Ray Douglas Bradbury 22 avqust 1920 – ci ildə anadan olan yazıçı ABŞda elmi fantastika, qorxu və elmi əsərləri ilə çox məşhurdur. Ən çox tanınan kitabı "Farenheyt 451" romanıdır. 5 iyun 2012 – ci ildə dünyasını dəyişmişdir. Dünyada ən məşhur yazıçılar avqustda anadan olub, iyunda dünyalarını dəyişirlər. Ray Bradburydən də bu fakt yan keçmədi. The "Martian Chronicles" (1950) və "The Illustrated Man" (1951) onun ən çox tanınan əsərləridir. Əsərlərinin bir çoxu filmlərə çəkilmişdir.
Romanın mövzusu: 1951–ci ildə yazılmış olan bu əsər kitabların qadağan olunduğu gələcək dünyanın təsvirini əks etdirir. Yanğınsöndürənlərin funksiyası dəyişmiş, apardıqları axtarışlar və aldıqları xəbərlərlə kitabları meydanlarda yandırırlar. Hökümətin kitablara qadağa qoyması şəxsi düşüncələrin formalaşmasının qarşısını almaq və hamını eyni fikir ətrafında toplamaqdır. Kitabın adının Farenheyt 451 olmağı da kağızın bu tempraturda alovlanmasıdır. Selsi ilə bu təxmini 233-ə uyğun gəlir. Kitab oxumaq azadlığınız bir gün əlinizdən alınsa, nə edərsiniz?
Roman haqqında fikirlərim: Sistem insanları daha az düşünməyə, əvəzinə isə lazım olandan da çox istehlak edib əylənməyə istiqamətləndirir. Daha çox əylənmək, pul xərcləmək, fikirlərin yayılması. Düşünməkdən məhrum olmaq. Kitablardan, həqiqi dostluqlardan çəkilmək. Şirkətlərdə müasir marketinq və idarəetmə məhz buna nail olmaq istəyir. Qorxuludur....Gələcəyə proqnoz verməkdə çətinlik çəkirəm. Kitablara qadağa qoymaq fikir ifadəsini bildirməyə qarşı görülən tədbirdir və bəşər tarixində buna rast gəlinib (1970–ci illərdə Türkiyədə Marks və Engels kitablarının qadağan olması, Sovet dövründə şair və yazıçılarımızın öldürülməsi buna misal ola bilər). Fantastik kimi görünən bu roman getdikcə reallaşmağa başlayır. Hələ ki, çox şey qaydasındadır. Kitablar var, düşünən insanlar var. Həmişə olacaq, amma sistem çox güclüdür. Bizi elə aldadır, elə şeylərə inandırır ki, özümüzdən xəbərimiz olmur. Romanın kulminasiya nöqtəsi, romanın baş qəhrəmanı Guy Montagın müdiri ilə söhbəti oldu. Sanki sistem və fərd arasında dialoq yarandı və fərd reallığı gördü. Əslində sistemin necə işlədiyinin şahidi oldu. Çünkü Montag ilə müdürü əks cəbhələrdir.
Əsərin finalı, məncə, daha təsiredici ola bilərdi. Əsərin hər səhifəsində elə epizodlar var ki, hərəsinə ayrı bir məqalə yazmaq olar. Əsərdə başqa vacib məqamlar da var, amma təəssüf ki, onlara da toxunsam, yazı lap çox uzanar. Ümumiyyətlə isə bu əsər mənə bir daha göstərdi ki, elmi-fantastikanın əsas funksiyalarından biri də gələcəkdə insanlara zərər vuracaq proseslərin bu gündən aktuallaşdırılması və işıqlandırılmasıdır. Beləcə də çıxış yolunun tapılması üçün bu gündən lazımi proseslərə start verməkdir (Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanını xatırlamaq əla olardı). Açığı deyim, bu romana qədər belə düşünmürdüm. Elmi–fantastika heç də utopik nağıllar olmamalıdır (yəni bir çoxu belə deyil). Bu kitab kitabların dəyərini bir daha göstərir. Kitabda təsvir olunan dünyanın aurasını sezmək maraqlı oldu.
