Tanrılar dizinə döyür, yolur saçını mələklər
At əvəzi it oynadır küçədə kefli küləklər
Boş-boşuna cırıldayır, yellənir boş yelləncəklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
İldırım yumruqtək dəyir, gecənin yırtıq köksünə
Bir vaxt ərşə çəkilənlər qayıdırlar yer üzünə
Doğmalıqlar yoxa çıxıb, hamı ögeydir özünə
Vurnuxur qorxu içində yalqızlar, tənhalar, təklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
Zühurlar…qiyamətlər…qeybolmalar… fanilər…
Qarışıb bir-birinə əbədilər, anilər
Qurbanlar caniyə dönüb, qurban olub canilər
Zalım olub mərhəmətlər, köməksiz qalıb köməklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
Açılıb sirlərin üstü, quma dönüb nə ki daşmış
Nə gələn varmış, nə gedən! Qəbirlərin içi boşmuş
Dünya ər-arvad dünyası – sevgiləri əldən düşmüş
Cocuğu yerdə iməklər, Tanrısı göydə iməklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
Günəş içində gəzdirir ən əbədi qaranlığı
O taydan bir quzu səsi titrədir boz dumanlığı
Bu səs – itkinlik fəryadı, həm tapılmaq gümanlığı
Hardasa bir ac canavar şöngüyüb qismətin bəklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
Nəhəng bir dağ da laxladı, aşdı göydə tozu qaldı
Qayalarının altında zirvə adlı arzu qaldı
Dünyanın qanı qurudu, nə qurd, nə də quzu qaldı
Qarışqalarda əzildi. Sındı ən kiçik dirəklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
Aqşin Yenisey
XƏBƏR LENTİ
Putindən qorxulu qərar
Hiperaktivsiniz?
Qonaq otağı dizaynı
Zərif düşüncə! - Qalib SEÇİLDİ!
Böyük sinə qadının həyatını cəhənnəmə çevirib - FOTO
Pəncənizə görə xasiyyətinizi öyrənin
Bu şəhər yer üzündən silinir
Hava haqqında
Nəsibə Zeynalovanın 100 yaşı tamam olur
Nazirdən karantinin yenidən sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Hansı tip ataya sahibsiniz?
Məşhur cütlük yenidən diqqət mərkəzindədir
Uçuq haqqında nə bilirik?
Bakı metrosundan Yeni il sürprizi
Bu ayların dərs proqramları qəbul imtahanına salınmaya bilər - RƏSMİ
Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”
Instagram-da yeni funksiya istifadəyə verildi
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
Dəri xərçəngi
Hava haqqında
Oktyabrın son günləri üçün hava proqnozu
Çin iqtisadiyyatı aktivləşir
Tanınmış aktrisa sevgilisinə evlilik təklif etdi - VİDEO
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - TAM VİDEO
Dəriyə mənfi təsir edən 5 gizli səbəb
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Dərman ləkəsini necə çıxaraq?
Meray Keri 20 kqdan çox arıqladı-FOTO
Ekspert rəyi: Pulu haraya yatırmaq sərfəlidir?
Azərbaycanlı gəncin qeyri-adi hobbisi - VİDEO
İrəvanda böyük Qarabağ qorxusu
Toxluq hissi yaradan qidalar
Cimi Hendriksin gitarası rekord məbləğə satıldı
Belə də aparıcı olar?
Fahriye Evcen qalmaqallı FOTOsu haqqında
Möcüzə yağları
Gözəl jaketlər
Boyun və kürək ağrıları üçün 3 hərəkət
Mənzillər ucuzlaşacaq? - PROQNOZ
Ronaldonun görməmişliyi
Ermənistan ordusu itkilərinin sayını açıqladı
Yas mərasimlərində yenilik
Üzdəki sızanaqlar xəstəliklərdən xəbər verir
Meqan Marklın adı NARKOTİK qalmaqalında hallandı-FOTO
Günün ulduz falı
Keti Perrinin dəlisov fanatı ölkədən sürgün edilir
Makiyaj fırçalarını necə təmizləməli?
İnessa M-in-"Nağıl" adlı broş kolleksiyası
Cəbhədə uşaq yaralandı
Sevgililər gününü necə qeyd edək?