Qadin.NET / Bu günü xoşbəxt yaşamaq

Bu günü xoşbəxt yaşamaq

Bu günümü yaşayırsınız? Peşmanlıqlarla dolu keçmişinizə ilişib qalmısınız? Ya da gözəl xəyallarla dolu bir gələcəyi arzulayaraqmı yaşayırsınız? Heç düşünürsünüz? 

Bu günü xoşbəxt yaşamaq

Keçmişimiz və keçmişdə yaşadıqlarımız bizi biz edən, bizə dəyər və məna qatan, duyğu, düşüncə və yaşanan anlardır. Hər birimizin keçmişində xatırladığı zaman özünü yaxşı hiss etdiyi xatirələr və ya heç xatırlamaq belə istəmədiyi pis anlar vardır. Elə anlarımız var ki, onları xatırlamaq belə istəmirik. Bəzən də xatırlamağa məcbur oluruq, çünki onları unutmaq istəyirik. Bu xatirələrimizi sandıqlara qoyub, sandıqları da kilidləyirik. Oradan çıxmasını istəmirik. Amma həyat boyu o sandıqları öz kürəyimizdə daşıyırıq. Başqa sözlə, keçmişimizə həll etməyə buraxdığımız yaşananlar və hadisələr bizim üstümüzə həmişə bir yük, həmişə bir ağırlıqdır. Yaşadıqlarımızın təhlilini, səbəb və nəticələrini təkrar gözdən keçirmək, keçmişimizlə, yaşadıqlarımızla, özümüzlə barışmaq bizi daha rahat, daha yüngülləşmiş və daha dinc edəcəkdir.

Bu günü xoşbəxt yaşamaq

Araşdırmalar insanların keçmişdəki mənfi təcrübələrini müsbət yaşantılara nisbətən daha tez-tez xatırladıqlarını ortaya qoyur. Məsələn, qazanılmış uğurların əvəzinə müvəffəqiyyətsizliklər xatırlanır. Psixoloqların təyin etdiyi altı əsas universal duyğu var: hirs, qorxu, nifrət, həzz, qarışıqlıq və kədər. Göründüyü kimi, bu universal duyğulardan yalnız biri müsbət, qalanları isə mənfidir. Bu da bizə keçmişimizlə, yaşadıqlarımızla əlaqədar pis şeylərdən xəbərdar olmağın, yaşananların fərqində olmağın nə qədər əhəmiyyətli olduğunu göstərir.


Bu günü xoşbəxt yaşamaq


Unutmayın ki, keçmişi ilə hesablaşmasını tamamlaya bilməyənlər özlərinə gözəl və xoşbəxt bir gələcək hazırlaya bilməzlər.

Bəs xoşbəxtlik nədir? Heç düşünürsünüz?
 Xoşbəxtlik- xoşbəxt olmaqdan çox məmnun olmağı ehtiva edir. Mənalı həyat yaşamağı, zamandan və  potensialımızdan yaxşı istifadə etməyi, öz seçdiyimiz hədəfləri təqib etməyi ehtiva edir.
Xoşbəxtlik ağrını yaşamaqdan qaçmaq deyil, əksinə, xoşbəxt ola bilmək üçün mənfi duyğularla və keçmişimizlə üzləşməyimiz lazımdır. Mənfi duyğuların altında əzilmədən həyatla daha güclü mübarizə etmə bəlkə də xoşbəxtlikdir. Bu gün, indi, burada xoşbəxtiksə, özümüzə xoşbəxt bir gələcək hazırlaya bilərik. Bu gün, indi xoşbəxt olmayanların xoşbəxt bir gələcək xəyali qurmaları həqiqi deyil.

Bu günü xoşbəxt yaşamaq

''Əgər arıqlasam...'', ''Əgər sevgili tapsam ...'', ''Əgər iş tapsam ...'', ''Əgər avtomobil alsaq ...''  kimi düşüncələrlə xoşbəxtliyi müxtəlif şərtlərə indeksləmək bizə heç bir zaman xoşbəxtlik gətirməyəcək. Xoşbəxtlik gətirəcək bu şərtlərə çatmaq çox vaxt mümkün olmadığı kimi, bunlara çatsa belə, verəcəyi həzzlər qısa müddətli olacaq. Məsələn, ilk zamanlarda bizə zövq verən yeni bir avtomobil, ev, ya da sevgili zamanla cazibəsini itirir.

Əsas məsələ fərdin xüsusi qabiliyyət və potensiallarından istifadə etməklə və özünü inkişaf etdirməklə xoşbəxtliyi və mükəmməlliyi axtarmasıdır. Bu axtarış xoşbəxtliyi zövq və əmin-amanlığın kənarına daşıyan, fərdi inkişafı də əhatə edən anlayışdır. Bu xoşbəxtlik axtarışı və anlayışı,  xoşbəxtlikdən daha artıq mənalıdır.

 Şəxsi xüsusiyyətlərimiz və həyata baxış bucağımız xoşbəxtliyimizə təsir edən ən əhəmiyyətli faktorlardır. Hər kəsin hesab etdiyi kimi xoşbəxtlik yaş, cinsiyyət, etnik mənşə və gəlir səviyyəsi ilə əlaqədar deyil. Əsəbi və həssas bir insanla özü ilə barışıq bir insanın hadisələrə verəcəyi reaksiyaları qarşılaşdıracaq olsaq, əsəbi adamlar daha sürətli mənfi reaksiya verərək vəziyyəti və həyatı başa düşməkdə çətinlik çəkərlər.

Bu günü xoşbəxt yaşamaq

Digər insanlar da davamlı şikayət edən və narazı olan bu kəslərdən uzaqlaşmağa meyl göstərirlər. Başqa tərəfdən, digər şəxsiyyət quruluşundakı insan həyatla və hadisələrlə daha düzgün başa düşmə mexanizmlərinə malikdir. Sakit, dinc və ictimai əlaqələri qüvvətlidir. İnsanlarla yaxın əlaqələr qurması və xoşbəxt olması daha asandır.

Əzizlərim, indi özünüzdən soruşun: bu gün, indi xoşbəxtəmmi? Əgər bu suala səmimi BƏLİ cavabını verə bilmirsinizsə, özünüz üçün nəsə edin.

Allah hamınızı xoşbəxt eləsin.


26 iyul 2011
GO BACK