Tərkibi
450 qr çəkilmiş ət
1 orta baş xırda doğranmış soğan
1/2 st yumru düyü
1/2 st xırda doğranmış keşniş
1/2 st xırda doğranmış şüyüd
1/2 st xırda doğranmış nanə
1 ç/q duz
1/4 ç/q istiot
80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
3 xörək qaşığı ərinmiş kərə yağı
1/2 st su
Hazırlanması
Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əl ilə yaşxıca qarışana qədər yoğrulur. Yarpaq hazırlanır. Əgər təzə yarpaqdan istifadə edilirsə, qazanda su qaynadılır. Yarpaqlar hissə-hissə qaynayan suda təxminən 2 dəqiqə ərzində tutulur. Bu proses yarpaqların yumşalması üçün lazımdır.
Yarpaqlar sudan çıxardılır və yaxşıca süzülür. Sapları kəsilir. Əgər duza qoyulmuş yarpaqdan istifadə edilirsə, yarpaqlar suya çəkilir ki, duzu yuyulsun. Sonra isə yarpaqların sapları kəsilir. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumşalması üçün onları suda 1-2 dəqiqə qaynadıb, süzmək lazımdır. Əgər yarpaqlar böyükdürsə, onlar ikiyə bölünür. Hər yarpağın ortasına təxminən 1-2 çay qaşığı içlik qoyulur. Bir əldə dolmanı tutub, o biri əl ilə yarpaq yumruvari bükülür.
Bükülmüş dolmaları qazana bir-birinə yaxın və lay-lay düzülür. Əgər təzə yarpaqdan istifadə edilirsə, layların arasına azacıq duz əlavə edilir. Dolmaların üstünə yağ və su tökülür. Axırıncı layın üstünə kiçik qapaq və ya qab qoyulur ki, dolmalar bişdikləri vaxt açılmasınlar. Qazanın qapağı qoyulur. Dolma əvvəlcə qaynadılır. Qaynayan kimi, qazı azaldılır və dolma vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirilir. Bişmiş dolmanın içi və yarpağı yumşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir. Dolma süfrəyə sarımsaqlı qatıqla verilir. Sarımsaqlı qatığı hazırlamaq üçün qatıqla əzilmiş sarımsaq (miqdarı zövqə görə) qarışdırılır.
XƏBƏR LENTİ
Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!
31 Avqust- Qubadlı
Dərmanların qiyməti ilə bağlı müjdə
Qızıl medallı Stadnik: Mən azərbaycanlıyam
Albalı (gilənar) mürəbbəsi (foto resept)
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
AFFA hakimi təhqir edən 3 futbolçunu dörd oyunluq cəzalandırdı
Dəbli çəkmələr
Dünya qocalara qalacaq
Robin Ulliamsın oğlu evləndi-FOTO
Türkiyədə Ebola virusuna yoluxma halları ilə bağlı 45 xəstəxana ayrılıb
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir
Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
Sosyopatı necə tanımalı? (2)
Müge Boz izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İkimərtəbəli qatarların iyunun 5-nə kimi istismarı nəzərdə tutulur
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Marshmallovlu tart (foto resept)
Beyin üçün ən zərərli 3 qida
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Dovşan ətini yemək olarmı?
Rus Dili dərs-3
Məşqlər və miflər: kimə nə olmaz?
Arda Turan evləndi -FOTO
Muradla Aslı Yeni İli Barselonada qarşılayacaq-FOTO
Tarkan qızının adını açıqladı-FOTO
"Alatoran"ın məşhur ulduzu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Erməni mediası: "Yaralıar yollarda keçinir, dərman çatışmır"
Oskar mərasimindən ən yadda qalan geyimlər
Obama Putinlə məzələndi
Baş epidemioloqdan qrip açıqlaması
Rusiya XİN-dən Qarabağda sülhməramlılarının sayının artırılması məsələsi ilə bağlı AÇIQLAMA
Avtobuslar 24 saat işləyə bilər
Çində ilk dəfə...
62 yaşlı beş uşaq anası cəlbediciliyinin sirlərini açdı - FOTO
Öskürəyə qarşı müalicələr
Bergüzar Korel də etiraz səsini ucaltdı
63 dəfə küsüb barışdılar - FİLM
Dəri gözəlliyi üçün 6 qida
Dadlı və ətirli piroq (foto resept)
Hava haqqında - 30.11.2013
Bu rayonlarda işləyən müəllimlərin MAAŞLARI ARTACAQ
Sumqayıtda köhnə işıqfor qalmayacaq
2015-in bizdən aldığı məşhurlar
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Yeni ana olanlar üçün gözəllik tövsiyələri
Dünyanın ən hündür tonqalı - FOTO
Almaniyada toqquşma
İshal təhlükəli ola bilər
- ŞƏRHLƏR