Ceyms məndəki təbəddülatı çox tez dərk etdi. O ara-sıra məni ucuz klublara, gecələr səhərəcən müxtəlif adamların ”haylay, roki-n-rol, ça-ça” vurduğu və yıxılanacan içki içdiyi yerlərə dəvət edirdi. Amma heç vaxt varlıların getdiyi məşhur kinoteatrlara, kazinolara, restoran və otellərə aparmırdı.
Mən bu fərqə əhəmiyyət verəcək halda deyildim. Nəhayət bir dəfə Ceyms növbəti kino səfərindən sonra məni evinə dəvət etdi. Ürəyim çılğınlıqla çırpındığı halda bir it kimi ardınca düşüb getdim. Mən müqəddəsimin yaşadığı sehrli məkanı görəcəkdim.
Ceymsin otaqlarında, xüsusilə mətbəxdə hər şey ağ idi. Qoy nə deyirlər desinlər, biz qaralar ağ rəngi ağların özündən də çox sevirik. Burda hər şey Ceymsin özü kimi ağ və təmiz idi.
Ceyms üç otaqlı mənzildə yaşayırdı. Bunlardan biri qonaq qəbul olunan zal, biri iş otağı, üçüncüsü yataq otağı idi. Yataq otağında tənzimedici işləyir, otağa Afrikaya xas olmayan sərin bir hava doldururdu. İş otağının divarlarındakı rəflər, yazı masası və şkaflar kitablarla dolu idi. Qonaq otağında heç vaxt görmədiyim əşyalar var idi. Hamam və tualet ağ kafellə örtülmüşdü, vanna, əlüzyuyan par-par parıldayırdı. Mətbəxdə ömrümdə görmədiyim qablar, ən başlıcası soyuducu var idi. O, buradan bir şüşə viski çıxarıb badələrə süzdü və mənimlə birlikdə içdi. Sonra mətbəxdən keçib geniş bir dəhlizə gəldik. Bu dəhlizdə sadə çarpayı və bir kürsü qoyulmuşdu. Tənzimedici yoxdursa da, tavanında, o biri otaqlarda və mətbəxdə gördüyüm fenlərdən biri asılmışdı. Şəbəkə pəncərələri meşə kimi sıx ağac dolu arxa həyətə açılırdı. Onun dəhlizə və küçəyə çıxan yolu, içində çimmək üçün vannası olan hamamı da ayrı idi. Ceyms bu otağı mənə göstərib gülə-gülə dedi:
-Bu da sənın otağın...
Mən diksindim. Ömrüm uzunu 8-9 nəfərlik ailə ilə qaranlıq, pəncərəsiz, işığı yalnız pərdə salınmış qapıdan düşən bircə otaqda böyümüşdüm. Ömrümdə çarpayım olmamışdı...
Mən sonralar bildim ki, bu otaq mister Ceymsin xidmətçi otağı imiş. Məni bura gətirəcəyinə əmin olduqda xidmətçini ixtisara salıbmış... Bunu sonra bildim. O gün isə səadətimə qovuşmuşdum. Bu otağın Ceyms üçün ingilis dostları və həmvətənləri qarşısında xilas otağı olduğunu, lazım olmadığım zaman buraya qapanacağımı bilmirdim.
O gecə mən Ceymslə birgə adət etmədiyim bəyaz və zərif qablarda yemək hazırladım, sonra hollda qarşı-qarşıya oturub yedik, hər ikimiz çoxlu viski içdik. Mənim viskiyə ehtiyacım yox idi. Mən onsuz da səadətimdən məst idim. O, məndən razılıq almadan hər şeyi qət etmişdi. Elə birinci gecədən mənim rəyimi soruşmadan məni yatağına çəkdi...
Heç on gün keçməmişdi ki, Ceymsin evində və qəlbindəki yerimi anlamağa başladım. Amma getdikcə artan dərdimi heç kəsə deyə bilmirdim. Mən öz əlimlə arxaya qayıdacaq yolumu kəsmişdim. Qohum-əqrəbam, ən yaxın dostlarım məndən üz çevirmişdi. Ceyms mənimlə bir xidmətçi kimi rəftar edirdi. İlk günlər hələ birgə yemək yediyimiz vaxtlarda daima gözü əlimdə olurdu. Ən yaxşı tikələri onsuz da sevdiyimin qabına qoyurdum. Bunu öz qadınlıq haqqım hesab edirdim. Buna baxmayaraq qabımda daha dadlı nə görsə, guya zarafatla qapırdı. Onunla yemək yeyəndə daima daxilən qısılır, əzab çəkirdim, elə bilirdim ətimi yeyirəm. Əslində mən heç də Ceymsə yük deyildim. Xəstəxanadan aldığım maaşım mənə artıqlaması ilə bəs edərdi. Amma mən hələ ilk günlərdən evimizi, cibimizi, xərcimizi ümumu bir şey hesab edib aldığım maaşımı da ona verirdim. Ceyms nəinki özünün, hətta mənim də pulumdan bir pens mənə qıymırdı. Əgər mən tamamilə yeyib-içməməyi bacarsaydım, o, bundan razı olardı. Siz elə bilməyin ki, Ceyms xəsis idi. Yox, özünə lazım olanda, xüsusilə dostları ilə gecəyarısına kimi restoranlarda, özünün təşkil etdiyi qonaqlıqlarda çox əliaçıq olurdu. Bu zaman qətiyyən xəsislik etmirdi. Onun xəsisliyi yalnız mənə idi. Heç yadımdan çıxmaz, bir dəfə əksərən qaraların getdiyi bir kinoteatra getmişdik. Evdən tələsik çıxdığımdan su içməmişdim, susuzluqdan yanırdım. Arxasınca kino zalına girdikdə gözüm sərinləşdirici sular satılan köşkə sataşdı. Yanğım bir az da artdı. Ona dedim: "Mənə su al". Əlini cibinə aparanda ciddiyətlə dedi: "Burda bufetdə sular elə bahadır ki..." Yavaşca qolundan tutdum. İstəmədiyimi deyib yerimdə oturdum. Dilim-dodağım təpimişdi. Yaxşı ki, zalda işıqlar söndü. Göz yaşlarımın qurumuş dodaqlarımı necə islatdığını görən olmadı. Ceyms bunu duydu, görünür ki, narahat oldu. Yavaşca pıçıldadı: “Mən ona görə demədim, burda bufet çox çirklidir. Xəstələnərsən, istəyirsən gedim alım". "Yox, lazım deyil” dedim.
