Həyatın qayəsi, özülüdür sevgi...Allah kainatı, insanları da sevgi ilə yaratmışdır. Bu həqiqət hər şeydə özünü büruzə verir. Kainatımızın bu qədər ehtişamlı və sanki sənətkar əlindən çıxmış sənət əsəri kimi gözəl olması, təbiətdəki estetika, heyvanların, bitkilərin gözəlliyi Allahın insanlara lütfündəndir.
Dünyamızın qüsursuz bir biçimdə yaradılması sevgidəndir. Göylər, yer və ikisi arasındakı hər şeydə elə möhtəşəm dizayn, qüsursuzluq var ki, bu yalnız sevgi səbəbindən ola bilər. Ucsuz bucaqsız görünən göydə bir dənə belə çatın, yarığın olmaması, hələ ağappaq buludların göylərdəki bu ehtişama ayrı gözəllik qatması , yerdəki canlı və cansız varlıqlar- göz oxşayan mənzərələr, dağlar, dənizlər, çaylar, göllər, çiçəklər, quşlar, kəpənəklər..sadalamağa davam etsəm səhifələr kifayət etməz. Yəni bu qədər varlıq, ən əsası onlardakı mükəmməllik sevgidən başqa bir səbəb üçün yaradıla bilərmi? Əlbbəttə ki, yox. Bu heyrətamiz yaradılış yalnız Sevgi naminədir. Dünyamızın gözəlliyi Allahın sənət əsəridir. Sevgi məhsuludur.
İnsanın fitrətində də sevgi mövcuddur. Sevmək, sevilmək duyğusunu Rəbbimiz bizə gözəl göstərmişdir. Sevgi olmadan yaşamaq mümkün deyil. Bu anlayışı qəlbinə yerləşdirə bilməyən insanlarda dərin boşluq olur. Nə qədər gözəllik olsa da, onları görə bilmirlər. Qəlbləri heç nədən razı qalmır. Ruhsuz, duyğusuz robort kimi yaşayırlar. Əslində bu insanların problemlərinin nə olduğu aydındır: Təkəbbür. Eqoizm. Nifrət. Məhz bu hisslər onları yeyib bitirir, həm də ətraflarına zərər vurur. Dünyamızı sevgisizliklə qaraltmağa çalışan bu insanlara bir söz demək istəyirəm. Azad olun. Sizi məhv edən təkəbbürdən, eqoizmdən azad olun. Nifrətdən azad olun. Bu iyrənc hisslərlə dünyamızı qaraltmayın. Sevgi naminə yaradılan dünyamızı çirkləndirərək yaradana nankor olmayın. Sizdən istənilən şey əslində çox asandır. Nifrəti tərk edib sevgi insanı olacaqsınız. Sevgi naminə təslim olun yaradana. O sizdən sadəcə səmimi sevgi istəyir. Verdiyi o qədər gözəllik qarşısında ona verəcəyiniz şey çoxdurmu? Əgər bunu bacarsanız, cəmiyyətlərdəki mərhəmətsizlik, zalımlıq aradan qalxar. Ehtiyac sahibi olan insanlar xor görülməz. Müharibələr bitər. Bir ovuc torpaq üçün milyonlarla məsum insan qanı axıdılmaz. Uşaqlara, qadınlara təcavüz edilməz. Hərtərəfli zəngin cəmiyyətlər yetişər. Bir sözlə, sevgi ilə dünyamız daha da gözəlləşər, cənnətə çevrilər.
Hər kəs özündən başlasın buna. Yox, qarşımdakı ədalətsizdir, mənfurdur, mən necə sevgi insanı olum desən çətin olar. Edəcəyin şey səmimi qərar verməkdir. Mən dünyamı dəyişəcəm deyib cəsarətini, iradəni toplamaqdır. "Tək nə edə bilərsən ki" deyərək kinayə edənlərə, ələ salanlara əzmkarlığınla cavab verməkdir. Dünyanı dəyişməsən belə həqiqətdə, sənə dünya cənnət kimi görünəcək. Çünki əslində sən özün dəyişəcəksən. Həyata baxışın dəyişəcək. Hər şeyə sevgi gözü ilə baxacaqsan. Daxili dünyan səni qaranlıq dənizdə batıran duyğusal fırtınalardan azad olacaq və sonsuzadək rahat, hüzurlu həyat yaşayacaqsan. Düşün: Sonsuzluq dənizindəsən. Özü də xoşbəxtlik gəmisində. Yoldaşın isə sevgi..
Gəlin birlikdə sevgiyə hə, nifrətə yox deyək!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dərini 1 gecəyə ağardan maska
Səssiz haray
Bahalaşmanın qarşısı necə alınsın?
Kəndli kənddən niyə qaçır?
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunacaq
Mən arıqladım!
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı - VİDEO
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
Namazı belə qılaq
Qadınlarda ən sıx rast gəlinən 5 xəstəlik!
Günün ulduz falı - 19.12.2013
Jeleli tort (foto resept)
Uşaq otağı üçün xalçalar
Qısqanclıq hissinin yaranma səbəbi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Bakıda yağış yağacaq
Ləzgi paxlavası (foto resept)
Nağıl kimi yerlər-1
Ciddi sarsıntılara HAZIR OLUN-FOTO
Bakıda yeni kəsim məntəqələri quraşdırılır
Günün qoroskopu: Uğurlu gündür!
Bahalı geyimlərin zərərləri nədir?
Elmə məlum olmayan heyvan tapıldı
Castin Biberin xanımından Gözlənilməz Etiraf - FOTO
Rubl necə yüksələcək?
17 asteroiddə su aşkarlandı
Günün ulduz falı
Brabus-dan kabriolet Mercedes
Məktəbli formalarına tələbat böyükdür
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Məşhur filmlərdəki səhvləri gördünüz?
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Şeyx xalqa müraciət etdi
Zərf
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
ABŞ-da internet qanunları dəyişir
İnsanlara kömək et, uzunömürlü ol
Balaca modabazlar
Kıvanç Tatlıtuğ Yeni ili İspaniyada qeyd edəcək
"Sarpız"la bağlı əhaliyə XƏBƏRDARLIQ
Moda brendlərini tanıyaq (3)
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Manatla bağlı qorxudan proznoq: "Bu, son deyil"
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Bank Kıvanç Tatlıtuğa təzminat ödədi-SƏBƏB
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Səudiyyə nefti bahalaşdırdı
Tiflisdə məhşər günü: azərbaycanlıların durumu
- ŞƏRHLƏR