Bu günümü yaşayırsınız? Peşmanlıqlarla dolu keçmişinizə ilişib qalmısınız? Ya da gözəl xəyallarla dolu bir gələcəyi arzulayaraqmı yaşayırsınız? Heç düşünürsünüz?
Keçmişimiz və keçmişdə yaşadıqlarımız bizi biz edən, bizə dəyər və məna qatan, duyğu, düşüncə və yaşanan anlardır. Hər birimizin keçmişində xatırladığı zaman özünü yaxşı hiss etdiyi xatirələr və ya heç xatırlamaq belə istəmədiyi pis anlar vardır. Elə anlarımız var ki, onları xatırlamaq belə istəmirik. Bəzən də xatırlamağa məcbur oluruq, çünki onları unutmaq istəyirik. Bu xatirələrimizi sandıqlara qoyub, sandıqları da kilidləyirik. Oradan çıxmasını istəmirik. Amma həyat boyu o sandıqları öz kürəyimizdə daşıyırıq. Başqa sözlə, keçmişimizə həll etməyə buraxdığımız yaşananlar və hadisələr bizim üstümüzə həmişə bir yük, həmişə bir ağırlıqdır. Yaşadıqlarımızın təhlilini, səbəb və nəticələrini təkrar gözdən keçirmək, keçmişimizlə, yaşadıqlarımızla, özümüzlə barışmaq bizi daha rahat, daha yüngülləşmiş və daha dinc edəcəkdir.
Araşdırmalar insanların keçmişdəki mənfi təcrübələrini müsbət yaşantılara nisbətən daha tez-tez xatırladıqlarını ortaya qoyur. Məsələn, qazanılmış uğurların əvəzinə müvəffəqiyyətsizliklər xatırlanır. Psixoloqların təyin etdiyi altı əsas universal duyğu var: hirs, qorxu, nifrət, həzz, qarışıqlıq və kədər. Göründüyü kimi, bu universal duyğulardan yalnız biri müsbət, qalanları isə mənfidir. Bu da bizə keçmişimizlə, yaşadıqlarımızla əlaqədar pis şeylərdən xəbərdar olmağın, yaşananların fərqində olmağın nə qədər əhəmiyyətli olduğunu göstərir.
Unutmayın ki, keçmişi ilə hesablaşmasını tamamlaya bilməyənlər özlərinə gözəl və xoşbəxt bir gələcək hazırlaya bilməzlər.
Bəs xoşbəxtlik nədir? Heç düşünürsünüz?
Xoşbəxtlik- xoşbəxt olmaqdan çox məmnun olmağı ehtiva edir. Mənalı həyat yaşamağı, zamandan və potensialımızdan yaxşı istifadə etməyi, öz seçdiyimiz hədəfləri təqib etməyi ehtiva edir.
Xoşbəxtlik ağrını yaşamaqdan qaçmaq deyil, əksinə, xoşbəxt ola bilmək üçün mənfi duyğularla və keçmişimizlə üzləşməyimiz lazımdır. Mənfi duyğuların altında əzilmədən həyatla daha güclü mübarizə etmə bəlkə də xoşbəxtlikdir. Bu gün, indi, burada xoşbəxtiksə, özümüzə xoşbəxt bir gələcək hazırlaya bilərik. Bu gün, indi xoşbəxt olmayanların xoşbəxt bir gələcək xəyali qurmaları həqiqi deyil.
''Əgər arıqlasam...'', ''Əgər sevgili tapsam ...'', ''Əgər iş tapsam ...'', ''Əgər avtomobil alsaq ...'' kimi düşüncələrlə xoşbəxtliyi müxtəlif şərtlərə indeksləmək bizə heç bir zaman xoşbəxtlik gətirməyəcək. Xoşbəxtlik gətirəcək bu şərtlərə çatmaq çox vaxt mümkün olmadığı kimi, bunlara çatsa belə, verəcəyi həzzlər qısa müddətli olacaq. Məsələn, ilk zamanlarda bizə zövq verən yeni bir avtomobil, ev, ya da sevgili zamanla cazibəsini itirir.
Əsas məsələ fərdin xüsusi qabiliyyət və potensiallarından istifadə etməklə və özünü inkişaf etdirməklə xoşbəxtliyi və mükəmməlliyi axtarmasıdır. Bu axtarış xoşbəxtliyi zövq və əmin-amanlığın kənarına daşıyan, fərdi inkişafı də əhatə edən anlayışdır. Bu xoşbəxtlik axtarışı və anlayışı, xoşbəxtlikdən daha artıq mənalıdır.
