Qadına qarşı zorakılıq elə keçmişdəki qədərdir. Bunun kökündə qadınlara verməli olduğumuz önəmi anlamaq və oxuduqca həm qadınların, həm də kişilərin doğrunu öyrənməsi yatır. Amma zorakılığı sadəcə kobud qüvvə ilə ifadə edə bilmərik. Psixoloji zorakılıq anlayışı, ya da buna bənzər anlayışlardan zamanımızda olduqca çox istifadə edilir. Başını örtdüyü üçün dini inancına, mini ətək geydiyi üçün yaşam tərzinə, kişilər kimi düşünmədiyi üçün düşüncəsinə, ağladığı üçün duyğularına, ağlamadığı üçün mətanətinə, danışdığı üçün dilinə, danışmayanda dilsizliyinə və s. xüsusiyyətlərə görə lap keçmiş zamanlardan bu günkü günə qədər qadınlar təzyiqə məruz qalıb. Nəyə görə?.. Çünki qorumaq məcburiyyətində olduğun namusun və sevməyə qadağa qoyan mentalitetin vardır.
Soyuq olmaq məcburiyyətindədir, hiss etməməlidir, yaxşı görünməlidir. Amma elə də çox iddialı olmamalıdır. Kişinin yanınında yerini bilməlidir. Bu həyatda qadın olmaq günahdır, sevərsən "dəli" deyərlər, sevməzsən "pisdir" deyərlər. Susarsan "bir şey bilmir" deyərlər, danışarsan "dili uzundur" deyərlər. Kişi olmaq doğuşdan bir gücdür, qadın olmaq isə gücsüzlük. Qadın olmaq ətəyini uzun saxlamaqdır, başqalarının günahlarının cəzasını çəkməkdir. Qadın uşaqlıqdan bunlarla böyüdülür...
Qadın uşaq olar - gülməyinə, oynamağına, ora-bura qaçmağına pis baxarlar. Qadağalar "Qız qismi ağır başlı olmalıdır" sözünü öyrədər. Susar! Qadın məktəbə gedər - oxumaq, yazmaq öyrənənə qədər. "Oxuyub nə olacaqsan, oxuyandan ev qadını olmaz" sözünü öyrənər. Susar!
Qadın gənc qız olar - gəzməyi, getməyi, gəlməyi haqda danışılar. Söz olmasın deyə pəncərədən çölə baxmaz. "Pis qadın" nə deməkdir?" bunu öyrənər. Susar!
Qadın ailə quracaq yaşa çatar - ər seçməz, seçilər. "Qız xeylağını buraxsan ya nağaraçıya gedər, ya da zurnaçıya" sözünü öyrənər. Susar! Qadın sözü dinləməz, yumruq yeyər, "Ərimin vurduğu yerdə gül bitər" sözünü öyrənər. Susar!
Qadın ana olar - ərinin uşağının anası olar. Oğlan doğmamış nə analığını, nə də qadınlığını sübut edə bilər. Oğlan doğar - ilk dəfə ər tərifi eşidər. "Kişi adamın kişi oğlu olar" sözünü öyrənər. Susar!
Qadın yaşlanıb ana olar - hörməti o yaşında görər. Danışmaq istəyər... artıq gecdir. Bu dünyadan köçüb gedər...
Qadın doğar, böyüdər, yaşadar, sonda dünyadan köçər... Susar!!!
XƏBƏR LENTİ
Günün qoroskopu: hadisələri diqqətlə izləyin
Məhərrəmlik ayına hazırlıq
Oruc tutmayan insanlar nə etməlidirlər?
Foqts sualı cavabsız qoydu
66 yaşlı kişi avtobusu saçları ilə dartdı-VİDEO
2018-ci ilin ən dəbli bilərzikləri
Azərbaycan və Ermənistan prezidentləri yenə görüşəcək
"Uşağa elə dərmanlar yazırlar ki..." - HƏKİM XƏBƏRDARLIQ ETDİ
Azərbaycanda müəmmalı hadisə: Evdəki əşyalar öz-özünə yanır, azan oxunanda sönür - VİDEO
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
Boşanma müddətini asan keçirmək üçün 3 tövsiyə
Ən qısa boylu məşhur qadınlar
Baharı xatırladan aksesuarlar
Atəşkəs yenidən pozuldu
Ərimin arvadları…
Azərbaycanda yenilik - “Barışıq skamyası”/Video
Yağış və qar yağacaq
Günün ulduz falı - 10.01.2014
Vaxtı olmayan analara bəsit gözəllik tövsiyələri
Araq şüşəsinə əl vuran adam nə etməlidir?
Gigi Hadid arıqladığına peşman oldu-FOTO
Daha iki rayonda "ASAN xidmət" açılacaq
Bakının bazarları niyə "yanır" ?
Alman brendi
“Dərs vaxtı”nın bu günə olan cədvəli açıqlandı - FOTO
""Qarabağ" "Eintracht"ı keçə bilməsə..."
“Çarpışma” finala hazırlaşır
Şok qiymət artımı siqnalı
Yatarkən bunları geyinməyin!
Bakının iki böyük rayonunda qaz problemi olacaq
Yeni dizaynlı Mercedes-AMG
Günün qoroskopu: Münaqişə etməyin!
İnsanı çürüdən xəstəlik
İndoneziya silkələndi
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Sobada pendirli toyuq (foto resept)
Narahatlıq yaradan əşyalar
Ovulyasiya gününü ozünüz müəyyənləşdirin
Əsgərlərimiz Qafan aeroportunun qarşısında Azərbaycan bayrağı qaldırdılar - VİDEO
Oval üzlərə yaraşan saç tərzi
Şeyma Subaşıdan DİRƏK RƏQSİ - VİDEO
Uğur Pektaşa gözlənilməz QADAДћA- FOTO
Dünyada İLK: Yeni televizorlar gəlir - FOTO
Kişilər nəyə görə qadınlardan hündürdülər?
Günün qoroskopu: şəxsi xarakterli problemlər istisna deyil
Hansı oyuncaq uşaqda hansı xüsusiyyəti inkişaf etdirər?
Hansı suyu, necə içirik? - ARAŞDIRMA
Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər
Qozlu, pendirli peraşki (foto resept)
İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı
- ŞƏRHLƏR