Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Məzuniyyət hüququ və onun təmin edilməsi

Maddə 110. İşçilərin məzuniyyət hüququ

1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

2. Əmək müqaviləsində, habelə kollektiv (Bu Məcəllənin 25-ci maddəsində nəzərdə tutulmuş qaydada irəli sürülmüş təşəbbüsə əsasən kollektiv müqavilənin hazırlanması vəbağlanması zəruriliyi haqqında qərarı həmkarlar ittifaqları təşkilatı qəbul edir.

2. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması və bağlanmasıhaqqında qərarı əmək kollektivinin ümumi yığıncağı (konfransı) qəbul edir.

3. Kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir.)

müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

Maddə 112. Məzuniyyətin növləri

1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:

a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;

b) sosial məzuniyyət;

c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

ç) ödənişsiz məzuniyyət.

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili

1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

2. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın,əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başaçatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görəməzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. 

ƏMƏK MƏZUNİYYƏTLƏRİNİN MÜDDƏTLƏRİ

Maddə 114. Əsas məzuniyyət və onun müddətləri

1. Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncühissələrində nəzərdə tutulmuş məzuniyyətdir.

2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; 

ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;

d) elmi dərəcəsi olmayan elmi işçilərə;

e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

4. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitindəişləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.

5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.

6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri

 

1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlıolan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə vəvəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 116. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası

1. Əmək stajından asılı olaraq işçilərə:

beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;

on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;

on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

2. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. 

3. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrindəgöstərilən işçilərə verilmir.

Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri

1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç vədaha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdətutulan əlavə məzuniyyət hüququ vardır.

3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

4. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.

Maddə 118. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri

1. Aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:

a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;

b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);

c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;

ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;

d) sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;

e) elmi tədqiqat müəssisələrinin, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olanəməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;

ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.

2. Aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir:

a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara;

b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;

c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə;

ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;

d) məşqçi müəllimlərə;

e) elmi tədqiqat müəssisələrinin, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olanəməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.

Maddə 119. Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri

1. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti — 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək iºçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.

2. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. 

Maddə 120. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. 

Maddə 121. Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinin əmək məzuniyyətləri

Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir.

Gələn dəfə Sizlərə YARADICILIQ VƏ TƏHSİL MƏZUNİYYƏTLƏRİ (Yaradıcılıq məzuniyyətləri və onların müddətləri, Ödənişli təhsil məzuniyyətləri, Təhsil məzuniyyətlərinin müddətləri) və  SOSİAL MƏZUNİYYƏTLƏR (Hamiləliyə və doğuşa görə məzuniyyətlər, Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları, Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları) haqqında məlumat verəcəyəm.

Səslərin sayı: 24
49
157602
loading...
Şərhlər
Offline
a.b.
menm bir neche sualum vare

6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

burdan nece basha dushek?tutaq ki ishci bayrama dusen mezuniyyet gturur. onu nece hesablamaq lazimdir?
mezuniyyet gunleri ona elave olunur mu ? bayram tutaq 5 gundur o da hemin 5 gunu mezuniyyetedir. sonra ona 5 gun elave olunur?
ve elave olunursa, odeme ile bagli sualim da var. yazilib ki odenilmir . bunu nece basha dushmek olar ?
4 mart 2014 08:16
Offline
Gulwen
cOX SAGOLUN. EMEK MECELLESI KITABI STOL USTU KITABIMDIR, PEŞEM ILE ELEQADER OLARAQ)) IŞDE EN COX IŞLETDIYIMIZ MADDELER BI VE 68-IN 2-SI)
27 sentyabr 2011 11:58
Offline
leylahuseynova
Dariya,
Allah rəhmət etsin canım. Mən də dedim hansısa kinodandı qoymmusan nikini ona görə yazdım
26 sentyabr 2011 14:17
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
FEMIDA
Sitat: leylahuseynova
Çabuk nikini deyiş dar yox enli bir nik götür

wink canim, nenemin adi Dariyadir. Rehmetlik Babam Dasa deyirdi ona..
26 sentyabr 2011 13:08
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
leylahuseynova
Əla bizim işimizdi bu sag ol Ceyhunə. Mən heç bu darya nikini sevmıdim tongue Çabuk nikini deyiş dar yox enli bir nik götür wink
26 sentyabr 2011 12:32
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
FEMIDA
lovable_madam,
emilya86,
Mila85,
H.o.s.T-cuqiz,
AySeL.,
Fikirleriniz ucun eziz Xanimlar minnatdaram size!!
Sitat: AySeL.
sexsiyyet vesiqemde yerindedi hec bir problem yoxdu sadece bank isinde demisdilerki pullari firlada bilmezsen pullardan basin cixmaz

