Aliminium silikatı olan bu mineral tünd yaşıl, qırmızı, narıncı, sarımtıl, boz və qonur rənglərdə olur. O həm də qeyri-adi qiymətli daşlardan sayılır. Çünki, andaluzit optik pleoxroizm effektinə malikdir, yəni işığın düşməsindən və şüanın sınmasından asılı olaraq, öz rəngini dəyişir. Nadir hallarda şəffaf andaluzitlər də tapılır. Andaluzitin xiastolit növünün qəribə xüsusiyyətləri də var. Bu mineral cilalandıqdan sonra onun səthində xaçı xatırladan şəkil görünür. Buna görə də xaçpərəst din xadimləri onu çox sevirlər.
Litoterapevt həkimlər andaluziti ürək-damar sisteminin işini stimullaşdıran, psixoloji və sinir pozuntularını sağaldan, bronxial və ağciyər xəstəliklərindən qoruyan mineral hesab edirlər. Bundan başqa, andaluzit insan orqanizminə ümmunmöhkəmləndirici təsir göstərərək onun müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Mineralın sehr, cazibə xüsusiyyətlərinə gəlincə, demək lazımdır ki, andaluzit kifayət qədər mistik daşdır. Belə hesab edilir ki, andaluzit yalnız saf niyyətli insanlara kömək edir. O, belə insanlara müdriklik, mənəvi güc bəxş edir, hər hansı xoş niyyətləri həyata keçirməkdə onların köməyinə gəlir.
Qədim zamanlarda kahinlər onun köməyi ilə tanrılara müraciət edər, bütün zamanların münəccimləri isə ilahi qüvvələr, dünyasını dəyişmiş insanların ruhları ilə daimi əlaqə yaratmaqdan ötrü andaluzit qaşlı zinət əşyası gəzdirərdilər.
Lakin çox güman ki, bu daşa cəngavər-rahiblər daha çox meyl göstərirdilər. Bu mineral ilə bəzədilmiş xaç və üzükləri səyahətçilər, hərbçilər, kimyagərlər, filosof və öncəgörənlər də taxmağa başladılar. Orta əsrlərdə yaşamış böyük fransız münəccimi Nostradamus andaluzit qaşlı qoşa üzük taxarmış. Boynundan da eyni daşlı iri kulon taxarmış. Nostradamusun bu minerala etibarı və məhəbbəti o qədər imiş ki, daim əlində bu mineraldan təsbeh çevirərmiş.
Bizim günlərin astroloqları da hesab edirlər ki, andaluzit öz sahibinə dərin sirlərdən agah olmaq, düşüncənin ən yüksək qatına yetmək imkanlarını bəxş etmək qabiliyətindədir. Bürcündən asılı olmayaraq bütün insanlar andaluzit qaşlı zinət əşyaları taxa bilərlər. Lakin yadda saxlamaq lazımdır ki, andaluzit onunla yüngül davranışa dözən deyil. Əgər siz andaluzitin imkanlarından kiməsə zərər yetirmək və ya maddi mənfəət əldə etmək üçün bəhrələnmək istəyirsinizsə, mineral sizin köməyinizə gəlməyəcək.
XƏBƏR LENTİ
Dərini 1 gecəyə ağardan maska
Səssiz haray
Bahalaşmanın qarşısı necə alınsın?
Kəndli kənddən niyə qaçır?
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunacaq
Mən arıqladım!
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı - VİDEO
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
Namazı belə qılaq
Qadınlarda ən sıx rast gəlinən 5 xəstəlik!
Günün ulduz falı - 19.12.2013
Jeleli tort (foto resept)
Uşaq otağı üçün xalçalar
Qısqanclıq hissinin yaranma səbəbi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Bakıda yağış yağacaq
Ləzgi paxlavası (foto resept)
Nağıl kimi yerlər-1
Ciddi sarsıntılara HAZIR OLUN-FOTO
Bakıda yeni kəsim məntəqələri quraşdırılır
Günün qoroskopu: Uğurlu gündür!
Bahalı geyimlərin zərərləri nədir?
Elmə məlum olmayan heyvan tapıldı
Castin Biberin xanımından Gözlənilməz Etiraf - FOTO
Rubl necə yüksələcək?
17 asteroiddə su aşkarlandı
Günün ulduz falı
Brabus-dan kabriolet Mercedes
Məktəbli formalarına tələbat böyükdür
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Məşhur filmlərdəki səhvləri gördünüz?
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Şeyx xalqa müraciət etdi
Zərf
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
ABŞ-da internet qanunları dəyişir
İnsanlara kömək et, uzunömürlü ol
Balaca modabazlar
Kıvanç Tatlıtuğ Yeni ili İspaniyada qeyd edəcək
"Sarpız"la bağlı əhaliyə XƏBƏRDARLIQ
Moda brendlərini tanıyaq (3)
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Manatla bağlı qorxudan proznoq: "Bu, son deyil"
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Bank Kıvanç Tatlıtuğa təzminat ödədi-SƏBƏB
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Səudiyyə nefti bahalaşdırdı
Tiflisdə məhşər günü: azərbaycanlıların durumu
- ŞƏRHLƏR