Azərbaycan dilində gündəlik işlətdiyimiz inkişaf sözü çox zaman tərəqqi, proqres sözü ilə sinonim sözlər olaraq başa düşülür. Ancaq fəlsəfi termin kimi inkişaf sözünün anlamı daha genişdir. Söz ərəbcə “kşf” kökündən yaranmışdır “kəşf” (meydana çıxma, açılma) sözünün infial vəznində məsdəridir. Bu sözün daha yaxşı anlaşılması üçün dialektikanın üç qanunundan biri olan “Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi” qanunu anlamaq vacibdir. Ümumiyyətlə? dialektika belə demək mümkündürsə, varlığın ən ümumi, universal əlaqələrini öyrənir. Dialektika maddi dünyanın mövcudluğunun daimi dəyişiklik, hərəkət, mübarizə, inkişaf kateqoriyaları vasitəsi ilə şərh olunması metodudur.
Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu: Bu qanun gerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. Hər hansı bir cismdə, predmetdə obyektdə baş verən kəmiyyət dəyişmələri elə bir an çatır ki, həmin obyekti müəyyən edən onu o edən meyarın pozulmasına səbəb olur. Bu da yeni keyfiyyət mərhələsinə keçidlə nəticələnir. Bu qanun bir növ inkişafın mexanizmini öyrənir.
İnkişaf isə yeni keyfiyyət mərhələsinə keçid, həmin o meyarın, ölçünün pozulması zamanı baş verir. Ancaq məsələ ondadır ki, yeni keyfiyyət mərhələsinə keçid hələ tərəqqi etmək deyil. Tənəzzül də yeni keyfiyyət mərhələsidir. Bir nəsnə ancaq mükəmməlləşəcək deyə bir qanun yoxdur ki, nəsnələr dağılmaya, aşınmaya məhv olmağa da məruz qalırlar və bu prosesdə onlar yeni keyfiyyət mərhələsinə keçirlər, yəni inkişaf edirlər, ancaq tərəqqi etmirlər, tənəzzül edirlər. Xülasə, demək istədiyim odur ki, inkişaf həm tənəzzül, həm də tərəqqi deməkdir.
P.S: Bunu da unutmayaq. İnkişafı düzxətli olaraq qavramaq doğru deyil inkişaf spiralvari prosesdir. İnkişaf elə bir prosesdir ki, sanki daim təkrar olunur. Hər ölçü, meyar pozulduqda spiralın yeni halqasına keçid baş verir.
Saleh Mehdizadə
XƏBƏR LENTİ
Sibel Canın başına gözlənilməz hadisə gəldi-VİDEO
Sərdar Ortaç təzminatdan danışdı
Azərbaycan tarixindən yüz şəxsiyyət-30
Azərbaycanda 10 mehmanxanaya lisenziya verilib
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Neft ucuzlaşıb
Rənglərin həyatımızda rolu
Türkiyəli nazir koronavirusla bağlı sevindirici XƏBƏRİ AÇIQLADI
İlham Əliyev xalqı təbrik etdi
Rubl kəskin bahalaşdı
Uşaqlar üçün çətir modelləri
Sabahın HAVAsı
Dördqanadlı lələkli dinozavr
"Mucize doktor"u şikayət etdilər-SƏBƏB
Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağı müzakirə etdilər
Qırışların qarşısını alan qidalar
Paris moda həftəsindən yadda qalan geyimlər
Mehriban Əliyeva: "Atamın insani keyfiyyətləri mənim həyat amalımdır"
Türkiyədə kişilərə bu QADAДћAN EDİLDİ
Bonding nədir?
Düşmən ordu itki verdi
Gözəl köynək düymələri
Uzunömürlü evliliyin sirri
Google yeni servis hazırlayıb
MTN-nə görə işdən çıxarılma xəbəri yayılan nazir danışdı
Yıldız Tilbe sevənlərini təəccübləndirdi-FOTO
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı
Gəlinlik donları
Şəhid generalımız Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Bakıda 2 mindən çox uşaq müsabiqə əsasında I sinfə qəbul edilib
"Eurovision"un qalibi özünü yandıracaq
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Böyük Bakının unikal planı
Gül açan 5 kaktus
Kılıçdaroğlu: "Xocalı faciəsi yaddaşlarımızdan silinməyəcək"
Yoldaşını müayinə edən həkim qızı haqqında Həqiqəti Öyrəndi-FOTO
Əmrah Çəlikəl: ""Qarabağ" üçün yenə transfer olmalıdır"
Qocalmadan qaralın
"Sabahdan işə gəlmirəm" dedi, pərt oldu - VİDEO
Göbələkli toyuq burması (foto resept)
Sağlam arıqladan 3 pəhriz
Məktəb çantaları uşaqlarınız üçün təhlükəlidir!
İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”
Metrodan istifadə edənlərin nəzərinə: Gələn ilin fevralına qədər...
Fahriye Evcenlə Burak Özçivit BOŞANMA MƏRHƏLƏSİNDƏ
TEKBİR FİRMASININ GEYİM KOLLEKSİYASI
Xoşbəxtlik bizim içimizdədir
Azərbaycana 30 sm qalınlıqda qar yağdı
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
- ŞƏRHLƏR