Bu gün sizlərin müzakirəsinə evlənməsi məsləhət olan 15 kişi tipin çıxaracam. Keçən dəfəki yazım çox böyük maraqla qarşılandı və müzakirələrə səbəb oldu. Hamı gözləyir ki, bəs görəsən qadınlar hansı tiplərə üstünlük verib, evlənməyə razı olurlar. Və təbii ki, kişilərin də marağındadır ki, görəsən qadınlar hansı xasiyyətdə olan kişiləri bəyənirlər? Əziz dostlar, oxuduğunuzda özünüz də görəcəksiniz ki, qadınların tələbi heç də mücərrəd bir şey deyil. Ona görə də seçimlə razılaşmalısınız Yazacağım xüsusiyyətlərin hamısının bir insanda olması təbii mümkünsüzdü, amma ən azı üçü seçim etdiyiniz kəsdə olmalıdır ki, bərabər olaraq bu çətin həyatın enişli-yoxuşlu yollarında irəliləyəsiniz. Bunlar hansılardı?
Əziz xanımlar, kişilər "səhvdir" deyə bir anlam yoxdur. Kişilərin bizləri hər cür pisliklərdən qoruması hər zaman ürəyimizcə olar.Amma bu qoruyub-saxlama dozasını hər zaman həddində edən biriləri daha çox qəbul olunar.Çünki həddindən artığı həyatı daha çox əzablı etməyə səbəb olar.
Bizimlə dost olmağı bacaran birini bəyənirik. Niyə? Çünki həyat təkcə romantikadan və yataqdan ibarət deyil.
Ev işlərini bacaran birini axtararıq. Yanlış bir şeymi istəyirik? Həyat birgə yaşam üçün deyilmidir, bəylər?
Burda öz subyektiv fikrimi birinci yazacam. Mənim üçün mətbəxt kişi məkanı deyil. Heç sevmirəm kişi önlük bağlayıb ev işləri görə. Amma elə hallar var ki, mütləq orda yardıma ehtiyac duyuruq.Ya bir istək nümanəsi kimi, ya da qadının özəl durumu ilə bağlı olan hallarda vacibdir ki, kişi ən azından yumurta bişirməyi də olsa bacarsın. Bəzi qadınlar isə, hətta bütün ev işlərində ona yardım edəcək kişilərə üstünlük verirlər.
Gəlin danmayaq ki, kişilər nə qədər idman üslubunda geyinib yaraşığlı görünsələr də, biz qadınlar onların qarderobunda mütləq ciddi görkəmli bir geyim dəstini görməyi üstün tuturuq. İpək qalstuk və şux bir kostyum dəsti sevdiyimiz insanın qarderobunda olarsa, daha məmnun qalarıq.
Sevdiyi qadını anlamaq üçün sözlər olmadığı bir anda təkcə baxışların, toxunuşun kifayət etdiyi bir tip sevilən və seçiləndir. Çox danışmaqdansa, duymaq daha önəmlidir.
Özəl bir gün olmasa belə romantik sürprizlər etməyi bacaran kişilər, siz seçilənlərdənsiz!!!
İlk baxışdan diqqətimizi çəkən kişiləri bəyənirik. Bəlkə də heç bəyənməyə dəyməz, zahiri gözəl olduğu qədər də daxili bizim tipimiz deyil. Amma qadınlar yaraşıqlı, uca boylu, diqqət çəkən kişi tiplərini axtarırlar, gəlin danmayaq.Hətta bəzi qadınlar bu yaraşığa görə kişinin mənfi xüsusiyyətlərindən də keçə bilir. Təki yanında hamının qibtə ilə baxdığı bir kişi tipi olsun deyə.
Tanqo,vals, lap elə öz milli və gözəl rəqslərimizi bilən, rəqs etməyi bacara bilən kişilər də qadınların sevdiyi kişi tiplərindəndi.
Yoqa ilə, idmanla məşğul olan kişilər də qadınlar tərəfindən müsbət qarşılanan tiplərdəndi.
