Təsəlli
Mən çox fikirləşən və buna aludə olan adamlardanam. Ona görə də mənim düşüncülərlə dolu olan beynimdə təzə-təzə səhifələr açılır, mən bu səhifələrin bir–birindən təzadlı , maraqlı və rəngarəng olmasına çalışıram. Bu səhifələri yazan və oxuyan elə özüməm. Axı mən öz qəlbimi zənginləşdirir , onu cürbəcür təsəllilərlə yüngülləşdirirəm. Çünki, bilirəm ki, qəlbim həyat okeanının amansız dalğalarında əvvəl-axır qərq olmağa məhkumdur. Mənim fikirləşməyə vaxtım çoxdur , odur ki, tədricən özümü həyatın vahiməsinə alışdırıram. Mən çox oxuyuram , ona görə ki, qəlbimdə həyatın vahiməsini ağılla qarşılamağa və bu vahiməni azaltmağa çalışıram. Qəlbini vahiməyə alışdırmaq və qəlbini ondan qorumaq... Bu, ona bənzəyir ki, saatlarla dayanıb qatı qaranlığa baxır , arabir gözlərin ağrıdıqca, kibrit yandırıb bircə dəqiqəliyə ondan qorunmaq istəyirsən. Bəli, bircə dəqiqəliyə unutmaq istəmədiyin gülünc bir təsəlli ilə əylənirsən.
Kənd
Sən tənha yolçusan və sürətlə gedirsən. Uzaqdan , lap uzaqdan qatı qaranlıqda güclə sezilən işıltılar görünür. Sən solğun və arabir tamam öləziyən işıqları gözdən qaçırmamaq üçün az qala gözlərini belə qırpmadan , tələsə - tələsə onlara doğru irəliləyir və nəhayət kiçik bir kəndə çatacağını düşünürsən. Lakin, ola bilər ki, heç kəs səni qarşılamasın , sən ona çatanacan bütün işıqlar söndürülsün və artıq hamı yuxulamış olsun. Sən isə bir-bir qapıları yumruqlayıb adamları haraylayasan və bunun nə qədər çəkəcəyini bilməyəsən. Axı gecə bitib – tükənməzdir, kənd isə böyük deyil, cəmisi bir-neçə daxmadan ibarətdir. Görünür , heç kəs isti yatağından qalxıb sənə qapı açmaq fikrinə düşməyəcək və adamlar səni beləcə sükutla yola salacaqlar.
Bəlkə , sən özün də çoxdan unudulmuş bir kəndi diksindirmək , sonra da həmin aldanışlar içində qoyub getmək üçün gəldin?
1998
Yoxluq
Adama qəribə gəlir ki, bir gün durub görəsən , üstündə uzandığın çarpayı yoxdur və düşünəsən ki, görəsən , gecə yorğan – döşəyi nəyin üstündə açmışdın : çarpayınınmı? Xəyalınmı? Bəs bütün gecəni döşəmədən yarım metr hündürlükdə necə yata bilmisən? Sonra həyətə düşüb görəsən ki, hər gün oturduğun skamya yoxdu, o skamyanın yanındakı iri qızılıgül kolu yoxdu , onun tikanları ilə gözlərini kor etmiş zavallı bülbül yoxdu , hər gün onun səsini dinləyən adam yoxdu və bu yoxluqda birdən anlayasan ki, o adam sənsən - əslində səndən başqa dünyada hər şey yerindədir , bircə sən yoxsan , amma sənin yoxluğun hiss edilmir.
1999
Zülmətdə qalan
Bəzən gecənin bir vaxtında , işıqlar tamam söndürüldükdən sonra , zülmətin dərinliyindən kiminsə bağırtısı eşidilir. Mən onun qışqıraraq nə dediyini anlamıram, görünür , o çox uzaqdadır və şübhəsiz , belə uzaqda olanlar bir-birini nə anlaya , nə də başa sala bilərlər.
Bəlkə, kiminsə vahimə içərisində gözdən itirdiyi adamı çağırır , hansı ki, bir müddət fənərin tutqun işığında tələsə-tələsə yol gediblər, nəhayət, işıq tamam öləziyib sönəndən sonra qəflətən bir-birini itirmişlər.
Bəlkə, o bütün günü kimisə axtarıb və qaranlıq düşdükdə yolu azmışdır. Və o, təzəcə yandırdığım lampanın zəif işığını görüb məni haraylayır , yalvarır ki, işığı söndürməyim.
