Təsəlli
Mən çox fikirləşən və buna aludə olan adamlardanam. Ona görə də mənim düşüncülərlə dolu olan beynimdə təzə-təzə səhifələr açılır, mən bu səhifələrin bir–birindən təzadlı , maraqlı və rəngarəng olmasına çalışıram. Bu səhifələri yazan və oxuyan elə özüməm. Axı mən öz qəlbimi zənginləşdirir , onu cürbəcür təsəllilərlə yüngülləşdirirəm. Çünki, bilirəm ki, qəlbim həyat okeanının amansız dalğalarında əvvəl-axır qərq olmağa məhkumdur. Mənim fikirləşməyə vaxtım çoxdur , odur ki, tədricən özümü həyatın vahiməsinə alışdırıram. Mən çox oxuyuram , ona görə ki, qəlbimdə həyatın vahiməsini ağılla qarşılamağa və bu vahiməni azaltmağa çalışıram. Qəlbini vahiməyə alışdırmaq və qəlbini ondan qorumaq... Bu, ona bənzəyir ki, saatlarla dayanıb qatı qaranlığa baxır , arabir gözlərin ağrıdıqca, kibrit yandırıb bircə dəqiqəliyə ondan qorunmaq istəyirsən. Bəli, bircə dəqiqəliyə unutmaq istəmədiyin gülünc bir təsəlli ilə əylənirsən.
Kənd
Sən tənha yolçusan və sürətlə gedirsən. Uzaqdan , lap uzaqdan qatı qaranlıqda güclə sezilən işıltılar görünür. Sən solğun və arabir tamam öləziyən işıqları gözdən qaçırmamaq üçün az qala gözlərini belə qırpmadan , tələsə - tələsə onlara doğru irəliləyir və nəhayət kiçik bir kəndə çatacağını düşünürsən. Lakin, ola bilər ki, heç kəs səni qarşılamasın , sən ona çatanacan bütün işıqlar söndürülsün və artıq hamı yuxulamış olsun. Sən isə bir-bir qapıları yumruqlayıb adamları haraylayasan və bunun nə qədər çəkəcəyini bilməyəsən. Axı gecə bitib – tükənməzdir, kənd isə böyük deyil, cəmisi bir-neçə daxmadan ibarətdir. Görünür , heç kəs isti yatağından qalxıb sənə qapı açmaq fikrinə düşməyəcək və adamlar səni beləcə sükutla yola salacaqlar.
Bəlkə , sən özün də çoxdan unudulmuş bir kəndi diksindirmək , sonra da həmin aldanışlar içində qoyub getmək üçün gəldin?
1998
Yoxluq
Adama qəribə gəlir ki, bir gün durub görəsən , üstündə uzandığın çarpayı yoxdur və düşünəsən ki, görəsən , gecə yorğan – döşəyi nəyin üstündə açmışdın : çarpayınınmı? Xəyalınmı? Bəs bütün gecəni döşəmədən yarım metr hündürlükdə necə yata bilmisən? Sonra həyətə düşüb görəsən ki, hər gün oturduğun skamya yoxdu, o skamyanın yanındakı iri qızılıgül kolu yoxdu , onun tikanları ilə gözlərini kor etmiş zavallı bülbül yoxdu , hər gün onun səsini dinləyən adam yoxdu və bu yoxluqda birdən anlayasan ki, o adam sənsən - əslində səndən başqa dünyada hər şey yerindədir , bircə sən yoxsan , amma sənin yoxluğun hiss edilmir.
1999
Zülmətdə qalan
Bəzən gecənin bir vaxtında , işıqlar tamam söndürüldükdən sonra , zülmətin dərinliyindən kiminsə bağırtısı eşidilir. Mən onun qışqıraraq nə dediyini anlamıram, görünür , o çox uzaqdadır və şübhəsiz , belə uzaqda olanlar bir-birini nə anlaya , nə də başa sala bilərlər.
Bəlkə, kiminsə vahimə içərisində gözdən itirdiyi adamı çağırır , hansı ki, bir müddət fənərin tutqun işığında tələsə-tələsə yol gediblər, nəhayət, işıq tamam öləziyib sönəndən sonra qəflətən bir-birini itirmişlər.
Bəlkə, o bütün günü kimisə axtarıb və qaranlıq düşdükdə yolu azmışdır. Və o, təzəcə yandırdığım lampanın zəif işığını görüb məni haraylayır , yalvarır ki, işığı söndürməyim.
Bəlkə, kimsə tamam başqa adamdır, israrla lampanı söndürməyimi tələb edir, axı indicə məxfi əmr almışdır və bu yeri səhərə qədər gizlətmək ona tapşırılmışdır.