Maraqlı fakt: İnternetdə apardığım araşdırmalarda bu romanı oxumuş bir çox oxuyucunun birmənalı şəkildə Corc Oruellin "1984" əsərini məsləhət gördüklərini, mövzu bənzərliyi səbəbindən o əsərin bu əsərdən daha yaxşı olduğunu və çox təsirləndiklərini qeyd edirlər. Qismət olsa, mən də o əsəri oxumaq istərdim.
Nəticə: Romandakılar nə dərəcədə bu günə uyğundur? Yalnızca gələcəyəmi istiqamətlənmiş əsərdir? Bunu ancaq romanı oxuyaraq öyrənə bilərsiniz.Yazıçı monotonlaşmış, öyrənməkdən və oxumaqdan uzaqlaşmış, robotlaşmış insanların əmələ gətirdiyi cəmiyyəti tənqid edir və bu gün də, gələcəkdə də bizə deyiləcək yalanlara işarə edib müasir texnologiyaların fəsadlarını işıqlandırır. Ray Bradburynin bir kitabxanadan kirayəyə götürdüyü yazı maşını ilə yazdığı bu dünya şöhrətli əsəri bitirdikdən sonra dünya hara gedir sualını özünə verməyə bilməyirsən. Kitabın ilk 40 səhifəsi bir az darıxdırıcı gələ bilər amma səbrli olsaz dəyərli əsər olduğunun şahidi olarsınız. 10 ballıq sistemlə 9.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi
Gündəlik həyat tərzimiz necədir?
Əhali bu vergilərdən azad edilir - SİYAHI
Tək barmaqla göyə qalxan daşın sirri-FOTO
Ayaqqabı təmizliyi üçün praktik üsullar
“Twitter” satışda - Kim alacaq?
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Düşmənin canlı qüvvəsini və avtomobil texnikasını məhv edən Azərbaycan əsgərini siz də tanıyın - VİDEO
Azərbaycanda zəlzələ olub
Azərbaycan ilk dəfə Çikaqo Səyahət və Sərgüzəştlər sərgisində təmsil olunacaq
Britni Spirs 25-ci ətrini təqdim etdi-FOTO
Ağciyər xərçəngi müalicəsində EBUS üsulu
Klassik gəlinlik geyinməyən gəlinlər
Azərbaycanda zəlzələ baş verib
Soyuq da gözəllik yaradır
Permdə doğulan Ömər Xəyyam
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
Bu gün Aşura günüdür
Azərbaycan iqtisadiyyatı il ərzində 5 faiz artıb
Bakıda 37 metrlik yolka
Mumiyalarla bağlı yeni kəşf
Malyariya
İllər sonra etiraf etdi: Mən uşaqkən anam məni 80 yaşlı ... - FOTO
Bülənt Ərsoy koronavirusa yoluxub?
Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Bəyəndim (Like)
"Real"ın ulduzuna 7 milyon qiymət qoyulub
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
Qarındakı yağları əridən detoks
Şamaxıda yollar buz bağladı
Hər kəsi təəccübləndirən cütlüklər
''İlan'' salatı
İş axtaranların nəzirənə
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
İlham Əliyev xalqı əmin etdi
Türkiyədə yeni dərs ili onlayn başlayacaq
Tokyonun ən qəribə 5 restoranı
Əliyev: Əgər bir də belə olacaqsa...
Bu şəhərdə internet pulsuz olacaq
Məktəblilərin yaz tətili günlərinə dəyişiklik edildi
Hava xəbərdarlığı
Virtual autizm yayılır
Qiyməli pide (foto resept)
İlin ən yaxşı serialı seçildi - FOTO
Kitab"sevər"lər
Avropa su altında qaldı
Azərbaycan dili - III dərs
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Kedlərini təmizləyib sosial şəbəkə ulduzu oldu - FOTO
Günün ən xoşbəxt anı
- ŞƏRHLƏR