Inanmiram size ele deyilsin.cunki, hal-hazirda banka ise qebul imtahan,musabiqe yolu ile kecirilir.yaqinki kece bilmemisiniz.bir de xanim, gelecekde is axtarisinda olan zaman unutmayin
Sitat: Dariya
bu xanim, sizin bir azda ozunuzden individual olaraq gelen maqnittden asilidir.
yeni ozunuzu goztermekdende asilidir. winked
Sizede minnetdaram, insallah size uygun is tapilar,darixmayin.
26 sentyabr 2011 10:11
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Flowers
he mezuniyyetde olanda da gerek ele istirahete edesen ki mezuniyyetden qayidanda işine yorgunluq canindan cixmiş olsun
25 sentyabr 2011 20:18
Offline
fatime
SAG OL
25 sentyabr 2011 15:53
Offline
Mila Sh - zade
QWEN85,
lol evde mezuniyyet gotursem hami acinnan qirilareeee wink
24 sentyabr 2011 21:27
Offline
H.o.s.T-cu qiz( Banu )
twk maraqlidi hem de lazimli
24 sentyabr 2011 18:37
Offline
FEMIDA
Sitat: AySeL.
boyum 1.58-di ona gorede balaca gorsenirem hemde hicabdayam bank isi ucun getmisdim mene ele dediler hemen vaxtlar 19 yasim vardi

menim de boyum 1.60 dir.amma hara qedmisamse, meni cox qozel qarsilayiblar, onuda deyimki, hele sukur islediyim hec bir yere kimese gore deyil, ancaq ozume qore qebul edibler, men ele bir problem gormuram, bu xanim, sizin bir azda ozunuzden individual olaraq gelen maqnittden asilidir.
Sitat: AySeL.
eger senedlerim yerindedise lakin qapali eyinirem ise qebul olmaq cetinlik yarada biler?
duzu yaradir sadece dovlet uzre bele anlayis var?

xeyir canim, hec bir problem yaradan yeri yoxdur, neinki, dovlet hec ozel sektordada . secim ferdidir, hec kimin haqqi yoxdur mudaxileye.
bilirsis nece, nedense cahillik deyek, bir vaxtlar tehsilde var idi bu problem.
amma sexsiyyet vereqesi ucun foto cekdiren zaman mutleqdirki, hicabi acasan.cekdirnden sora yenede tax..
24 sentyabr 2011 15:44
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Realist
Çox sağ ol lazımlı xəbər üçün..
24 sentyabr 2011 15:04
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Gülüm
tewekkurler xebere gore.
24 sentyabr 2011 14:59
Offline
hamile
sag olun
24 sentyabr 2011 12:20
Offline
Sayada
Eh bizim işdə heç məzuniyyətdə yoxdu, çıxmaq istiyəndə də maaşla vidalaşırsan
24 sentyabr 2011 11:56
Offline
FEMIDA
Sitat: Selcan_Xatun
Dariya,
Belke men de mezuniyyete cıxım,ne deyirsen?

fellow men etiraz ediram, qadin.netin Selcan xanimsiz gunu olmasin. Siz bizi tek qoymaq istirsis? belay

Sitat: Selin
Ceyhune sensen nikni deyiwmisen?mende deyirem bu Ceyhuneden bawqa kimdir huquqwunas?

winked menem canim.. fellow
Sitat: vefa-n
.COoox lezzet edir 2 qat maaş))

elede lazimdir, ele olmalidir!
Mila85,
Semedova,
SAMISHKA,
Banu_,
Ravish,
QWEN85,
Cox minnetdaram size qizlar
Fatma,
Fatma xanim, cox saq olun fikir ve qiymet verdiyiniz ucun feel

Sitat: ShoKo
oyy tesevur edirsiz neler olar?hele siz burda ola ola bele veziyyetler bas verir ,birde siz olmasaz gorun neler olar

Tesevur ediram, + mini musabiqede olsa dehset.. belay wink
duygu,
NNNN,
HAPPY,
MInnardaram size. winked
Selcan_Xatun,
Selcan xanim, Sizin serhinizi xeberimde qorende cox seviniram vallah..Cox saq olun.. feel
24 sentyabr 2011 09:42
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Məryəm.
təşəkkürlər xəbərə görə çox lazımlı xəbərdi
24 sentyabr 2011 00:10
Offline
QWEN
Sitat: Mila85
DEYR SEN ANCAQ EVDE IŞLE

Onda sen de evde mezuniyyet gotur fellow

Dariya,
Teşekkurler, menim mezuniyyetim teze qurtarib. Hec bilmedim hardan geldi, hara getdi belay
23 sentyabr 2011 23:08
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
Banu
Təşəkkürlər Ceyhunə xanım.
23 sentyabr 2011 22:01
Offline
1
Sitat: Selcan_Xatun
Belke men de mezuniyyete cıxım,ne deyirsen?

ISLEYIRSINIZ CEYLAN XANIM? CIXSAZ ELA OLAR,CUNKI SAYTDA COX OLARSINIZ,BIZIMLE BIRLIKDE love
23 sentyabr 2011 20:51
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır