Lakin məsələnin hüquqi tərəfini Milli.Az-a izah edən hüquqşünas,vəkil Asif Abdullayev deyib ki, çox zaman işəgötürənlər belə hallarda qanunun tələblərini pozurlar. Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən isə, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyini pozmaqla xitam verən şəxslər 1500-2000 manat məbləğində cərimə edilirlər:"Mövcud əmək qanunvericiliyinə görə, ixtisar edilməsi nəzərdə tutulan işçilər işəgötürən tərəfindən 2 ay qabaqcadan ixtisar olunacaqları barədə rəsmi qaydada xəbərdar edilməlidirlər. Bu 2 ay ərzində işçi ümumi qaydada işini davam etdirir, lakin işəgötürən hər həftə, həftədə bir gün olmaqla iş yeri axtarmaq üçün ixtisar olunacaq işçiyə imkan yaratmalıdır.
İxtisar olunacaq işçinin razılığından asılı olaraq, işəgötürən həmin iki ayın əmək haqqını əvvəlcədən ödəyərək, iki aylıq xəbərdarlıq müddətini gözləmədən də əmək müqaviləsinə xitam verə bilər".Ekspert qeyd edib ki, ixtisar edilmiş işçiyə, işdən azad edildiyi gün orta əmək haqqı məbləğində kompensasiya ödənilməlidir: "Əgər ixtisar edilmiş işçi ixtisar edildiyi gündən ikinci və üçüncü aylar ərzində özünə yeni iş yeri tapmayıbsa, ona bu aylar üçün orta əmək haqqı ödənilir. İşçinin işsiz olması məşğulluq orqanından aldığı arayışla təsdiq edilməlidir. Nəzərə almaq lazımdır ki, işçi ixtisardan əvvəl iki aylıq xəbərdarlıq müddətini gözləməyərək, həmin ayların əmək haqqını birdəfəyə alaraq, əmək müqaviləsinə xitam verilməsinə razılaşdığı hallarda, işsiz olması ilə bağlı ikinci və üçüncü aylar üçün əmək haqqı ala bilməz. İşçinin ixtisar edilməsi ilə bağlı kompensasiya, əmək haqqı və sair ödənişlər, o cümlədən əmək kitabçası işdən çıxdığı gün verilməlidir.
Bəzi işəgötürənlər ixtisarla bağlı kompensasiyadan yayınmaq üçün işçilərə təklif edirlər ki, onlar ərizə yazıb öz xahişləri ilə işdən azad olsunlar. Belə olan halda işçiyə kompensasiya ödənilmir. Ona görə də işdən çıxmaq barədə ərizə yazanlar bu məqamı nəzərə almalıdırlar".Lakin vəkilin sözlərinə görə, elə işçilər var ki, onları ümumiyyətlə vaxtından əvvəl işdən azad etmək olmaz: "İşəgötürənin təşəbbüsü ilə hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin əmək müqaviləsinə xitam verilə bilməz. Bu qaydalar yalnız müəssisənin ləğv edildiyi və işçinin əmək müqaviləsinin başa çatdığı hallara şamil edilmir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi
Gürcüstandan maşın gətirənlərə BƏD XƏBƏR
Tənbəlliyə necə qalib gəlməli?
Mayonez maskası
Şokoladlı sufle (foto resept)
2010 və 2011-də ən dəbli ayaqqabılar
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Bakı bulvarında əyləncə olacaq
Aprel ayının qalibləri!
BÜRCLƏR bizə nə vəd edir?-29 Yanvar
Ermənilər atəşkəsi pozmağa davam edir
Azərbaycan ordusu Şuşa şəhərini atəşə tutmayıb - RƏSMİ
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Dua Lipadan cazibədar FOTOlar
Sabah hava necə olacaq?
O qədər xoşbəxtdir ki...
Eylatda hökmdarlar şəhəri
Azərbaycanda Bilik Günüdür
Gənc qızlar, zamana dəyər verin
Köhnə paltarlarınızı atmayın!
2015 bahar modası trendi
Düşmənləri sevindirməmək üçün oxuyun
Hicablı qadınlar üçün don dəbi
İrana yağan qar bəla gətirdi
9 may - Qələbə günüdür!
Gənc aktyor çəkiliş zamanı öldü-SƏBƏB/FOTO
Uşaqlarınızın cinsini artıq əvvəlcədən bilməyəcəksiniz
Sellulitdən necə xilas olmalı?
Gözəlləşmək üçün buzu yoxlayın!
Hazal Kaya AÇIQLAMA verdi
Trend İnformasiya Agentliyinin erməni vandalizminə həsr olunan "Sözün bitdiyi zaman" sənədli filmi
Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı İLK RƏSMİ REAKSİYA
Ağ Ev aparatında COVID-19-a yeni yoluxma
Möhtəşəm üzük modelləri
Muncuqla işlədiyim tablolar
Qabarıq ətək modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-7
Əhvala uyğun idman növü
Quyruq yağının faydaları
Atatürkün heykəlini söküb apardılar
"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı"
İşləyənlərə xəbərdarlıq
İkiqat qohumluğa ehtiyac varmı?
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
Adəm və Həvva (psixoloji test)
Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar
Günün ulduz falı