Bəlkə, o kimdirsə artıq fikrini dəyişib və geri qayıdır, mənsə əbəs yerə onu gözləyirəm.
2002
Surət
Uzun-uzadı təsvirə nə hacət, ən əsası odur ki, o, çox gözəl idi , özü də təbii, bənzərsiz və tayı-bərabəri tapılmayacaq dərəcədə gözəl. Surətinə vurulanlar , əslində onun kim olduğunu , bu şəhərə haradan və haçan gəldiyini bilmirdilər. Heç kəsə məhəl qoymadan keçəndə bütün şəhər tamaşasına yığılırdı. Təkcə canalan baxışları nəyə desən dəyərdi. Şair demişkən , gözəl , sənin gözəlliyin gözəldi...
O, hamının qəlbinə hakim kəsilsə də , heç kəsi qəlbinə yaxın buraxmırdı. Çoxları qarşısını kəsib ürəyini açmış , fəqət, qız bu sözləri elə həmin gün yaddan çıxarmışdı. Şəhərin ən imkanlı adamları belə onun məhəbbətini qazanmaq istəsələr də , var-dövlət qızın gözlərini qamaşdıra bilməmişdi. Hamı məəttəl qalmışdı : axı o , nə istəyirdi?
Görünür , o, təbiətən çox məğrur idi və azadlığını hər şeydən yüksək tuturdu. Lakin, camaat “gözəllər ağılsız olur” məsəlini əsas tutaraq , bunu qızın məhdudluğu kimi qiymətləndirirdi. Sanki hamı dilbir olub, onun azadlığını buxovlanacağı anları tezləşdirməyə çalışırdı.
Eh, nə deyim, o qədər gözəl idi ki, axır bir gün onu bəzəkli çərçivəyə saldılar və doyunca baxmaq üçün divardan asdılar.
2002
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
XƏBƏR LENTİ
Balıq bazarının mövcud durumu
Ölmədiyini sübut edə bilmədi
Evlilikdə seçim və münasibətlər
Telefonunuzu açıq tutun, polis sizə yazacaq
Kabak qızartması (foto resept)
Banklar dollar kreditlərində bizi necə aldadır?
İnsan üzlü buzov doğuldu-FOTO
Ən kasıb ölkələr açıqlandı
Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır - RƏSMİ
Günün ulduz falı
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Oğurlanan 6 milyonluq unitaz
Pomidor şorbası (foto resept)
Qocalmağa başlamışıq
Könüllü işləmək istəyənlərin nəzərinə
İdeal bayram süfrəsi
Beyonce və Cey Zi 4 milıyonluq saatla diqqət çəkdilər_FOTO
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Günün qoroskopu: mühüm məsələlərin həlli üçün yaxşı fondur
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Azərbaycan ordusunun Kəlbəcərə daxil olması “Haber Global”da - VİDEO
Məşhur oyunlara qadağa qoyuldu
Kibritdən hazırlanan əşyalar
Neon rəngli çanta və ayaqqabılar
Dünyanın ən bahalı atı-FOTO
Həm düşünək, həm gülək
Məşhur aktyor AÇIQLAMA VERDİ-FOTO
"Qalatasaray" darmadağın oldu, "Real" 1/8 finalda
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 149 yeni yoluxma - RƏSMİ
Dünyanın ən böyük teleskopu
Yapon qadınlarının arıq olmasının sirri
Qışda artıq çəki probleminin həlli
Bavariya mətbəxindən sobada toyuq (foto resept)
Natavan: "Qürura görə sevgidən vaz keçməyin"
13 yaşlı idmançımız beynəlxalq turnirdə birinci oldu
Azərbaycanda ən çox qar yağan yer açıqlandı
Buraxılış imtahanın keçiriləcəyi şəhər və rayonların adları açıqlandı - SİYAHI
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
İnstagram fenomeni sərvət toplayır-FOTO
“Dərsdən sonra” teleproqramına start verilir
Qocalmağın qarşısını alan pəhriz
Evlərə "kupça"nı necə almaq olar?
Nəqliyyat Nazirliyi sürücülərə çağırış etdi
Məleykə Abbaszadə valideynlərə və abituriyentlərə xəbərdarlıq etdi: ehtiyatlı olun!
Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?
“Fikri oxuyan” qurğu yaradıldı - VİDEO
Qadın paxıllığı
Maraqlı əşyalar və dekorasiyalar
2020-ci ilin sağlamlıq QOROSKOPU
- ŞƏRHLƏR