Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.
Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, cari ilin fevral ayının 1-dən etibarən transfer.edu.az portalı vasitəsi ilə sənəd qəbulu həyata keçiriləcək və bu proses fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.
Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.
Ötən tədris ilində portal vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb.
XƏBƏR LENTİ
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Kosmosa birə göndərilir
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
III dünya savaşı siqnalı
Çox istəyirəm…
Damla şokoladlı keks (foto resept)
Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə baş verib
Susmayan Bülbül
HAVA necə olacaq?-2 Mart
Dəbli ziyafət geyimləri
Badımcan ikrası (foto resept)
Papalar ilk dəfə təbrikləşdilər
Kəndə köçənlərə MÜJDƏ: Hər ailəyə 70 min verəcəklər
Azərbaycanda yağış yağacaq
Qəlb hüzuru üçün namaz
Avropanın ən ucuz qış xizək kurortu məlum oldu - FOTO
Nə gözəl idi uşaqlıq
Azərbaycanda rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac va
Ərdoğan Putindən qisas aldı
Düşmən texnikalarının məhv edilməsinin yeni görüntüsü - VİDEO
Bakıda fantastik qiymətə it
Müharibələrin insanlara psixoloji təsirləri
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Gündəmi silkələyən TQDK-nın statistikası
Beren Saat Bodrum çimərliyinin zibillərini təmizlədi-FOTO
Altıağaca gedən yol daha rahat olacaq - FOTO
"Tanınmaz halda idi, ailəsi nişan üzüyündən tanıdı..."
Azərbaycan ombudsmanı mükafat aldı
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Məşhur türk aktyoru "Emmy"də aparıcı oldu
"Mövludun ruhundan əl çəkin!" - həyat yoldaşı
Yeni İllə bağlı bir həftəlik qeyri-iş günü?
Serdar Ortaç və Demet Akalın qalmaqalı böyüdü
Sıla kökəldi-FOTO
Bibər tamatı (foto resept)
Alim Qasımovun səhhətində problem yarandı
Türkiyə prezidentinin Qarabağ arzusu
DİQQƏT: Bu telefonlarda "WhatsApp" işləməyəcək
Dəhşətli xəbərdarlıq: Yer kürəsi hər an məhv ola bilər
XANIMLAR ÜÇÜN GEYİMLƏR
Ya ümidsizsiniz, ya ümid sizsiniz...
Rəsmlərə bənzəyən insanlar
Hava haqqında - 21.11.2013
Sofi Terner ana oldu
Sabahın HAVAsı
Chanel-in 2014-2015-ci il Yeni il kolleksiyası
Azərbaycan filmləri qardaş ölkədə