Son zamanlarda Yer planetində daimi küləklər özlərini çox qəribə aparırlar. Metereoloq Klimenko yoldaşları və Yakut köməkçisi Nikola ilə Verxoyansk düzənliyinə yola düşür. Yolda təhlükələrdən xəbərdar edilsələr də, Klimenko yoluna davam edir. İnanılmaz olsa da, Arktikada havanı oğurlayan zavod var. Burada dünyanın yeni hökmdarı var. Cənab Beyli havanı öz şəxsi mülkiyyəti etmək qərarına gəlib. Hava satışı isə kosmik dərəcədə gəlirlidir. Klimenko bu obyektin mahiyyətini və bu şəxsin fikirlərini dərk etdikdən sonra onunla barışmır. Mübarizə isə nəticə verir.
Nədir məni Aleksandr Belyaevə bu qədər bağlayan? Onun ortaya uzaqgörəncəsinə, dərin mənalı yüksək dəyər qoya bilməsidir. Bu insana baxanda mən sadəcə yazıçı və yaxud da tanınmış ədib görmürəm. Bu insan üstün insandır. Ona görə ki, o, bizə şans verir ki, düşüncə tərzimizi dərinləşdirək. Düşünək. Bundan böyük, bundan daha dəyərli ikinci bəxşiş ola bilərmi? Çətin.
İlk dəfədir ki, bəşəriyyətin Qırmızı Ordu tərəfindən, SSRİ tərəfindən xilas edilməsi ideyası mənə xoş gəldi. Yazıçı əsərində kapitalizmlə kommunizmin mübarizəsini təsvir edib, amma bunu o dərəcədə yüksək səviyyədə edib ki, bunu o dərəcədə təmiz sadiqlik prinsipləri çərçivəsinə sığışdırıb ki, məncə, indiki dövrdə ideallarına ən sadiq insan belə bu təmiz sadiqlik qarşısında sadəcə utanar. Bu təmizlik kənardan sadəcə qibtə hissi yarada bilər. Yazıçının məhz bu pak hissləridir ki, onun yaradıcı ruhunu alovlandırıb və onlarla tayı-bərabəri olmayan əsərini yaradıb.
Romanın ideyası bizə kapitalizmin daxili aləmini bütün çılpaqlığı ilə ortaya qoyur. Bu sistemin romanda yer alan erkən dövrlərdəki xüsusiyyətləri və gələcəyinin mahiyyəti maraq doğurur. Romandakı ideya əslində 21-ci əsrin ikinci onilliyi üçün belə olduqca fantastik səslənir, lakin kapitalizmin bəşəriyyətə təqdim etdiyi ideya azadlığından hər şey gözləmək olar. İnsanın hazırki və gələcəkdəki bacarıqları heyrətamizdir. İnsan allahlıq üçün nələr etmir. İnsanın qarşısındakı bu sadə iki seçim: xeyir və şər onun bütün varlıq mahiyyətidir.
Belyaev sadəcə sistem problemini qabartmır. O, insan psixotiplərini də dahicəsinə təsvir edir. Romanda hər psixotipə uyğun insanlarla rastlaşdım. Burada həm vicdanlı, səmimi, digər insanlar üçün canını verməyə daima hazır olan insanlar da var, olduqca şərəfsiz, vicdansız, bir sözlə aşağıya aid bütün xüsusiyyətləri özündə cəmləşdirən insanlar da var. Bax görürsüz, yazıçının düşüncə dərinliyinin nəticəsidir ki, o, bir neçə amalı bir əsərinə sığışdıra bilir. İnsan və onun yaratdığı sistemlər, cəmiyyətlər. İkinci daha vacib məsələ?
Nikola
Bu obraz ayrıca abzasa layiqdir. O, Yakutiyada yaşayan yerli aborigendir. Romanın ilk cümlələrində belə bir fikir yer alırdı: Onun idealı heç nə etməməkdir, çoxlu yemək və piylənmək. Bu cümlələr oxucuda müsbət təəssürat yaratmasa da, bu cümlələr Sovet ideologiyasına tamamilə ziddiyyət təşkil etsə də, roman boyunca Nikolanın əsl qəhrəman olduğunu başa düşürük. Çox ideal obrazdır. Təmizlik, dostluqda sadiqlik, vicdan əsl insaniyyətin uzaq qütblərdə donmuş halda var olduğunu bizə sübut etdi.
