İndiki zamanda kiminsə "Həyatımda bir dəfə də olsun depressiyaya düşmədim" formasında iddiada olması inandırıcı deyil. Hamımız depressiya adı verilən ruhi böhranları keçirməyə meyilliyik. O, həyatımızın bir hissəsidir. Depressiya əslində utanılmaması lazım olan psixoloji problemdir. Ondan azad olmaq üçün istifadə edilən ən məşhur üsul psixiatr nəzarətində dərman müalicəsi olsa da, ondan xilas olmaq əslində öz əlimizdədir. Bəs bunun üçün nə edə bilərik? Bu sualın cavabını sizlər üçün araşdırdım. Əgər depressiyaya düşmüsünüzsə və ya düşmə riskiniz varsa, bu təkliflərə nəzər salın.
* Zövq aldığınız işləri görmək üçün hər gün ən azı 1 saatınızı özünüzə ayırın.
* Müsbət düşüncəli, sizinlə mübahisə etməyən yoldaşlarınızla vaxt keçirin. Əmin olun ki, yaxşı dost əldə etmək sizin də depressiyaya düşməyinizə mane olacaq.
* Bir kağıza nələrdən xoşlanmadığınızı yazın və bu kağızı yandırın. Beləliklə, ruhunuzla ağlınız uyğunlaşmağa başlayacaq.
* Otağınıza gözəl ətir verən çiçəklər qoyun. Xoş qoxu depressiyadan qurtulmaqda əhəmiyyətli təsirə malikdir. Çünki beyində müsbət enerjinin meydana gəlməsinə kömək edir.
* Günəşli günlərdə heç olmasa həftənin bir gününü təbiətdə gəzintiyə ayırın.
* Yemək-içmək vərdişlərinizi dəyişin. Ət yeməkləri əvəzinə meyvə-tərəvəzlərdən ibarət menyu seçin.
* Yalan söyləməyin. Sözün düzünü demək və düşüncələri gizlətməyə ehtiyacı duymamaq ruhunuzda və beyninizdə əmələ gələn təzyiqi ortadan qaldıracaq. Problemlərinizi dostlarınızla paylaşın.
* İbadət edin, Allahla daha çox təmasda olun. Bu, sizə depressiyadan azad olmağa kömək edəcək.
* Rəqs edin və ritmik musiqilər dinləyin.
* Düşüncə tərzinizi kökündən dəyişməyə çalışın. Özünüzü bu dünyada heç vaxt tək hiss etməyin. Əzizlərinizlə birlikdə keçirdiyiniz günləri xatırlayın. Hadisələrə müsbət tərəfdən baxın. Mənfi dünyagörüşü inkişaf etdirməkdən uzaq olun.
* İdmanla məşğul olun. İdman bədənin funksiyalarını yerinə yetirməsi üçün lazım olan oksigenin bədənə daha çox gəlməsinə kömək edir. Beyin bol oksigenlə təmin olunur, bu isə depressiyadan xilas olmaq deməkdir.
* Gecə yuxusundan imtina etməyin. Ən geci gecə 1-də yatağa girin və səhər 8-də qalxın.
* Uşağınızla daha çox vaxt keçirin. Uşaqlar şən varlıqlar olduqları və müsbət enerji daşıdıqları üçün bu enerjinin bizlərə də sirayət etməsi üçün uşaqlarla daha çox vaxt keçirmək faydalı olacaq.
* Siqaretdən və spirtli içkilərdən imtina edin.
XƏBƏR LENTİ
Molla Nəsrəddin lətifələri
Yaralandıqdan sonra üç gün döyüş meydanında qalan Qarabağ qazisi evə buraxıldı - VİDEO
Texnologiyadan necə istifadə etməliyik?
2220 plastik şüşədən gəlinlik
Kaliforniyanın yeni qubernatoru da aktyor olacaq?
Məşhur aktrisa vəfat etdi
Qarışqa qovan üsullar
Meşədə içində naməlum maddə olan çəlləklər aşkar edildi
Prezidentdən muzdlu iddialarına sərt reaksiya: “Bizim əlimizdə pasportlar var”
“TikTok” rəhbərliyindən Trampa cavab
Şokoladlı fransız ruleti (foto resept)
Qadınlar üçün çantalar
Azərbaycan çempionatında ötən turun ən yaxşıları seçildi
Azərbaycanda uşaq ədəbiyyatı və orta məktəb dərslikləri vergidən azad oluna bilər
Qış gəldi, xoş gəldi!
İçimizdəki qadın
Rihanna yenidən arıqladı-FOTO
63 qadın səmada rekord vurdu
Karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA - Bu həftədən başlayaraq...
ABŞ-a getmək istəyənlərə şad xəbər
Azərbaycan və Türkiyə qırıcıları səmaya qaldırıldı
Sevginin əlamətləri
Dünyanın ən faydalı 10 yeməyi - siyahı.
“Facebook”da möhtəşəm yenilik olacaq
Qayaları birləşdirən mühəndislik möcüzəsi
2014-cü ilin yeni il makiyajı
Bergüzar Korel ikinci dəfə ana olacaq
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Həsənpaşa küftəsi (foto resept)
Sabahdan maşınların pərdələri qaytarılacaq
Bakı 2015 Avropa Oyunlarının “Alov Qoruyanlar”ı
Elvis Presli sağdır - İDDİA
Azərbaycanda qeyri-adi məktəb
Sabahın HAVAsı
Bakıda tikinti şirkətlərinin gəlirləri açıqlandı
Dünyanın ən yaxşı muzeyləri (2)
Azərbaycanlılar Merkelin ofisi qarşısında aksiya keçiriblər
Erməni vandalizmi: 800 illik “Xan çinarı”ndan geriyə qalanlar
Bu günün hava proqnozu
Mehmet Əli Ərbilin son durumu
Fizika üzrə “Nobel mükafatı”nın qalibləri açıqlandı
Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
Tələbələrə şad xəbər
Nazirlik xəbərdarlıq etdi: Düşmənin növbəti təhlükəli təxribatı
Gözəl tortlar
Apple gözləri izləyəcək
Yas qadağası üçün qanun qəbul ediləcək
Kim ki yüz il yaşamırsa...
Paşinyan ordunu Qarabağdan GERİ ÇAĞIRDI
- ŞƏRHLƏR