Varlıq içində yoxluq. Yaxud belə deyək, yoxluq içində varlıq. Zaman-zaman yaşadığımız, hər kəsin başına gələcək bir şeydir. Bəzən var olduqlarımızın qədrini yox dərəcəsində bilirik. Bəzən isə yoxluq içində var olmaq üçün mübarizə aparırıq. Çox qəribədir: yoxluqla varlıq bir-birini üstələsə də həyatımızda paralel sürətdə var. Beynimiz idarə edir, qəlbimiz seçir. Qəlbimiz seçəni beynimiz idarə etməyəndə yenə varlıq içində yoxluğa qərq oluruq. Bəzən kiçik bir ailəyə sahibkən, xoşbəxtliklə yaşarkən, ailə üzvləri çoxaldıqca tənhalıqdan əziyyət çəkirik. Yenə də varlıq içində yoxluq çəkmək deməkdir bu. İnsanlar var evlərində fikir azadlığından məhrum, insanlar var azad fikir bildirdikləri üçün zindanlara məhkum. İnsanlar var bir ailənin başcısı, ağsaqqalıdır. Lakin özünün dar günüdə ağıl verəcək ağsaqqala möhtacdır. İnsanlar var ki, bir çox insanın xəyallarındakından artıq pulu varkən bir şirin yuvaya, sağlamlığa möhtacdır. Əslində insanın pulu az olanda pulsuzluq qorxusu, pulu çox ikən etibarsızlıq qorxusuyla yaşayır. Körpələr var ki, ailədə hər cür ehtiyacları ödənir, ancaq atanın, ananın bir sığal çəkməsinə möhtacdır. Əslində hər kəsin daxilində bir varlıq varkən bir yoxluğa möhtacdır. Bir yoxluqla üzləşərkən bir varlığa möhtacdır. Çox misal çəkmək olar. Çünki həyat itirə-itirə qazanmaqdır. Biz ana bətnindəykən o dünyanı itirib dünyaya göz açırıq, dünyada vəfat edib başqa dünayaya addım atırıq. Hər şeyi birdən yaşamaq qeyri-mümkündür.
Nədir bizi varlıq və yoxluqla mübarizə aparmağa güc verən? Ümid. Bizim özümüzü dərk etdiyimiz gündən öldüyümüz günə qədər, ruhumuzla canımızın vəhdət olduğu halda bizim həyatdakı yol yoldaşımız. Ümid olmasaydı, biz insanlar nə bizi sıxan varlıqlarla, nə də ki həsrət yaradan yoxluqlarla mübarizə apara bilməzdik. Bəzən "Ümidim qalmayıb, ölüb" deyirlər. Ümidimizin içində belə bir varlığı yoxluğa çevirib yeni ümidlərə yol açırıq. Ancaq bizim yaşamaq səbəbimiz olan ümid heç vaxt yox olmur. Sadəcə, bizim reallığı qəbul edəcəyimiz vaxta qədər gözümüzdə yox olur.
Ümid sına bilər, qırıla bilər,
Ancaq ömürlük yox ola bilməz.
Ümidin sınsa da bir gün həyatda
Ondan möhkəm yapış, sağalsın o da.
Xəyallar puç olub keçsə də zaman
Ümidə biganə qalma heç zaman.
Ümidi zamanda gülən istəsən
Ümidi qəlbindən kəsmə heç zaman.
Bilmək istərdim, sizin həyatınızda dərin izlər buraxan varlıq içində yoxluq olubmu? Sizin üçün varlıq içində yoxluq nə deməkdir?
XƏBƏR LENTİ
Əliyevə qeyri-adi qarşılanma
Günün qoroskopu: Atdığınız addımları təhlil edin
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO
Azərbaycanda ən çox hansı ixtisaslara ehtiyac var?
Milçəyi öldürmək istədi, evi partlatdı
Psixologiyada 6 qadın tipi
9 may-Qələbə Günüdür!
TQDK bu rayonlarda imtahan keçirəcək
Ön cəbhədə atışma
Hərbi çağırışla bağlı Səfərbərlik Xidmətindən açıqlama
Adel 20 kq arıqladı-FOTO
2018-gündəmini Demət Akalın zəbt edib
Azərbaycanda plazma köçürmə ilə koronavirusun müalicəsinə başlanıldı - RƏSMİ
Tək nəfərlik fəsil
İranda güclü zəlzələ
İlk kosmik turist təqdim edildi
Yataq otağı trendləri
Şahzadə Çarlzda koronavirus aşkarlanıb
Fironun maskası da yalanmış
“WhatsApp”da YENİLİK!
Ehtiyatlı olun: güclü istilər olacaq
Marqanisin yoxa çıxmasının SƏBƏBİ
Boyun və kürək ağrıları üçün 3 hərəkət
Mən arıqladım!
Bakıda xəzri əsəcək
Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb
Demek Akalın Bakıya gəlir-FOTO
Əkizlər bürcü qadını
Uşaqların gülüş yaradan şəkilləri
"Müəllimlərin əmək haqqı iki dəfə artırılacaq..."
İşğal olunmuş Şuşada məskunlaşan ermənilərin 80 faizi qaçıb
Azərbaycanda dönər dəhşəti: yeyək, yoxsa yox
88 yaşlı II Yelizaveta at belində - FOTO.
Fransanın Azərbaycandakı səfiri: “Gərginlik dövrü bitdi, o səhifə bağlandı”
Qumdakı rəsmlər
Düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı: Ordumuz vacib yüksəklikləri azad etdi - RƏSMİ
"WhatsApp" mesajları TƏHLÜKƏDƏ
Sevgilisini gömrükdən çamadanda keçirmək istədi
Nazirlik yoluxanların evdə müalicə prosesini açıqladı
Solaxay məşhurlar
Milçəklərlə danışıram... mənə deyir, ananı öldür - 18 yaşlı rəssamın DƏHŞƏT DOLU HƏYATI
Pəhriz qutabı
Çində 6 bal gücündə zəlzələ baş verib
İnanılmaz transfer: "Real" onu 230 milyon avroya alır
Yuxularınız çin çıxırmı?
Çəkmələri xəyal gücü ilə bəzəyək
Belə səyyah görməmisiniz - Nəhəng çarxını fırlada-fırlada dünyanı gəzir
Teledərslərin sabaha olan cədvəli açıqlandı
Hər dörd qadından biri...
Yuxu gətirən həblər asılılıq yaradır?
- ŞƏRHLƏR