Qadin.NET / Depressiyadan xilas olma yolları

Depressiyadan xilas olma yolları

Depressiyadan xilas olma yolları

İndiki zamanda kiminsə "Həyatımda bir dəfə də olsun depressiyaya düşmədim" formasında iddiada olması inandırıcı deyil. Hamımız depressiya adı verilən ruhi böhranları keçirməyə meyilliyik. O, həyatımızın bir hissəsidir. Depressiya əslində utanılmaması lazım olan psixoloji problemdir. Ondan azad olmaq üçün istifadə edilən ən məşhur üsul psixiatr nəzarətində dərman müalicəsi olsa da, ondan xilas olmaq əslində öz əlimizdədir. Bəs bunun üçün nə edə bilərik? Bu sualın cavabını sizlər üçün araşdırdım. Əgər depressiyaya düşmüsünüzsə və ya düşmə riskiniz varsa, bu təkliflərə nəzər salın.
* Zövq aldığınız işləri görmək üçün hər gün ən azı 1 saatınızı özünüzə ayırın.
* Müsbət düşüncəli, sizinlə mübahisə etməyən yoldaşlarınızla vaxt keçirin. Əmin olun ki, yaxşı dost əldə etmək sizin də depressiyaya düşməyinizə mane olacaq.
* Bir kağıza nələrdən xoşlanmadığınızı yazın və bu kağızı yandırın. Beləliklə, ruhunuzla ağlınız uyğunlaşmağa başlayacaq.
* Otağınıza gözəl ətir verən çiçəklər qoyun. Xoş qoxu depressiyadan qurtulmaqda əhəmiyyətli təsirə malikdir. Çünki beyində müsbət enerjinin meydana gəlməsinə kömək edir.
* Günəşli günlərdə heç olmasa həftənin bir gününü təbiətdə gəzintiyə ayırın.
* Yemək-içmək vərdişlərinizi dəyişin. Ət yeməkləri əvəzinə meyvə-tərəvəzlərdən ibarət menyu seçin.
* Yalan söyləməyin. Sözün düzünü demək və düşüncələri gizlətməyə ehtiyacı duymamaq ruhunuzda və beyninizdə əmələ gələn təzyiqi ortadan qaldıracaq. Problemlərinizi dostlarınızla paylaşın.
* İbadət edin, Allahla daha çox təmasda olun. Bu, sizə depressiyadan azad olmağa kömək edəcək.

Depressiyadan xilas olma yolları

* Rəqs edin və ritmik musiqilər dinləyin.
* Düşüncə tərzinizi kökündən dəyişməyə çalışın. Özünüzü bu dünyada heç  vaxt  tək hiss etməyin. Əzizlərinizlə birlikdə keçirdiyiniz günləri xatırlayın. Hadisələrə müsbət tərəfdən baxın. Mənfi dünyagörüşü inkişaf etdirməkdən uzaq olun.
* İdmanla məşğul olun. İdman bədənin funksiyalarını yerinə yetirməsi üçün lazım olan oksigenin bədənə daha çox gəlməsinə kömək edir. Beyin bol oksigenlə təmin olunur, bu isə depressiyadan xilas olmaq deməkdir.
* Gecə yuxusundan imtina etməyin. Ən geci gecə 1-də yatağa girin və səhər 8-də qalxın.
* Uşağınızla daha çox vaxt keçirin. Uşaqlar şən varlıqlar olduqları və müsbət enerji daşıdıqları üçün bu enerjinin bizlərə də sirayət etməsi üçün uşaqlarla daha çox vaxt keçirmək faydalı olacaq.
* Siqaretdən və spirtli içkilərdən imtina edin.

 

6 sentyabr 2013
GO BACK