Əzizlərim, bəhs edəcəyim mövzu ümumbəşəri mövzu olan qız övlarına qarşı mənfi münasibətdən qaynaqlanmış bir yanaşmadır. Əsrlərdir qız övladları diri-diri basdırıldı, qız doğan analar qınaq obyekti oldu. Qadınların hüquq və azadlıqları tapdanıldı, onların haqq səsləri duyulmaz oldu. Niyə? Mən də bir qadın olaraq bu "Niyə"ni çözməyə çalışacam...
Qadınlar acizdirmi əks cinsin nümayəndələrindən? - Yox!
Qadınlar gücsüzdürmü kişilərdən? - Yox!
Qadınlar iradəsizdirmi? - Yox!
Qadınlar bacarıqsızdırmı? - Yox!
Bəs onda niyə yenə bu "Niyə"yə cavab tapmadım?! Yox, mən təslim olan deyiləm. Bir də çalışdım, araşdırdım...
Zaman-zaman qadınlar öz ərləri ilə çiyin-çiyinə vuruşmuşlar - heç də kişilərdən geri qalmayaraq. Tarixə nəzər salaq... Həcər, Nigar, Tomris, Janna DArk və s. İndi də qadınlarımız bütün dövlət işlərində, beynəlxalq aləmdə ən ön vəzifələrdədirlər. Demək olar ki, hər sahədə qadınlar kişilərlə rəqabət aparacaq kimi təmsil olunurlar.
Bəs onda “Niyə?”
Niyə analar bu gün qız uşaqlarını hələ doğulmadan tələf edirlər?
Niyə qız övladı olan analar həmişə sıxıntılı olurlar? Oğlu yoxdu deyə hər zaman pıçıltılara göz yummalı olurlar.
"Qız böyüdən analar" - bu söz birləşməsi üzərində dayanaq. Qız böyüdən analar daima qızından ötrü narahatdır... Onları 9 ay bətnində saxlayar. Doğulduqdan sonra min əziyyətlə böyüdər, oxudar, təhsil verər. Onun üçün yaxşı gün arzulayar. Vaxt vədə yetişər, onu ərə verər. Tanımadığı bir ailəyə. Övladlıq verirmiş kimi. "Yad adamlar içərisində qızı nə edər, nə yeyər, nə içər" deyə narahat olar ömrü boyu. İnternatdan övlad kimi verilən tanımadığı ailə, ya ər evi - nə fərqi var ki? Orda da hamı yad, ər evində də. Bəzən ana balasından günlərcə, həftələrcə, illərcə uzaq olar... Gözündən düşən hər damlaya dünyanı verərdi qız balaları üçün... Amma indi onun göz bəbəyi kimi qoruduğu övladının gözündən yaz yağışı tək sellər çağlayır... Qəlbi parça-parçadır, kimsə anlamaz onu. Tək pənah Allahadır. Daha qoruya bilməz övladını valideyn, ərə verdi bir kərə...
Bax, bu üzdən istəmirlər qız övladını. Dərdi, qəmi özündən ağır qız övladının. Mən də anayam. Bir oğlum var. Allah bütün uşaqları saxlasın. Qız istəyərdim - sirdaşım olsun deyə, dərdlərimi bölüşüm deyə... Amma yox, daha istəmirəm... Mən anam kimi güclü ola bilmərəm. Mən öz övladımı "övladlığa verilməyə" göz yuma bilmərəm...
XƏBƏR LENTİ
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Selana Gomezi ötüb keçdi-FOTO
İspaniya kraliçası göz qamaşdırdı-FOTO
Türkiyənin məşhur aktyorları Bakıya gəlir - FOTO
Hamiləlik zamanı tonus və onun səbəbləri
Prezident İlham Əliyev hərbi qulluqçulara "general-mayor" rütbəsi verib, medalla təltif etdi
"Qarabağ" uduzdu
Bürclərə görə hədiyyə seçimi
Amerikalı alimlərdən SEVİNDİRİCİ PROQNOZ
Körpə qidasında duz
Uşaqların sosial-psixoloji inkişafı-13
Hərənin öz tayı (test)
KİV-də dövlət dili normalarını pozanlar 1000 manatadək cərimələnəcəklər - RƏSMİ
Ana bətnindəki əkizlər bir-birini "yumruqladı"
Eyni gündə həm ata, həm də baba oldu-FOTO
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası boş qalan plan yerləri ilə bağlı ilkə imza atdı
Emma Vatsonun sevgilisinin kimliyi bəlli oldu
Şəkər paketlərindən don hazırladı
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Sürücülərə şad xəbər
Qutu rəf modelləri
Zeytun yağlı badımcan (foto-resept)
Novruz adətləri və təbriki
Prezident təqaüdü alanlar bu ali məktəblərə daxil olub
Azərbaycanda yerin altından saray tapıldı - FOTO
Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu
İnsanda göz yaşına qarşı allergiya
"Eurovision"un Serbiya təmsilçisi ərə getdi-FOTO
Soğanın faydaları
Nikah müqaviləsi vacibdir?
YouTube-da yenilik
İltihab əleyhinə pəhriz nədir?
Bütün dünyada şagirdlər üçün pulsuz onlayn tədris yaradılır
Azərbaycana Hollandiya və Fransadan keçilər gətirilib
İt dişləməsində ilkin yardım
Ancelina Colinin 25 milyon dollarlıq malikanəsi - FOTO/VİDEO
Həftəsonları taksi xidməti işləməyəcək - Fəaliyyətinə icazə verilən sahələrin SİYAHISI
Conson Britaniyada koronavirus qadağalarının sərtləşdiriləcəyini açıqladı
Rəşad Mahmudov: “İkinci dalğa təhlükəsi aktualdır, heç bir ölkədə...” - Müsahibə
Son 15 ilin ən aşağı tempraturlau iyun ayı
“Kurtlar Vadisi”nin aktrisası nişanlandı - FOTO
İdil və Mertin toyundan FOTOLAR
"Khazar Island"da mənzillər neçəyədir?
Solğun mavi nöqtə
Facebook pullu ola bilər
Boşanma dövrünü rahat keçirmək üçün ...
Ermənilərin təslim addımı
5 saniyəyə enerji yığan batareya hazırlandı
Mobildən biznesə: pul və qənaət
Attraksionda bir saat başıaşağı qaldılar - VİDEO
- ŞƏRHLƏR