qaraların getdiyi bir kinoteatra getmişdik. Evdən tələsik çıxdığımdan su içməmişdim, susuzluqdan yanırdım. Arxasınca kino zalına girdikdə gözüm sərinləşdirici sular satılan köşkə sataşdı. Yanğım bir az da artdı. Ona dedim: "Mənə su al". Əlini cibinə aparanda ciddiyətlə dedi: "Burda bufetdə sular elə bahadır ki..." Yavaşca qolundan tutdum. İstəmədiyimi deyib yerimdə oturdum. Dilim-dodağım təpimişdi. Yaxşı ki, zalda işıqlar söndü. Göz yaşlarımın qurumuş dodaqlarımı necə islatdığını görən olmadı. Ceyms bunu duydu, görünür ki, narahat oldu. Yavaşca pıçıldadı: “Mən ona görə demədim, burda bufet çox çirklidir. Xəstələnərsən, istəyirsən gedim alım". "Yox, lazım deyil” dedim.
Kinodan çıxanda qadınlara məxsus tualetə keçdim. Bir az sonra foyeyə qayıdanda gördüm ki, bayaq "çirkli" dediyi bufetin yanında dayanıb sakit-sakit məndən xəlvəti sərin su sümürür. Şüşənin dibində azca su qalmışdı. Məni görcək diksinən kimi oldu, amma tez özünü sındırmayıb "İçirsən?" dedi. "Yox" deyib yenə imtina etdim. Amma nə çəkdiyimi bir olan Allah yaxşı bilir. Evdə də çörəyimi-suyumu gizlicə yeyirdim.
Başqa bir vaxt da bir kitaba 10 pens verdiyimi duyunca "Sənə pul veriləsi, nəsə etibar ediləsi deyilsən" deyə küçənin ortasında, camaatın içində bağırdı. Hamı bizə baxırdı. Sonralar o kitabı oxumaq istəyəndə oxuya bilmirdim, sanki kitab əllərimi yandırırdı.
Belə olan hallarda ona deyirdim:
Ardı var
XƏBƏR LENTİ
Nigar Köçərli: "Kitab ümumiyyətlə vergi yükündən azad olmalıdır"
Günün qoroskopu: Bədxərclik etməyin!
Evdə hazırlanan darçınlı maskalar
BÜRCLƏR bizə nə vəd edir? - 28 fevral
Dərmanlar elektron reseptlə yazılacaq - ənənəvi reseptlərə son
Yel Çərşənbəniz Mübarək!
Azərbaycanın qəhrəmanları
Yüz ilin ən güclü QARı yağdı
HAVA necə olacaq?
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Saçlar üçün çaytikanı yağı ilə maskalar
Pizza xəmirinin hazırlanma qaydası (foto resept)
Balaca rəqqaslar
Xiyar barədə bunları bilmək maraqlıdır
Şəkildə fotoşopu müəyyən edən xidmət istifadəyə verildi
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - VİDEO
Uşaqlar üçün papaq modelləri
"Recep İvedik" 35 kq arıqladı-FOTO
Cəbhədə güclü atışma: dinc sakin yaralandı
Ən problemli avtomobillər bunlardır - SİYAHI
Göz ətrafı qırışlarla mübarizə aparan 3 üsul
Hava haqqında - 02.03.2014
Koronavirusla bağlı SON STATİSTİKA
"Gilas mövsümü"nün baş qəhrəmanları evlənir-FOTO
Ronaldinyodan Azərbaycana dəstək - VİDEO
Limonlu yay tortu (video-resept)
Evlilik təklifi
Qızılı rəngli ayaqqabılar
Xəz qətliamı
Windows 8.x sürətlə populyarlaşır
Kalsium çatışmazlığının göstəriciləri
Telefonunuzda bu simvolu görsəniz açmayın
Bakıda aksiya keçirildi
Van Qoqun 5 tablosunun tarixi
Pelosi: "Tramp ABŞ-ın daxili düşmənidir"
Almanın cinsi aktivliyə təsirini bilirdiniz?
Timati yenidən ata oldu-FOTO
Bakıda bir neçə prospekt yenidən qurulacaq
Ən dəbli 10 qadın
Yararlı məsləhətlər
Londonda azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO
Lermontov dueldə öldürülməyib - FAKT
Orta məktəblər müasir avadanlıqlarla təmin olunub
Türkiyədən Azərbaycanın istədiyi silahlarla bağlı QƏRAR
Tarixin ən uzunmüddətli günəş tutulması baş verəcək
Adi vətəndaş buna görə 800 manatadək mükafat alacaq
Səsverməyə ayı balası ilə gəldi – FOTO/VİDEO
Ümumxalq hüzn və Milli Qürur günü
Badımcanlı zapekanka (foto resept)
Ərdoğan öz sözünü tutdu
- ŞƏRHLƏR