Kinodan çıxanda qadınlara məxsus tualetə keçdim. Bir az sonra foyeyə qayıdanda gördüm ki, bayaq "çirkli" dediyi bufetin yanında dayanıb sakit-sakit məndən xəlvəti sərin su sümürür. Şüşənin dibində azca su qalmışdı. Məni görcək diksinən kimi oldu, amma tez özünü sındırmayıb "İçirsən?" dedi. "Yox" deyib yenə imtina etdim. Amma nə çəkdiyimi bir olan Allah yaxşı bilir. Evdə də çörəyimi-suyumu gizlicə yeyirdim.
Başqa bir vaxt da bir kitaba 10 pens verdiyimi duyunca "Sənə pul veriləsi, nəsə etibar ediləsi deyilsən" deyə küçənin ortasında, camaatın içində bağırdı. Hamı bizə baxırdı. Sonralar o kitabı oxumaq istəyəndə oxuya bilmirdim, sanki kitab əllərimi yandırırdı.
Belə olan hallarda ona deyirdim:
Ardı var
XƏBƏR LENTİ
Fərqli gəlinliklər
Günün qoroskopu:Hisslərinizin əsiri olmayın
Türkiyə ekranlarının ən dəbli aktrisaları
Toxunma şərf modelləri
Şahdağda qiymətlər endiriləcək?
Məşhur fırıldaqçı Nyu-Yorkda tapıldı
Namazın rükətlərinin sayını bilmədən...
Cennifer Enistonun boşanma səbəbi məlum oldu
Azərbaycan milli uşaq oyunları-13
Qara Tərlan-Təslim nitqi (1832)
Dekolteli gəlinliklər
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür
Rezin uzunboğaz çəkmələr
Cəbhədə qızğın döyüşlər və helikopterin vurulması: Nələr dəyişdi?
Kolonya alarkən ehtiyatlı olun!
Bakı metrosunda gediş haqqı qaldırılır?
Pərdə seçərkən nələrə diqqət etməliyik?
Bağdadda dəhşətli partlayış: 60 nəfər həlak olub, 100-dən çox yaralı var
Şeyma Subaşını ələ saldı
İllik qiymətlərindən narazı qalan şagirdlərin NƏZƏRİNƏ
Qadın.net ilə birgə hamiləlik dövrü(4 həftə)
Həyat qurtaran 10 makyaj hiyləsi
Qan şəkərini tənzimləyən idmanlar
Boşanmış qadınların probleminə son, kişilərin hüququ isə...
Kəndirbaz Fillip Petit
Pendirli peçenye (foto resept)
Kiara Ferragni
Nizamlı idman etmənin insan beyninə təsiri
Dekorasiyada vintage tərzi
Nikol Kidman etirafı ilə təəccübləndirdi-FOTO
Azərbaycanda fizika sahəsində nanoölçülü tədqiqatlara başlanılır
Kişilər qadınlarda nəyə aşiq olur?
"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi"
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Bitməyən savaş
2012-ci ilin mirvari boyunbağı modelləri
Adriano Çelentanonun həyatı təhlükədədir
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi
Tünzalə SUYUN ALTINDA klip çəkdirən tələbəsinə DƏSTƏK OLDU – FOTO/VİDEO
Teledərslərin sabaha olan cədvəli açıqlandı
HAVA necə olacaq?
“Google” mobil operator olmaq istəyir
Əllərimizdəki təqlid edilməz yaradılış
Sabah 38 dərəcəyə qədər isti olacaq
Toyuqlu rizotta(foto resept)
Misirdə yenə qan su yerinə axır: 44 nəfər öldürüldü
Azərbaycanlı bəstəkar vəfat edib
Bakıda bu zəng kimin üçün çalınır?
Rihanna yeni Fenty ayaqqabı kolleksiyasını tanıtdı
Ən böyük savab
- ŞƏRHLƏR