Təsəlli
Mən çox fikirləşən və buna aludə olan adamlardanam. Ona görə də mənim düşüncülərlə dolu olan beynimdə təzə-təzə səhifələr açılır, mən bu səhifələrin bir–birindən təzadlı , maraqlı və rəngarəng olmasına çalışıram. Bu səhifələri yazan və oxuyan elə özüməm. Axı mən öz qəlbimi zənginləşdirir , onu cürbəcür təsəllilərlə yüngülləşdirirəm. Çünki, bilirəm ki, qəlbim həyat okeanının amansız dalğalarında əvvəl-axır qərq olmağa məhkumdur. Mənim fikirləşməyə vaxtım çoxdur , odur ki, tədricən özümü həyatın vahiməsinə alışdırıram. Mən çox oxuyuram , ona görə ki, qəlbimdə həyatın vahiməsini ağılla qarşılamağa və bu vahiməni azaltmağa çalışıram. Qəlbini vahiməyə alışdırmaq və qəlbini ondan qorumaq... Bu, ona bənzəyir ki, saatlarla dayanıb qatı qaranlığa baxır , arabir gözlərin ağrıdıqca, kibrit yandırıb bircə dəqiqəliyə ondan qorunmaq istəyirsən. Bəli, bircə dəqiqəliyə unutmaq istəmədiyin gülünc bir təsəlli ilə əylənirsən.
Kənd
Sən tənha yolçusan və sürətlə gedirsən. Uzaqdan , lap uzaqdan qatı qaranlıqda güclə sezilən işıltılar görünür. Sən solğun və arabir tamam öləziyən işıqları gözdən qaçırmamaq üçün az qala gözlərini belə qırpmadan , tələsə - tələsə onlara doğru irəliləyir və nəhayət kiçik bir kəndə çatacağını düşünürsən. Lakin, ola bilər ki, heç kəs səni qarşılamasın , sən ona çatanacan bütün işıqlar söndürülsün və artıq hamı yuxulamış olsun. Sən isə bir-bir qapıları yumruqlayıb adamları haraylayasan və bunun nə qədər çəkəcəyini bilməyəsən. Axı gecə bitib – tükənməzdir, kənd isə böyük deyil, cəmisi bir-neçə daxmadan ibarətdir. Görünür , heç kəs isti yatağından qalxıb sənə qapı açmaq fikrinə düşməyəcək və adamlar səni beləcə sükutla yola salacaqlar.
Bəlkə , sən özün də çoxdan unudulmuş bir kəndi diksindirmək , sonra da həmin aldanışlar içində qoyub getmək üçün gəldin?
1998
Yoxluq
Adama qəribə gəlir ki, bir gün durub görəsən , üstündə uzandığın çarpayı yoxdur və düşünəsən ki, görəsən , gecə yorğan – döşəyi nəyin üstündə açmışdın : çarpayınınmı? Xəyalınmı? Bəs bütün gecəni döşəmədən yarım metr hündürlükdə necə yata bilmisən? Sonra həyətə düşüb görəsən ki, hər gün oturduğun skamya yoxdu, o skamyanın yanındakı iri qızılıgül kolu yoxdu , onun tikanları ilə gözlərini kor etmiş zavallı bülbül yoxdu , hər gün onun səsini dinləyən adam yoxdu və bu yoxluqda birdən anlayasan ki, o adam sənsən - əslində səndən başqa dünyada hər şey yerindədir , bircə sən yoxsan , amma sənin yoxluğun hiss edilmir.
1999
Zülmətdə qalan
Bəzən gecənin bir vaxtında , işıqlar tamam söndürüldükdən sonra , zülmətin dərinliyindən kiminsə bağırtısı eşidilir. Mən onun qışqıraraq nə dediyini anlamıram, görünür , o çox uzaqdadır və şübhəsiz , belə uzaqda olanlar bir-birini nə anlaya , nə də başa sala bilərlər.
Bəlkə, kiminsə vahimə içərisində gözdən itirdiyi adamı çağırır , hansı ki, bir müddət fənərin tutqun işığında tələsə-tələsə yol gediblər, nəhayət, işıq tamam öləziyib sönəndən sonra qəflətən bir-birini itirmişlər.
Bəlkə, o bütün günü kimisə axtarıb və qaranlıq düşdükdə yolu azmışdır. Və o, təzəcə yandırdığım lampanın zəif işığını görüb məni haraylayır , yalvarır ki, işığı söndürməyim.
Bəlkə, kimsə tamam başqa adamdır, israrla lampanı söndürməyimi tələb edir, axı indicə məxfi əmr almışdır və bu yeri səhərə qədər gizlətmək ona tapşırılmışdır.