Hər gün duş qəbul etməyi üstün tutan, təmizliyinə xüsusi fikir verən kişilər, siz vazkeçilməzlərdənsiz Burda bir haşiyəyə çıxmaq istəyirəm. Bəziləri bu tipləri özlərinə bəzək-düzək verən tip kimi də qəbul edə bilərlər ki, kişi bu qədər bəzənib-düzənməz. Amma bu təmizlik anlamında bəzənməkdir. Kişi fəhlə də ola bilər, nimdaş paltar da geyinə bilər, amma pinti olmaz. Əlləri qabarlı olan bir fəhlə olsan da belə, işdən kənar yerdə ayaqqbın palçığın içində, üstün mazut içində, özün isə günlərlə su üzü görməyən birini xatırlatmamalısan.
Hər anımızda zarafatıyla bizi güldürə bilən,lakin şit olmayan tipləri də bəyənirik.
Bilirsiniz qadınlar bir də hansı tipləri bəyənirlər? Hər zaman söyləyə biləcəkləri bir hekayəsi olanları. Dediklərindən, danışdıqlarından bir şeylər öyrənə bildiyimiz kişilər, siz əhvalımızı müsbətə doğru dəyişə bilirsiniz.
Bağlanmaqdan qorxmayan, sevgisini cəsarətlə söyləyə bilən kişiləri heç qaçırtmaq istəmərik!!!
XƏBƏR LENTİ
Dəbli cins kurtkalar
Kral ailəsindən bayram FOTOsu
Rusiyalı vergi üçün üç çuval pul ödədi
Gözlərinizi haramdan qoruyun
Filmə baxdıqdan sonra xəstəxanalıq oldu - FOTO
Qar yağacaq
Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir
Hava haqqında
NAMAZ-III DƏRS Təmizlik,Qüsul, Qadınlar haqqında əsas məsləhətlər
700 bal toplayan qəzalı məktəbin şagirdi
Əliyev türkiyəli həmkarı ilə Gəncədə görüşəcək
Bu yazın ən sevimlisi kimonolar
Dəb lüğəti (2-ci hissə)
Uşaqlarınızı hovuzda qorumağın yolları
Facebook istifadəçilərlə bağlı məlumat yığır
Doğuşun son halı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Qadınlar üçün paltolar
Şuşaya yeni polis rəisi təyin edilib
Bananın bilmədiyimiz tərəfləri
Günün qoroskopu - 19.11.2013
10 ədəd sellofan gətirənə 1 kq portağal PULSUZ verilir - FOTO
Bu həkimlər cərimələnəcək
Kartoflu piroq (foto resept)
Üzdə mimik qırışları təmizləyən maskalar
Toyuq ətli salat (foto resept)
Yalançı adamı necə tanımaq olar?
Kamera və biz!
Ailə daxilində baş verən cinsi zorakılıq hallarına görə cəzalar sərtləşdirilə bilər
Işın Karaca bu gün boşanır-SƏBƏB
Məşhur aktrisa yeni sevgilisi ilə görüntüləndi
Yeni Maserati GranCabrio
Kəlbəcərin son görüntüləri yayıldı - VİDEO
Bütün şəxsiyyət vəsiqələri dəyişdirilir? - Rəsmi
Adelin FOTOsu hər kəsi QORXUTDU
Windows 8.1 ən yaxşı oldu
Boyun ağrısını necə aradan qaldırmalı?
Bir az gülüş
Toyuqdan çaxoxbili (foto resept)
Azərbaycanda uydurma "problem" arayanların əsl məqsədi nədir?
Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
Kinoşünaslar gənclərə dəstək çıxdı
Ana bətnindəki körpəni qucaqlamaq mümkün olacaq - YENİLİK
Putin qalib gələrsə...
Tramp böyük dövlətləri tənqid etdi
İş yerində sağlam qidalanın
Tarzan Nataşa Korolevaya xəyanət etdiyini açıqlayıb
Venesuela prezidenti Obamadan xahiş etdi
2014-cü ilin "Qızıl Qlobus" mükafatı mərasimi
Bu planşetdə 3D kamera olacaq
"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi
- ŞƏRHLƏR