Əzizlərim, bəhs edəcəyim mövzu ümumbəşəri mövzu olan qız övlarına qarşı mənfi münasibətdən qaynaqlanmış bir yanaşmadır. Əsrlərdir qız övladları diri-diri basdırıldı, qız doğan analar qınaq obyekti oldu. Qadınların hüquq və azadlıqları tapdanıldı, onların haqq səsləri duyulmaz oldu. Niyə? Mən də bir qadın olaraq bu "Niyə"ni çözməyə çalışacam...
Qadınlar acizdirmi əks cinsin nümayəndələrindən? - Yox!
Qadınlar gücsüzdürmü kişilərdən? - Yox!
Qadınlar iradəsizdirmi? - Yox!
Qadınlar bacarıqsızdırmı? - Yox!
Bəs onda niyə yenə bu "Niyə"yə cavab tapmadım?! Yox, mən təslim olan deyiləm. Bir də çalışdım, araşdırdım...
Zaman-zaman qadınlar öz ərləri ilə çiyin-çiyinə vuruşmuşlar - heç də kişilərdən geri qalmayaraq. Tarixə nəzər salaq... Həcər, Nigar, Tomris, Janna DArk və s. İndi də qadınlarımız bütün dövlət işlərində, beynəlxalq aləmdə ən ön vəzifələrdədirlər. Demək olar ki, hər sahədə qadınlar kişilərlə rəqabət aparacaq kimi təmsil olunurlar.
Bəs onda “Niyə?”
Niyə analar bu gün qız uşaqlarını hələ doğulmadan tələf edirlər?
Niyə qız övladı olan analar həmişə sıxıntılı olurlar? Oğlu yoxdu deyə hər zaman pıçıltılara göz yummalı olurlar.
"Qız böyüdən analar" - bu söz birləşməsi üzərində dayanaq. Qız böyüdən analar daima qızından ötrü narahatdır... Onları 9 ay bətnində saxlayar. Doğulduqdan sonra min əziyyətlə böyüdər, oxudar, təhsil verər. Onun üçün yaxşı gün arzulayar. Vaxt vədə yetişər, onu ərə verər. Tanımadığı bir ailəyə. Övladlıq verirmiş kimi. "Yad adamlar içərisində qızı nə edər, nə yeyər, nə içər" deyə narahat olar ömrü boyu. İnternatdan övlad kimi verilən tanımadığı ailə, ya ər evi - nə fərqi var ki? Orda da hamı yad, ər evində də. Bəzən ana balasından günlərcə, həftələrcə, illərcə uzaq olar... Gözündən düşən hər damlaya dünyanı verərdi qız balaları üçün... Amma indi onun göz bəbəyi kimi qoruduğu övladının gözündən yaz yağışı tək sellər çağlayır... Qəlbi parça-parçadır, kimsə anlamaz onu. Tək pənah Allahadır. Daha qoruya bilməz övladını valideyn, ərə verdi bir kərə...
Bax, bu üzdən istəmirlər qız övladını. Dərdi, qəmi özündən ağır qız övladının. Mən də anayam. Bir oğlum var. Allah bütün uşaqları saxlasın. Qız istəyərdim - sirdaşım olsun deyə, dərdlərimi bölüşüm deyə... Amma yox, daha istəmirəm... Mən anam kimi güclü ola bilmərəm. Mən öz övladımı "övladlığa verilməyə" göz yuma bilmərəm...
XƏBƏR LENTİ
Havalar isinəcək
Səhər yuxudan dolların ətri ilə oyanacaqsınız
Bayram namazının vaxtı açıqlandı
Günün qoroskopu:Uğurlu gündür!
Qızıl balıqlı piroq(foto resept)
Abraham Linkolnun oğlunun müəlliminə yazdığı məktub
Yeni qaydalar: ölülərimizi başqa cür basdıracağıq
"Jara" bu dəfə Dubayda olacaq
4 günlük müharibənin qəhrəmanı ANS-ə danışdı
Zövqünüzə uyğun donlar
Düşmən orduda ağır itki
"Artıqçəkili şəxslər arıqlamaq üçün..."
“Dərsdən sonra” teleproqramına start verilir
Burun tıxanmasına qarşı tədbirlər
"Apple" yeni sensor yaradır
Muncuqlu əl işləri
1 saata portret çəkir
Hamam dəstləri
Günün qoroskopu:Məqsədli olun!
Vətənin qəhrəman oğlu
"Maqnit adam" yeni rekordlara imza atdı
Hamiləlikdə pilates etməyin faydaları
Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!
Toy etmək istəyənlərin NƏZƏRİNƏ: “İyun ayında...” - RƏSMİ AÇIQLAMA
Havalar isti keçəcək!
Sərnişin avtobuslarında xüsusi yenilik olacaq?
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Körpənizin dərisini rahatlatmaq üçün bunu edin!
1 günə izləyicilərinin sayı 2 milyona çatdı - FOTO
Məşhur aktrisa yeni sevgilisi ilə görüntüləndi
6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
BÜRCLƏR bizə nə vəd edir? -11 İyun
Bill Gatesdən 9 liderlik sirri
Faydalı saç maskaları
Malta prezidenti Azərbaycana gəldi
Təhsil naziri: “Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq” - VİDEO
Hava haqqında - 14.01.2014
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb - RƏSMİ
Faydalı məsləhətlər
Ən çox televizora baxan xalq hansıdır?
İmmunitet sisteminin zəif olduğunu göstərən işarələr
Öz qiymətimi bilmirəm, heç vaxt da bilməmişəm...
Orqanizmimiz haqqında 15 maraqlı məlumat
Güclü yağış Gəncədə 12 evi uçurdu
Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib
İnsan beynində qeyri-adi zona kəşf edildi-FOTO
İdmandan necə zövq alaq?
Silikon implant qoydurdu - Xərçəng oldu-FOTO
İçimizdə böyüyən şiş...
- ŞƏRHLƏR