Qadına qarşı zorakılıq elə keçmişdəki qədərdir. Bunun kökündə qadınlara verməli olduğumuz önəmi anlamaq və oxuduqca həm qadınların, həm də kişilərin doğrunu öyrənməsi yatır. Amma zorakılığı sadəcə kobud qüvvə ilə ifadə edə bilmərik. Psixoloji zorakılıq anlayışı, ya da buna bənzər anlayışlardan zamanımızda olduqca çox istifadə edilir. Başını örtdüyü üçün dini inancına, mini ətək geydiyi üçün yaşam tərzinə, kişilər kimi düşünmədiyi üçün düşüncəsinə, ağladığı üçün duyğularına, ağlamadığı üçün mətanətinə, danışdığı üçün dilinə, danışmayanda dilsizliyinə və s. xüsusiyyətlərə görə lap keçmiş zamanlardan bu günkü günə qədər qadınlar təzyiqə məruz qalıb. Nəyə görə?.. Çünki qorumaq məcburiyyətində olduğun namusun və sevməyə qadağa qoyan mentalitetin vardır.
Soyuq olmaq məcburiyyətindədir, hiss etməməlidir, yaxşı görünməlidir. Amma elə də çox iddialı olmamalıdır. Kişinin yanınında yerini bilməlidir. Bu həyatda qadın olmaq günahdır, sevərsən "dəli" deyərlər, sevməzsən "pisdir" deyərlər. Susarsan "bir şey bilmir" deyərlər, danışarsan "dili uzundur" deyərlər. Kişi olmaq doğuşdan bir gücdür, qadın olmaq isə gücsüzlük. Qadın olmaq ətəyini uzun saxlamaqdır, başqalarının günahlarının cəzasını çəkməkdir. Qadın uşaqlıqdan bunlarla böyüdülür...
Qadın uşaq olar - gülməyinə, oynamağına, ora-bura qaçmağına pis baxarlar. Qadağalar "Qız qismi ağır başlı olmalıdır" sözünü öyrədər. Susar! Qadın məktəbə gedər - oxumaq, yazmaq öyrənənə qədər. "Oxuyub nə olacaqsan, oxuyandan ev qadını olmaz" sözünü öyrənər. Susar!
Qadın gənc qız olar - gəzməyi, getməyi, gəlməyi haqda danışılar. Söz olmasın deyə pəncərədən çölə baxmaz. "Pis qadın" nə deməkdir?" bunu öyrənər. Susar!
Qadın ailə quracaq yaşa çatar - ər seçməz, seçilər. "Qız xeylağını buraxsan ya nağaraçıya gedər, ya da zurnaçıya" sözünü öyrənər. Susar! Qadın sözü dinləməz, yumruq yeyər, "Ərimin vurduğu yerdə gül bitər" sözünü öyrənər. Susar!
Qadın ana olar - ərinin uşağının anası olar. Oğlan doğmamış nə analığını, nə də qadınlığını sübut edə bilər. Oğlan doğar - ilk dəfə ər tərifi eşidər. "Kişi adamın kişi oğlu olar" sözünü öyrənər. Susar!
Qadın yaşlanıb ana olar - hörməti o yaşında görər. Danışmaq istəyər... artıq gecdir. Bu dünyadan köçüb gedər...
Qadın doğar, böyüdər, yaşadar, sonda dünyadan köçər... Susar!!!
XƏBƏR LENTİ
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər
70 kiloqram arıqladı, həyatı dəyişdi-FOTO
Akvarium masaları
Planetin ən yüksək nöqtəsi deşilir
Bu günün tarixi (20.10.2014)
İstirahət günü Bakıda hava necə olacaq?
Azərbaycanda zəlzələ oldu
Putindən Suriyaya soyuq duş
Səbrsizlik də xəstəlikdir
Bakıda ağacları keçəl elədilər
Məntiqi riyazi təfəkkür testi
2020 Yaz/Yay Ayaqqabı Trendləri
Kirpik dibi iltihabı və müalicəsi – Blefarit
Krem əvəzinə istifadə edə biləcəyiniz ərzaqlar
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
İnstagram səhifəsi 1 milyon manata satıldı
İstifadəyə yararlı çimərliklər - SİYAHI
Divan-kreslo dəstləri
Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Manat panikası bizə nə verdi?
Tilovuna timsah düşən balıqçının görüntüləri maraqla qarşılandı – VİDEO
Bilmək faydalıdır
Bir-birini başa düşməyən ailənin yükünü kim çəkir?
Dəriyə qulluq üçün istifadə olunan təbii yağlar
104 yaşlı qadın iki pandemiyaya qalib gəldi
Tələ
Rəngarəng şərflər
Diş daşlarını aradan qaldıran möcüzəvi RESEPT
Vətənində əcnəbi sayılan qız: Danışanda şoka düşürlər - FOTO
Noyabr ayı üçün bayram və tarixi günlər
Allergiya mövsümü başladı
Ev şəraitində üzə və əllərə qulluq
Qeyri-adi hovuz-illüziya
Şokoladlı yumşaq qrilyaj (foto resept)
Türk pizzası (foto resept)
Qadın çox danışırsa, nə istəyir?
Ləzgi paxlavası (foto resept)
Silahlı Qüvvələrimiz genişmiqyaslı taktiki təlimlər keçirəcək
Yaddaşı gücləndirməyin yolları
Afrikada seçkilərdə Adolf Hitler qalib gəlib
Nəhəng BUZ DAДћI QOPDU: mütəxəssislər həyəcan içindədir
Hillari prezident olur
İdmançımız Avropa çempionu oldu
Güclü külək əsəcək
Çağatay Ulusoyun əsgərlik FOTOları
AİB Azərbaycana daha çox pul ayıracaq
İşdən qovuldu - Həyatı dəyişdi-FOTO
"Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisi fantastik fürsətlər yaradıb"
Qazaxıtanın Atırau şəhərində "Arşın mal alan" operettası nümayiş etdirilib
- ŞƏRHLƏR