Kapitalizmin simvolu olan hava taciri Cənab Beyli isə bir məqama görə diqqətimi çox cəlb etdi. Yazıçı kapitalizmin gec və ya tez xaosa, böhrana çevriləcəyini söyləmək üçün Cənab Beylini əsərin sonralarında ağlını itirən birisi kimi təsvir edib. Beylinin ağlını itirməsi kapitalizmin özünü idarə edə bilməməsi ilə eynimənalıdır. Diqqətəlayiqdir.
Kapitalizm, sən çox təhlükəlisən. Sənə qarşı heç bir şəxsi qəsdi-qərəzdiyim yoxdu, amma əqrəbin xasiyyəti sancmaqdır, odur ki, sənin də xasiyyətin hərislikdir. Sən o həddə çata bilərsən ki, hətta havanı da bizə pulla satasan. Bu haqda heç vaxt düşünməmişdim. Bu artıq insanlığın süqutudur. İnsan olmağın nə demək olduğunu başa düşməkdə əngəlsən. Sən imkan vermirsən ki, ayaqlarımın üstündə dayanım və nəzərlərimi ilk öncə ətrafıma, daha sonra ucsuz-bucaqsız kainata yönəldim. Amma! Amma sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Amma sənin qabın bizim evimiz - dünyamızdır. Odur ki, ilk çatları görürəm. Hər nə qədər deyirlərsə də ki, bu yeraltı təkanların nəticəsidir, intuisiyam deyir ki, bu belə deyil. Bu sadəcə evimizin bezginlik əlamətləridir.
Niftiyev İbrahim
XƏBƏR LENTİ
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
Builki Həcc ziyarəti ləğv edildi
Özünüz olun – azad olun!
COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırılıb
Torpaq sürüşməsinin zərərləri açıqlandı
Əncirli desert (foto resept)
Dəbli ayaqqabı modelləri
Məşhur müğənninin qızı: Bəsdir, əl çalmayın-FOTO
82 yaşı olsa da, modeldir - FOTO
Hansı insanlar daha çox yaşayırlar?
Ərdoğan əhalini Fransa məhsullarını almamağa çağırdı
Ermənilər atəşkəs rejimini yenidən pozublar
Dünyanın yarısı qaranlığa qərq olacaq
İkiayaqlı inək doğuldu
Dünyanı gəzmək üçün hər şeylərini satdılar-FOTO
Səsi nazik olan kişilər, diqqət
Kendal Cenner məhkəmədə uduzdu-Ətraflı
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq edəcək
Ballı-qozlu kamamber pendiri (foto resept)
Bilet fırıldaqçılarına qarşı əməliyyat keçirildi
Sumqayıtda dünyanın ən böyük Novruz xonçası hazırlandı
Burun qanaxması
Sosial şəbəkələrdə yeni “çelenc” başladı-VİDEO
"Oskar"-2015
Fahriye və Buraka 1 milyonluq təklif-FOTO
Köhnə avtomobillər Bakıdan yığışdırılır
Peşə məktəblərində boş qalan yerlərə sənəd qəbulu başlayıb
Sezonun ən iddialı trendi: Qabarıq qollar
Günün qoroskopu: məsləhətlərə qulaq asın
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Rusiyanın unikal bölgəsi: Çukotka
Şirələrin faydaları
Putin 9 yaşlı uşağa İphone bağışladı
Bakıda yağmursuz hava olacaq
Azərbaycanda bəzi meşə sahələrinin sürüşmə təhlükəsi var
Filmdəki sevgiləri reala çevrilən məşhurlar
Baydenin ayaq sümükləri sındı
Gecəni sevən hormon: melotonin
Neslihan Atagülün MAKİYAJSIZ TƏBİİ HALI - FOTO
Buludlar quldurları zəiflədir
Məşhur aktrisa qəfil vəfat etdi
Bu gün Bakıda 23 dərəcə isti olacaq!
Şadlıqda qəmlənənlər: musiqi insanı dəli də edər
Ayın görüntüsü sosial şəbəkədə gündəm oldu - VİDEO
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
Çin testi
Fahriye Evcen baldızını izləmədən sildi
İki məşhur müənni arasında qalmaqal böyüdü-FOTO
Qulaqlığın tarixi
Sabahın HAVAsı
- ŞƏRHLƏR