Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:15aysel hesenli Ona proqram lazım deyil özü elə qocadi 13:46PERI sofi lorende qocalarmis exx((( 12:22Xəyalə Murad Hər vaxtınız xeyir olsun,Əziz Qadin.Netlilər!
40748

Xocalı-sağalmaz yaram mənim

Xocalı-sağalmaz yaram mənim

 

1990-cı ilin Qanlı Yanvarından sonra Azərbaycan xalqı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə tarixə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının şahidi oldu. Kənd ikən şəhərə çevrildi Xocalı. Gec də olsa, bütün diqqət buraya yönəldi, quruldu, tikildi, abadlaşdırıldı. Şəhər Xocalı adlandırıldı.

Ermənilərə göz dağı, Qarabağın qeyrət qalasına çevrildi Xocalı. 1992-ci ildə respublıka dərin siyasi böhran içində idi. Hakimiyyət uğrunda kəskin mübarizə gedirdi. Hakimiyyətə gəlmək istəyən qüvvələr siyasi vəziyyəti gərginləşdirmək üçün bütün vasitələrə əl atırdılar. Qarabağın faciəli günləri davam etməkdə idi.

Kərgicahan dağıdıldı. Malıbəyli, Meşəli, Quşçular, Daşaltı viran qoyuldu.

Ölənlərin, itənlərin sayı qat-qat çoxaldı. Susduq dinmədik. Lakin Azərbaycan Dövlətinin başında duranların tükü belə tərpənmədi. Ataların gözəl bir misalı var: “Arxalı köpək qurd basar”. Özlərinin Rusiya kimi arxası olduğunu görən ermənilər dünya tarıxində misli olmayan növbəti cinayəti hazırladılar.

Fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı alayın 10 tankı, 16 zirehli transportyoru, piyadaların 9 döyüş maşını və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı.

Erməni faşistləri döyüş tanklarının və transportyorların köməyi ilə şəhərə soxularaq, onu tamamilə yandırdılar. Azğın düşmən bununla kifayətlənmədi. Yüzlərlə qocanın, qadının, uşağın meyiti yollarda qaldı.

- Bu faciə nəticəsində 613 nəfər şəhid oldu;

 - onlardan:

Uşaqlar – 63 nəfər;

Qadınlar – 106 nəfər;

Qocalar – 70 nəfər;

- 8 ailə tamamilə məhv edilmişdir;

- 25 uşaq hər iki valideynini itirmişdir;

- 130 uşaq valideynlərindən birini itirmişdir;

- 487 nəfər yaralanmışdır;

Onlardan:

Uşaqlar – 76 nəfər;

-1275 nəfər əsir götürülmüşdür;

-203 nəfər itkin düşmüşdür;

-Onlardan:

Uşaqlar – 22 nəfər (8 nəfər qız);

Qadınlar – 61 nəfər;

Qocalar – 42 nəfər.

Sağ qalan 6 minə yaxın Xocalı sakini Respublikanın 50-yə yaxın şəhər və rayonlarında qaçqın statusu altında yaşamağa məcbur oldu, öz vətənlərində talelərinə məcburi köçkün həyatı yaşamaq yazıldı. Bundan başqa Dövlətə külli miqdarda ziyan vuruldu.

Xocalı faciəsinin baş verməsində respublikanın o zamankı rəhbərlərinin günahı çox olmuşdur. Hələ faciədən 4 ay əvvəl 1991-ci ilin noyabr ayının 1-də Xocalının mühasirəsi başlanmış, rayon ilə bütün əlaqələr kəsilmişdi.

Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbıçılərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadısələrində iştirakını sübut edir.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqavıməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçi, əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnıkanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştırakın sübutudur!

Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrınin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.

İstintaqla sübuta yetirilmişdir ki, Xocalı şəhərində basqında 336-cı alayın Yevgeni Nabokixin başçılığı altında 2-ci batalyonu, Seyran Ohanyanın başçılığı altında 2-ci batalyonu, Valeri Çitçiyanın rəhbərliyi altında 1-ci batalyonu, alayda xidmət edən milliyətcə erməni olan 50-dən artıq zabit və gizir, tanklar, piyadaların döyüş maşınları, toplar və digər müasir hərbi texnika iştirak etmişdir.

Bundan başqa, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən xüsusi yaradılmış Beynəlxalq Tribunal da Xocalı şəhər əhalisinə qarşı törədilmiş soyqırım siyasəti barədə materialları icrasına qəbul edə bilər. Beynəlxalq təcrübədə belə hallar olmuşdur. Buna BMT Təhlükəsizlik Şurasının 22 fevral 1993-cü il tarixli 808 saylı, 25 may 1993-cü il tarixli 827 saylı qərarı ilə keçmiş Yuqoslaviya ərazisində bəşəriyyətə qarşı edilmiş cinayətlərə baxılmasından ötrü Beynəlxalq Tribunalın yaradılmasını misal göstərmək olar. Bu tribunal indiyədək fəaliyyət göstərir.

Ardı var...

Dilqəm Quliyev Pedaqogika üzrə fəlsəfə doktoru

Səslərin sayı: 9
28
2388
loading...
Şərhlər
Offline
Iceberg
Allah bütün ölənlərə rəhmət eləsin
26 fevral 2018 10:05
imza: shafaabdulla.blogspot.com
Offline
Emma Svon
Allah bütün şəhidlərimizə rəhmət etsin!
26 fevral 2018 09:36
Offline
Pərvanə
Allah rəhmət eləsin Xocalı qurbanlarına.
27 fevral 2016 11:09
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Nermin_Guler
Allah ermənilərin kökünü yer üzündən kəssin!
26 fevral 2016 20:56
Offline
......
ALLAH ermenilerin cezasini versin.Xocalida wehid olanlara ise ALLAH rehmet elesin. recourse
26 fevral 2016 16:37
Offline
nigar dadasova
Allah ermənilərin cəzasını versin, tezliklə. İnşallah.
27 fevral 2015 12:10
Offline
Aysel İ.
Allah ermənilərin cəzasını versin, tezliklə. İnşallah.