Şəxsi xüsusiyyətlərimiz və həyata baxış bucağımız xoşbəxtliyimizə təsir edən ən əhəmiyyətli faktorlardır. Hər kəsin hesab etdiyi kimi xoşbəxtlik yaş, cinsiyyət, etnik mənşə və gəlir səviyyəsi ilə əlaqədar deyil. Əsəbi və həssas bir insanla özü ilə barışıq bir insanın hadisələrə verəcəyi reaksiyaları qarşılaşdıracaq olsaq, əsəbi adamlar daha sürətli mənfi reaksiya verərək vəziyyəti və həyatı başa düşməkdə çətinlik çəkərlər.
Digər insanlar da davamlı şikayət edən və narazı olan bu kəslərdən uzaqlaşmağa meyl göstərirlər. Başqa tərəfdən, digər şəxsiyyət quruluşundakı insan həyatla və hadisələrlə daha düzgün başa düşmə mexanizmlərinə malikdir. Sakit, dinc və ictimai əlaqələri qüvvətlidir. İnsanlarla yaxın əlaqələr qurması və xoşbəxt olması daha asandır.
Əzizlərim, indi özünüzdən soruşun: bu gün, indi xoşbəxtəmmi? Əgər bu suala səmimi BƏLİ cavabını verə bilmirsinizsə, özünüz üçün nəsə edin.
Allah hamınızı xoşbəxt eləsin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Fərqli kitab rəfləri
Həftənin ilk iş gününün HAVASI
2019 Bahar Trendləri
Xankəndinin işğalından 25 il ötür
Kriştiano Ronaldonu koronavirusa görə karatinə aldılar - Şok
2017-ci ildə övlad sevinci yaşayan məşhurlar
Dünyada yeni böhran başlandı
"Brexit" Azərbaycana təsir edəcəkmi?
Yuxularımız bizə nə deyir?
Obyektivlik hissindən məhrum olan müxalifətin acı taleyi
Məktub 107 il sonra çatdı
Yasin Quliyev ödənişsiz təhsil alacaq
Günün qoroskopu: qətiyyətli və inadkar olsanız...
Şəkər tozu ilə pilinq
Düşmən hərbi kolonu darmadağın edildi - VİDEO
Təyyarədə utandı, 96 kq arıqladı - FOTO
Jurnalist olmaq istəyənlərin diqqətinə!
Kişilər və pişiklər
Rekordlar kitabına düşmək 3 ilini aldı - FOTO
Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib
İspan dili 17-ci dərs
Telefonla çəkdiyi şəkil övladını ölümdən xilas etdi - FOTO
Salma Hayek niyə üzünü yumur?-SƏBƏB
Ünsiyyət üçün sözlərə ehtiyac olmadığını göstərən illustrasiyalar
Sinəsini böyütmək istədi beyni iflic oldu-FOTO/VİDEO
"Samsung" bazara "iWatch"a rəqib məhsul buraxacaq
Baş ağrısı və Miqren
Çayın zərəri də var
Məşhur müğənninin səsi batdı
Cinsi MIF-lər nədir?
Aşağı maaş Azərbaycanın imicinə mənfi təsir edir
Acundan AÇIQLAMA-FOTO
2012-nin ən dəbli gəlinlik kolleksiyası
İmmuniteti gücləndirmək üçün bu salatı yeyin.
Sabahın HAVAsı
Trilioner oldu, sevinci çox çəkmədi
Şüşədə buzlu naxışlar
Azərbaycanlı zəvvarların ilk qrupu qayıtdı
Şirniyyat gəlincikləri
İsveçdən Ermənistana xəbərdarlıq
"ABŞ-dan dəstək gözləmirəm"
Britaniyalılar "Qızıl Top"un qalibini müəyyənləşdirdilər
Sabah 26920 nəfər biliyini sınayacaq
28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO
Bekhem Ailəsi qınandı-SƏBƏB
9 illik gəlinə kişi olduğunu dedilər
Rəqqasə Fatimə Leyla Əliyeva ilə... - FOTOLAR
Sağlam dərinin sirri
Qarabağın yalnız bir həlli yolu var
- ŞƏRHLƏR