Qadin.NET / Qız uşaqları, yoxsa "övladlığa verilmə"?

Qız uşaqları, yoxsa "övladlığa verilmə"?

Qız uşaqları, yoxsa "övladlığa verilmə"?

Əzizlərim, bəhs edəcəyim mövzu ümumbəşəri mövzu olan qız övlarına qarşı mənfi münasibətdən qaynaqlanmış bir yanaşmadır. Əsrlərdir qız övladları diri-diri basdırıldı, qız doğan analar qınaq obyekti oldu. Qadınların hüquq və azadlıqları tapdanıldı, onların haqq səsləri duyulmaz oldu. Niyə? Mən də bir qadın olaraq bu "Niyə"ni çözməyə çalışacam...

Qadınlar acizdirmi əks cinsin nümayəndələrindən? - Yox!

Qadınlar gücsüzdürmü kişilərdən? - Yox!

Qadınlar iradəsizdirmi? - Yox!

Qadınlar bacarıqsızdırmı? - Yox!

Bəs onda niyə yenə bu "Niyə"yə  cavab tapmadım?! Yox, mən təslim olan deyiləm. Bir də çalışdım, araşdırdım...

Zaman-zaman qadınlar öz ərləri ilə çiyin-çiyinə vuruşmuşlar - heç də kişilərdən geri qalmayaraq. Tarixə nəzər salaq... Həcər, Nigar, Tomris, Janna DArk və s. İndi də qadınlarımız bütün dövlət işlərində, beynəlxalq aləmdə ən ön vəzifələrdədirlər. Demək olar ki, hər sahədə qadınlar kişilərlə rəqabət aparacaq kimi təmsil olunurlar.

Bəs onda “Niyə?”

Niyə analar bu gün qız uşaqlarını hələ doğulmadan tələf edirlər?

Niyə qız övladı olan analar həmişə sıxıntılı olurlar? Oğlu yoxdu deyə hər zaman pıçıltılara göz yummalı olurlar.

Qız uşaqları, yoxsa "övladlığa verilmə"?

 

"Qız böyüdən analar- bu söz birləşməsi üzərində dayanaq. Qız böyüdən analar daima qızından ötrü narahatdır... Onları 9 ay bətnində saxlayar. Doğulduqdan sonra min əziyyətlə böyüdər, oxudar, təhsil verər. Onun üçün yaxşı gün arzulayar. Vaxt vədə yetişər, onu ərə verər. Tanımadığı bir ailəyə. Övladlıq verirmiş kimi. "Yad adamlar içərisində qızı nə edər, nə yeyər, nə içər" deyə narahat olar ömrü boyu. İnternatdan övlad kimi verilən tanımadığı ailə, ya ər evi - nə fərqi var ki? Orda da hamı yad, ər evində də. Bəzən ana balasından  günlərcə, həftələrcə, illərcə uzaq olar... Gözündən düşən hər damlaya dünyanı verərdi qız balaları üçün... Amma indi onun göz bəbəyi kimi qoruduğu övladının gözündən yaz yağışı tək sellər çağlayır... Qəlbi parça-parçadır, kimsə anlamaz onu. Tək pənah Allahadır. Daha qoruya bilməz övladını valideyn, ərə verdi bir kərə...

Bax, bu üzdən istəmirlər qız övladını. Dərdi, qəmi özündən ağır qız övladının. Mən də anayam. Bir oğlum var. Allah bütün uşaqları saxlasın. Qız istəyərdim - sirdaşım olsun deyə, dərdlərimi bölüşüm deyə... Amma yox, daha istəmirəm... Mən anam kimi güclü ola bilmərəm. Mən öz övladımı "övladlığa verilməyə" göz yuma bilmərəm... 

9 yanvar 2014
GO BACK