Bəlkə, kimsə tamam başqa adamdır, israrla lampanı söndürməyimi tələb edir, axı indicə məxfi əmr almışdır və bu yeri səhərə qədər gizlətmək ona tapşırılmışdır.
Bəlkə, o kimdirsə artıq fikrini dəyişib və geri qayıdır, mənsə əbəs yerə onu gözləyirəm.
2002
Surət
Uzun-uzadı təsvirə nə hacət, ən əsası odur ki, o, çox gözəl idi , özü də təbii, bənzərsiz və tayı-bərabəri tapılmayacaq dərəcədə gözəl. Surətinə vurulanlar , əslində onun kim olduğunu , bu şəhərə haradan və haçan gəldiyini bilmirdilər. Heç kəsə məhəl qoymadan keçəndə bütün şəhər tamaşasına yığılırdı. Təkcə canalan baxışları nəyə desən dəyərdi. Şair demişkən , gözəl , sənin gözəlliyin gözəldi...
O, hamının qəlbinə hakim kəsilsə də , heç kəsi qəlbinə yaxın buraxmırdı. Çoxları qarşısını kəsib ürəyini açmış , fəqət, qız bu sözləri elə həmin gün yaddan çıxarmışdı. Şəhərin ən imkanlı adamları belə onun məhəbbətini qazanmaq istəsələr də , var-dövlət qızın gözlərini qamaşdıra bilməmişdi. Hamı məəttəl qalmışdı : axı o , nə istəyirdi?
Görünür , o, təbiətən çox məğrur idi və azadlığını hər şeydən yüksək tuturdu. Lakin, camaat “gözəllər ağılsız olur” məsəlini əsas tutaraq , bunu qızın məhdudluğu kimi qiymətləndirirdi. Sanki hamı dilbir olub, onun azadlığını buxovlanacağı anları tezləşdirməyə çalışırdı.
Eh, nə deyim, o qədər gözəl idi ki, axır bir gün onu bəzəkli çərçivəyə saldılar və doyunca baxmaq üçün divardan asdılar.
2002
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
XƏBƏR LENTİ
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Məşhur futbolçunun qızıldan telefonu
Burak Özçivit serialından 1,3 milyon alacaq
Meyvəli biskvit (foto resept)
"Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi"
Xoşbəxtlik gətirən qidalar
Rəngarəng donlar
Hərbi attaşelər ermənilərin kimyəvi silah atdığı ərazidə
Təsirli Koreya filmləri
Məşhur aktyor xəstəxanalıq oldu-SƏBƏB
Baldırğan, tərxun və dağ nanəsi
Nazirlikdən yeni qərar
Dünyanın ən bahalı rəsm əsəri məlum oldu
Kimlər qurban kəsə bilməz?
Heyrətamiz mikrodünya
Qiyməli və pendirli boxça börəyi (foto resept)
Azərbaycanda işğaldan azad olunmuş ərazilərə gedənlərə XƏBƏRDARLIQ
Baş nazirdən işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR
Üzdəki tüklərdən xilas olmaq üçün 2 üsul
Madonna məhkəməlik oldu-SƏBƏB
Bu gün köhnə Yeni ildir
Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır - RƏSMİ
Qaraçıların pulla bağlı qəribə inancları
Sabah qar qayıdır
Cem Yılmazdan 700 manat açıqlaması
Noyabrın son günü Azərbaycanda hava necə olacaq?
Milli qəhrəman olan jurnalistin ad günüdür
Əqrəb və Dolça bürcü uyğunluğu
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Qaynar.info saytı dağıdıldı
Günün qoroskopu: işinizi unutmayın
Sabahdan benzin rəsmən bahalaşmasa da, qiyməti artır
Nəfəs
Kuklaya bənzəmək üçün bunu da etdi-FOTO
Burak “Diriliş Ərtoğrul”-da - FOTO
Qeyri-adi çantalar
Daha bir ölkədə çarşaba qadağa qoyuldu
Ərdoğan kimdən küsdü?
Xəyallarımın şəhəri Barselona
Erməni general Müdafiə naziri Tonoyanı hərbçilərin qarşısında alçaltdı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Dünyanın ən yüksək binaları
Ərdoğandan gözlənilməz addım
Cavabsız suallar...
HAVA necə olacaq? 24 Mart
Azərbaycan həkimlərindən insanlıq dərsi...
Şəlalə soyuqda dondu
Ronaldu təyyarə aldı
Adını çəkdilər deyə məhkəməyə verdi
Məşhur model hamiləlik FOTosu paylaşdı-4 milyonluq "Like"
- ŞƏRHLƏR