Elmi-bədii hekayələr, miniatürlər.
Təfəkkür dünyası
Kainat yarandığı gündən Allah sevgisindən güc aldı. Ümumdünya cazibə qanunu qalaktikanı, planetləri vəhdətdə saxladı. Tamlığa can atan bütün yarımlar bu sevdaya həyat verdilər. Bütün münasibətləri elə ilk gündən funksiyalar müəyyənləşdirdi.
Rəvayətə görə, riyaziyyat ölkəsində funksiyalar ailəsi yaşayırdı. Təfəkkür dünyasında onun mühüm yeri vardı. Ana arqumentlə ata funksiya çox xoşbəxt idilər. Ata ana funksiyanın sərbəst fikirlərinə hörmətlə yanaşır, ondan asılı olaraq dəyişirdi. Bir gün arqument müəyyən olunmuş səddi keçdi. Funksiya ətrafındakıların qınağına tuş gəldi.
İnteqral dostuna hirsləndi.
- Sən necə kişisən ki, ailəni sərbəst buraxmısan! Mən inteqralam. İşarəm altında olan bütün münasibətlər – funksiyalar mənə tabedirlər. Sözlər funksiyaya ağır gəldi. Arqumentdən ayrıldı. Arqument sıfra bərabər-tənlik, funksiya sıfır-koordinat başlanğıcı
oldu. Ayrılıqda mənalarını itirdilər. Kor-peşman barışdılar. Ailə övladlarını başına toplayıb həyatına davam etdi.
Müxtəlif münasibətləri ifadə edən övladlar böyüyərək funksiyalar oldular. Ata onlardan razı idi. Lakin, kiçik oğlu ərkəsöyünlük, özbaşınalıq edirdi. Funksiya keçmiş günlərini, səhvlərini xatırladı. O, y = kx + b münasibətini ifadə edən oğlunu danladı.
Oğul:
- Ata, ailəmiz sərbəstdir. – dedi. – İstədiyimiz kimi hərəkət edə bilərik.
Ata acıqlanıb y = kx + b - də b = o etdi. y = kx funksiyası arqumentin sıfır qiymətində sıfıra çevrildi.
Oğul atadan incidi.
- Məni sən sıfır etdin. Ailəmi dağıtdın.
- Günah özündədir. Sərbəst idiniz...
- Xanımım səhv etdi - sıfır oldu. Ayrıldıq.
- Hələ yaxşı qurtarmısan. Allahın səni sevib. Mənfiyə düşsəysdi mənliyini, mənəviyyatını itirərdin.
- Qadındakı gücə bax!
- Bəs bilmirsən qadın yıxmayan ev yüz il tikili qalar!
- Qardaşlarım necə yaşayırlar? Kvadrat, kök və kəsr funksiyaları deyirəm.
- Onların da hər biri üçün arqument – qadın təhlükəsi var!
Kvadrat funksiya arqumentdən asılı olaraq sıfra çevrilə, əmsala görə mənfi ola bilər.
- y = münasibətini ifadə edən qardaşım xoş-bəxtdi. Kökün qanunları onu həmişə müsbət edir.
- Doğrudur... Unutma ki, kökaltı ifadə sıfır ola bilər. Normal yaşayışımız üçün hamımız diqqətli olmalıyıq. Kəsr funksiyanı ifadə edən oğlumun həyatı da arqument-dən asılıdır.
- Niyə?
- Arqumentin məxrəci sıfra çevirən qiymətində oğlum sonsuzluqda yox olur! Axı sifra bölmə əməli yoxdu.
Gənc funksiya xeyli fikrə getdi.
- Deməli, biz funksiyaları arqumentlər idarə edir!
- Düzdür. Bizlər yenilməz, məğrur, güclü görünürük!
Lakin, hamımız bizi idarə edən o qadından asılıyıq!
Müəllif: Nurlan Quliyeva
XƏBƏR LENTİ
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi
Gürcüstandan maşın gətirənlərə BƏD XƏBƏR
Tənbəlliyə necə qalib gəlməli?
Mayonez maskası
Şokoladlı sufle (foto resept)
2010 və 2011-də ən dəbli ayaqqabılar
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Bakı bulvarında əyləncə olacaq
Aprel ayının qalibləri!
BÜRCLƏR bizə nə vəd edir?-29 Yanvar
Ermənilər atəşkəsi pozmağa davam edir
Azərbaycan ordusu Şuşa şəhərini atəşə tutmayıb - RƏSMİ
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Dua Lipadan cazibədar FOTOlar
Sabah hava necə olacaq?
O qədər xoşbəxtdir ki...
Eylatda hökmdarlar şəhəri
Azərbaycanda Bilik Günüdür
Gənc qızlar, zamana dəyər verin
Köhnə paltarlarınızı atmayın!
2015 bahar modası trendi
Düşmənləri sevindirməmək üçün oxuyun
Hicablı qadınlar üçün don dəbi
İrana yağan qar bəla gətirdi
9 may - Qələbə günüdür!
Gənc aktyor çəkiliş zamanı öldü-SƏBƏB/FOTO
Uşaqlarınızın cinsini artıq əvvəlcədən bilməyəcəksiniz
Sellulitdən necə xilas olmalı?
Gözəlləşmək üçün buzu yoxlayın!
Hazal Kaya AÇIQLAMA verdi
Trend İnformasiya Agentliyinin erməni vandalizminə həsr olunan "Sözün bitdiyi zaman" sənədli filmi
Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı İLK RƏSMİ REAKSİYA
Ağ Ev aparatında COVID-19-a yeni yoluxma
Möhtəşəm üzük modelləri
Muncuqla işlədiyim tablolar
Qabarıq ətək modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-7
Əhvala uyğun idman növü
Quyruq yağının faydaları
Atatürkün heykəlini söküb apardılar
"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı"
İşləyənlərə xəbərdarlıq
İkiqat qohumluğa ehtiyac varmı?
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
Adəm və Həvva (psixoloji test)
Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar
Günün ulduz falı