Qadin.NET / Ailə qurulması məsləhət olan 15 kişi tipi

Ailə qurulması məsləhət olan 15 kişi tipi

 

Bu gün sizlərin müzakirəsinə evlənməsi məsləhət olan 15 kişi tipin çıxaracam. Keçən dəfəki yazım çox böyük maraqla qarşılandı və müzakirələrə səbəb oldu. Hamı gözləyir ki, bəs görəsən qadınlar hansı tiplərə üstünlük verib, evlənməyə razı olurlar. Və təbii ki, kişilərin də marağındadır ki, görəsən qadınlar hansı xasiyyətdə olan kişiləri bəyənirlər? Əziz dostlar, oxuduğunuzda özünüz də görəcəksiniz ki, qadınların tələbi heç də mücərrəd bir şey deyil. Ona görə də seçimlə razılaşmalısınız  smile Yazacağım xüsusiyyətlərin hamısının bir insanda olması təbii mümkünsüzdü, amma ən azı üçü seçim etdiyiniz kəsdə olmalıdır ki, bərabər olaraq bu çətin həyatın enişli-yoxuşlu yollarında irəliləyəsiniz. Bunlar hansılardı?

Ailə qurulması məsləhət olan 15 kişi tipi

Əziz xanımlar, kişilər "səhvdir" deyə bir anlam yoxdur. Kişilərin bizləri hər cür pisliklərdən qoruması hər zaman ürəyimizcə olar.Amma bu qoruyub-saxlama dozasını hər zaman həddində edən biriləri daha çox qəbul olunar.Çünki həddindən artığı həyatı daha çox əzablı etməyə səbəb olar. 

Ailə qurulması məsləhət olan 15 kişi tipi

Bizimlə dost olmağı bacaran birini bəyənirik. Niyə? Çünki həyat təkcə romantikadan və yataqdan ibarət deyil. 

Ailə qurulması məsləhət olan 15 kişi tipi

Ev işlərini bacaran birini axtararıq. Yanlış bir şeymi istəyirik? Həyat birgə yaşam üçün deyilmidir, bəylər?

Burda öz subyektiv fikrimi birinci yazacam. Mənim üçün mətbəxt kişi məkanı deyil. Heç sevmirəm kişi önlük bağlayıb ev işləri görə. Amma elə hallar var ki, mütləq orda yardıma ehtiyac duyuruq.Ya bir istək nümanəsi kimi, ya da qadının özəl durumu ilə bağlı olan hallarda vacibdir ki, kişi ən azından yumurta bişirməyi də olsa bacarsın. Bəzi qadınlar isə, hətta bütün ev işlərində ona yardım edəcək kişilərə üstünlük verirlər.

Gəlin danmayaq ki, kişilər nə qədər idman üslubunda geyinib yaraşığlı görünsələr də, biz qadınlar onların qarderobunda mütləq ciddi görkəmli bir geyim dəstini görməyi üstün tuturuq. İpək qalstuk və şux bir kostyum dəsti sevdiyimiz insanın qarderobunda olarsa, daha məmnun qalarıq.

Sevdiyi qadını anlamaq üçün sözlər olmadığı bir anda təkcə baxışların, toxunuşun kifayət etdiyi bir tip sevilən və seçiləndir. Çox danışmaqdansa, duymaq daha önəmlidir. smile

Ailə qurulması məsləhət olan 15 kişi tipi

Özəl bir gün olmasa belə romantik sürprizlər etməyi bacaran kişilər, siz seçilənlərdənsiz!!!

Ailə qurulması məsləhət olan 15 kişi tipi

İlk baxışdan diqqətimizi çəkən kişiləri bəyənirik. Bəlkə də heç bəyənməyə dəyməz, zahiri gözəl olduğu qədər də daxili bizim tipimiz deyil. Amma qadınlar yaraşıqlı, uca boylu, diqqət çəkən kişi tiplərini axtarırlar, gəlin danmayaq.Hətta bəzi qadınlar bu yaraşığa görə kişinin mənfi xüsusiyyətlərindən də keçə bilir. Təki yanında hamının qibtə ilə baxdığı bir kişi tipi olsun deyə.
Ailə qurulması məsləhət olan 15 kişi tipi

Tanqo,vals, lap elə öz milli və gözəl rəqslərimizi bilən, rəqs etməyi bacara bilən kişilər də qadınların sevdiyi kişi tiplərindəndi.

Ailə qurulması məsləhət olan 15 kişi tipi

Yoqa ilə, idmanla məşğul olan kişilər də qadınlar tərəfindən müsbət qarşılanan tiplərdəndi. 

Ailə qurulması məsləhət olan 15 kişi tipi

Hər gün duş qəbul etməyi üstün tutan, təmizliyinə xüsusi fikir verən kişilər, siz vazkeçilməzlərdənsiz  smile Burda bir haşiyəyə çıxmaq istəyirəm. Bəziləri bu tipləri özlərinə bəzək-düzək verən tip kimi də qəbul edə bilərlər ki, kişi bu qədər bəzənib-düzənməz. Amma bu təmizlik anlamında bəzənməkdir. Kişi fəhlə də ola bilər, nimdaş paltar da geyinə bilər, amma pinti olmaz. Əlləri qabarlı olan bir fəhlə olsan da belə, işdən kənar yerdə ayaqqbın palçığın içində, üstün mazut içində, özün isə günlərlə su üzü görməyən birini xatırlatmamalısan. 

Ailə qurulması məsləhət olan 15 kişi tipi

Hər anımızda zarafatıyla bizi güldürə bilən,lakin şit olmayan tipləri də bəyənirik.

Ailə qurulması məsləhət olan 15 kişi tipi

Bilirsiniz qadınlar bir də hansı tipləri bəyənirlər? Hər zaman söyləyə biləcəkləri bir hekayəsi olanları. Dediklərindən, danışdıqlarından bir şeylər öyrənə bildiyimiz kişilər, siz əhvalımızı müsbətə doğru dəyişə bilirsiniz.

Bağlanmaqdan qorxmayan, sevgisini cəsarətlə söyləyə bilən kişiləri heç qaçırtmaq istəmərik!!! 

Ailə qurulması məsləhət olan 15 kişi tipi
Nəzakəti yalnız sevdiyi qadının yanında deyil, bunu həyatının ayrılmaz hissəsi sayan kişilər daha çox arzulananlardandı. Küçədə gəzərkən, avtomobildə əyləşərkən, liftə minərkən ədəblə yol verən kişiləri çox sevərik.

İstəklərimiz bu qədərmi ağır və həyata keçməsi mümkünsüz olan  bir şeylərdi ?..
10 dekabr 2012
GO BACK