Bəlkə, o kimdirsə artıq fikrini dəyişib və geri qayıdır, mənsə əbəs yerə onu gözləyirəm.
2002
Surət
Uzun-uzadı təsvirə nə hacət, ən əsası odur ki, o, çox gözəl idi , özü də təbii, bənzərsiz və tayı-bərabəri tapılmayacaq dərəcədə gözəl. Surətinə vurulanlar , əslində onun kim olduğunu , bu şəhərə haradan və haçan gəldiyini bilmirdilər. Heç kəsə məhəl qoymadan keçəndə bütün şəhər tamaşasına yığılırdı. Təkcə canalan baxışları nəyə desən dəyərdi. Şair demişkən , gözəl , sənin gözəlliyin gözəldi...
O, hamının qəlbinə hakim kəsilsə də , heç kəsi qəlbinə yaxın buraxmırdı. Çoxları qarşısını kəsib ürəyini açmış , fəqət, qız bu sözləri elə həmin gün yaddan çıxarmışdı. Şəhərin ən imkanlı adamları belə onun məhəbbətini qazanmaq istəsələr də , var-dövlət qızın gözlərini qamaşdıra bilməmişdi. Hamı məəttəl qalmışdı : axı o , nə istəyirdi?
Görünür , o, təbiətən çox məğrur idi və azadlığını hər şeydən yüksək tuturdu. Lakin, camaat “gözəllər ağılsız olur” məsəlini əsas tutaraq , bunu qızın məhdudluğu kimi qiymətləndirirdi. Sanki hamı dilbir olub, onun azadlığını buxovlanacağı anları tezləşdirməyə çalışırdı.
Eh, nə deyim, o qədər gözəl idi ki, axır bir gün onu bəzəkli çərçivəyə saldılar və doyunca baxmaq üçün divardan asdılar.
2002
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
XƏBƏR LENTİ
Ən böyük başlı qız bəladan qurtuldu
Martda çox isti olacaq
Pulu hansı cibinizdə saxlayırsınız?
HAVA necə olacaq?
Azərbaycan Kuboku canlı yayımda
"Şən uşaqlar" - içlikli pomidorlar (foto resept)
Bakının tramvay keçəcək ünvanları məlum oldu - SİYAHI + RƏSMİ
Qeyri-adi dekorasiyalar
Kraliça II Yelizaveta Keyti mükafatlandırdı
Cemli rulet (foto resept)
Məşhur aktrisa ana olacaq-FOTO
Qat-qat xəmirdən pendirli-şüyüdlü ruletlər(foto resep)
Həkim xəbərdarlığı: körpələrə bal verməyin!
Beyonsedən qızının adına görə 10 milyon dollar istənildi - FOTO
Bu şəxslərə ŞAD XƏBƏR - Hər birinə bu qədər PUL VERİLİR
“TikTok” rəhbərliyindən Trampa cavab
Mikroskopla çəkilmiş şəkillər
Bananla hazırlaya biləcəyiniz 3 maska
Uşaqlarda dəmir çatışmazlığının səbəbləri
Qəhvə içmək ölüm riskini azaldır
Həsəd aparanın 3 nişanəsi: Qeybət edənin acı aqibəti
Şəhid ailələri üçün “Qaçqınkom”un nazirliyə verdiyi mənzillərin ünvanları - SİYAHI
İlham Əliyevin sənət adamlarının təkliflərinə cavabı
"Azərbaycan coğrafiyası" dərsliyi ləğv olunur...
Peyğəmbər Əfəndimizin (s.ə.s.) möcüzələri
İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım
Oktyarbr ayı üçün bayram və tarixi günlər
Artur Rasizadə qanunu dəyişdi
Millət vəkili xəyanətdən yazdı
Azərbaycan qadınlarının sayı açıqlandı
500-700 bal toplayan abituriyentlərin sayını AÇIQLANDI
Saxta ətirlər xəstəliyə səbəb ola bilər
Audi A1-i bolidə döndü - FOTO
Bundesliqada XVI tura start verildi
Ağzı açıq yatanlar bu yazını oxusun
ƏFSANƏ tortu (foto resept)
Mətbəximizin möcüzəsi
Azərbaycan avtomobil idxalını azaldıb
Uzun donlar
Süd,bal və kələm
Sərdar Ortaç qəza keçirmiş xanımı haqqında danışdı-FOTO
Faydalı məsləhətlər
Evdə hazırlanan maskalar
Məşhur aktrisa hamilədir
Qadınlar haqqında deyilmiş aforizmlər (3)
Sizi sevdiyini göstərən 6 əlamət
Ordumuzun snayper qadınları
Cennifer Lopez son paylaşımı ilə Diqqət Çəkdi-FOTO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - FOTO
- ŞƏRHLƏR