Amin İnşallah.
27 fevral 2015 08:49
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Qəribə
Allah rəhmət eləsin Xocalıda olənlərə.
Allah ermənilərin cəzasını versin, tezliklə. İnşallah.
27 fevral 2015 00:26
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
Yazdıqların məni şoka saldı nə idi bu insanların günahı ,doğurdanmı Allah yanında bu qədər günahkar idilər ki bu qədər əzaba məruz qaldılar bəs onların qisası nə vaxt alınacaq

Fatma xanım Samirin yazdıqları orda baş verən hadisələrin ən yüngülləridir. Həmin gecə orda nələrin baş verdiyini Allah bilir. İnsanlıq faciəsi.
Ana olandan sonra özümü daim bu insanların yerində təsəvvür edirəm, nə edərdim???

Təsəvvür etməkdən artıq ürəyim ağrıyır.
26 fevral 2015 23:06
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
איסון ממדוב.
Deysetdi insan oz tapmir demeye
26 fevral 2015 20:52
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
pure love
Sərt gəldi fevralın 26 –sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!

Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim – əsim, Xocalı!

Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən -birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!

Nə görüb, nələri çəkməyib başın,
Od tutdu o gecə torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bəs necə qurudum, kəsim, Xocalı!
26 fevral 2015 20:41
Offline
✦AyseL✧
Tewekkurler, Xeyale xanim.
26 fevral 2015 19:07
Offline
Zehra.
Allah ermənilərin cəzasını versin.İnşallah.Bütün ölənlərimizədə allahdan rəhmət!!!
26 fevral 2015 18:47
Offline
Pərvanə
Allah rəhmət eləsin Xocalı qurbanlarına.
26 fevral 2015 16:47
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Fatma xanım
S.S.90...S A M I R...,
Yazdıqların məni şoka saldı nə idi bu insanların günahı ,doğurdanmı Allah yanında bu qədər günahkar idilər ki bu qədər əzaba məruz qaldılar bəs onların qisası nə vaxt alınacaq
25 fevral 2015 11:19
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Hacət-i Vuslat
Ana olandan sonra özümü daim bu insanların yerində təsəvvür edirəm, nə edərdim??? Heç kəs heç nədən sığortlanmayıb, həyat budur - bütün başımıza gələnlərin səbəbkarı elə özümüzük, başqa açıqlaması yoxdur, əks halda Yaradanı ədalətsizlikdə günahlandırmış olarıq.
25 fevral 2015 08:00
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Selvi
Xocalı əsrin faciəsidir.Tarix hələ belə vəhşilik, belə dəhşət görməmişdi. Axı bu insanlar onlara nə eləmişdi, Onların günahı nə idi ki öz yurd-yuvasından didərgin düşmüşdülər...Erməni sözünü radioda ,televiziyada və başqa yerlərdə eşitdikdə öz-özlüyümdə bu adın mənasını belə başa düşürəm.
Erməni-alçaq,qəddar, cəllad, namussuz,qeyrətsiz.
25 fevral 2015 00:34
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
✦AyseL✧
Allah butun sehidlere rehmet elesin!! AMIN!
24 fevral 2015 23:08
Offline
S.S.90...Samir...
Sənubər Ələkbərova: Biz meşədən keçib Ağdam tərəfə qaçarkən pusquya düşdük. Mən saysız-hesabsız cəsədlər gördüm. Anamı gözümün qabağında güllələdilər, qızlarım Sevinc və Hicran yaralandı. Mənim özümə də güllə dəydi. Cavan qadınlar və uşaqlar qarın içində çırpınaraq can verirdilər...
Canan Orucov: Mənim oğlumu güllələdilər. Onun 16 yaşı vardı. İki əkiz uşağı olan 23 yaşlı qızımı və 18 yaşlı, hamilə olan o biri qızımı girov götürdülər...
Səriyyə Talıbova: Bizi erməni qəbiristanlığına gətirdilər... Şəhərimizdə sığınacaq tapmış 4 cavan mesxeti türkünün, habelə 3 azərbaycanlının bir erməni yaraqlısının qəbrinin üstündə başlarını bədənlərindən ayırdılar. Sonra uşaqlara öz valideynlərinin gözləri qabağında işgəncə verib öldürdülər. Cəsədləri buldozerlərlə kürüyüb dərəyə tökdülər. Əyinlərində milli ordunun forması olan iki azərbaycanlının gözlərini vintaçanla oydular...
Heydərov Camal Əbdülhüseyn oğlu - «Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar».
Heydərov Şahin Zülfuqar oğlu – Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.

Hümbətov Cəlil Hümbətəli oğlu - Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.

Paşayeva Kübra Adil qızı - Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdük. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.

Əmirova Xəzəngül Təvəkkül qızı - Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.
Əliyeva Zoya Əli qızı - 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.
Mustafayeva Kübra Əliş qızı - «Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər». Kərimova Səidə Qurban qızı - «12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər».
Nəcəfov Əli Ağami oğlu - «Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər»
24 fevral 2015 22:36
Offline
Asi
Bir insan bu vehwilikleri nece torede biler?? hec inana bilmiremmm

Kim dediki insandirlar dash
24 fevral 2015 22:15
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )