Qadin.NET / Düşüncənin riyazi dili - Təfəkkür dünyası

Düşüncənin riyazi dili - Təfəkkür dünyası

 

Düşüncənin riyazi dili - Təfəkkür dünyası

 

Elmi-bədii hekayələr, miniatürlər.

Təfəkkür dünyası

Kainat yarandığı gündən Allah sevgisindən güc aldı. Ümumdünya cazibə qanunu qalaktikanı, planetləri vəhdətdə saxladı. Tamlığa can atan bütün yarımlar bu sevdaya həyat verdilər. Bütün münasibətləri elə ilk gündən funksiyalar müəyyənləşdirdi.

Rəvayətə görə, riyaziyyat ölkəsində funksiyalar ailəsi yaşayırdı. Təfəkkür dünyasında onun mühüm yeri vardı. Ana arqumentlə ata funksiya çox xoşbəxt idilər. Ata ana funksiyanın sərbəst fikirlərinə hörmətlə yanaşır, ondan asılı olaraq dəyişirdi. Bir gün arqument müəyyən olunmuş səddi keçdi. Funksiya ətrafındakıların qınağına tuş gəldi.

İnteqral dostuna hirsləndi.

- Sən necə kişisən ki, ailəni sərbəst buraxmısan! Mən inteqralam. İşarəm altında olan bütün münasibətlər – funksiyalar mənə tabedirlər. Sözlər funksiyaya ağır gəldi. Arqumentdən ayrıldı. Arqument sıfra bərabər-tənlik, funksiya sıfır-koordinat başlanğıcı

oldu. Ayrılıqda mənalarını itirdilər. Kor-peşman barışdılar. Ailə övladlarını başına toplayıb həyatına davam etdi.

Müxtəlif münasibətləri ifadə edən övladlar böyüyərək funksiyalar oldular. Ata onlardan razı idi. Lakin, kiçik oğlu ərkəsöyünlük, özbaşınalıq edirdi. Funksiya keçmiş günlərini, səhvlərini xatırladı. O, y = kx + b münasibətini ifadə edən oğlunu danladı.

Oğul:

- Ata, ailəmiz sərbəstdir. – dedi. – İstədiyimiz kimi hərəkət edə bilərik.

Ata acıqlanıb y = kx + b - də b = o etdi. y = kx funksiyası arqumentin sıfır qiymətində sıfıra çevrildi.

Oğul atadan incidi.

- Məni sən sıfır etdin. Ailəmi dağıtdın.

- Günah özündədir. Sərbəst idiniz...

- Xanımım səhv etdi - sıfır oldu. Ayrıldıq.

- Hələ yaxşı qurtarmısan. Allahın səni sevib. Mənfiyə düşsəysdi mənliyini, mənəviyyatını itirərdin.

- Qadındakı gücə bax!

 

Düşüncənin riyazi dili - Təfəkkür dünyası



 

- Bəs bilmirsən qadın yıxmayan ev yüz il tikili qalar!

- Qardaşlarım necə yaşayırlar? Kvadrat, kök və kəsr funksiyaları deyirəm.

- Onların da hər biri üçün arqument – qadın təhlükəsi var!

Kvadrat funksiya arqumentdən asılı olaraq sıfra çevrilə, əmsala görə mənfi ola bilər.

- y = münasibətini ifadə edən qardaşım xoş-bəxtdi. Kökün qanunları onu həmişə müsbət edir.

- Doğrudur... Unutma ki, kökaltı ifadə sıfır ola bilər. Normal yaşayışımız üçün hamımız diqqətli olmalıyıq. Kəsr funksiyanı ifadə edən oğlumun həyatı da arqument-dən asılıdır.

- Niyə?

- Arqumentin məxrəci sıfra çevirən qiymətində oğlum sonsuzluqda yox olur! Axı sifra bölmə əməli yoxdu.

Gənc funksiya xeyli fikrə getdi.

- Deməli, biz funksiyaları arqumentlər idarə edir!

- Düzdür. Bizlər yenilməz, məğrur, güclü görünürük!

 

Lakin, hamımız bizi idarə edən o qadından asılıyıq!

Müəllif: Nurlan Quliyeva 

4 oktyabr 2016
GO BACK