Qadin.NET / Xocalı-sağalmaz yaram mənim

Xocalı-sağalmaz yaram mənim

Xocalı-sağalmaz yaram mənim

 

1990-cı ilin Qanlı Yanvarından sonra Azərbaycan xalqı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə tarixə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının şahidi oldu. Kənd ikən şəhərə çevrildi Xocalı. Gec də olsa, bütün diqqət buraya yönəldi, quruldu, tikildi, abadlaşdırıldı. Şəhər Xocalı adlandırıldı.

Ermənilərə göz dağı, Qarabağın qeyrət qalasına çevrildi Xocalı. 1992-ci ildə respublıka dərin siyasi böhran içində idi. Hakimiyyət uğrunda kəskin mübarizə gedirdi. Hakimiyyətə gəlmək istəyən qüvvələr siyasi vəziyyəti gərginləşdirmək üçün bütün vasitələrə əl atırdılar. Qarabağın faciəli günləri davam etməkdə idi.

Kərgicahan dağıdıldı. Malıbəyli, Meşəli, Quşçular, Daşaltı viran qoyuldu.

Ölənlərin, itənlərin sayı qat-qat çoxaldı. Susduq dinmədik. Lakin Azərbaycan Dövlətinin başında duranların tükü belə tərpənmədi. Ataların gözəl bir misalı var: “Arxalı köpək qurd basar”. Özlərinin Rusiya kimi arxası olduğunu görən ermənilər dünya tarıxində misli olmayan növbəti cinayəti hazırladılar.

Fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı alayın 10 tankı, 16 zirehli transportyoru, piyadaların 9 döyüş maşını və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı.

Erməni faşistləri döyüş tanklarının və transportyorların köməyi ilə şəhərə soxularaq, onu tamamilə yandırdılar. Azğın düşmən bununla kifayətlənmədi. Yüzlərlə qocanın, qadının, uşağın meyiti yollarda qaldı.

- Bu faciə nəticəsində 613 nəfər şəhid oldu;

 - onlardan:

Uşaqlar – 63 nəfər;

Qadınlar – 106 nəfər;

Qocalar – 70 nəfər;

- 8 ailə tamamilə məhv edilmişdir;

- 25 uşaq hər iki valideynini itirmişdir;

- 130 uşaq valideynlərindən birini itirmişdir;

- 487 nəfər yaralanmışdır;

Onlardan:

Uşaqlar – 76 nəfər;

-1275 nəfər əsir götürülmüşdür;

-203 nəfər itkin düşmüşdür;

-Onlardan:

Uşaqlar – 22 nəfər (8 nəfər qız);

Qadınlar – 61 nəfər;

Qocalar – 42 nəfər.

Sağ qalan 6 minə yaxın Xocalı sakini Respublikanın 50-yə yaxın şəhər və rayonlarında qaçqın statusu altında yaşamağa məcbur oldu, öz vətənlərində talelərinə məcburi köçkün həyatı yaşamaq yazıldı. Bundan başqa Dövlətə külli miqdarda ziyan vuruldu.

Xocalı faciəsinin baş verməsində respublikanın o zamankı rəhbərlərinin günahı çox olmuşdur. Hələ faciədən 4 ay əvvəl 1991-ci ilin noyabr ayının 1-də Xocalının mühasirəsi başlanmış, rayon ilə bütün əlaqələr kəsilmişdi.

Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbıçılərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadısələrində iştirakını sübut edir.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqavıməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçi, əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnıkanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştırakın sübutudur!

Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrınin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.

İstintaqla sübuta yetirilmişdir ki, Xocalı şəhərində basqında 336-cı alayın Yevgeni Nabokixin başçılığı altında 2-ci batalyonu, Seyran Ohanyanın başçılığı altında 2-ci batalyonu, Valeri Çitçiyanın rəhbərliyi altında 1-ci batalyonu, alayda xidmət edən milliyətcə erməni olan 50-dən artıq zabit və gizir, tanklar, piyadaların döyüş maşınları, toplar və digər müasir hərbi texnika iştirak etmişdir.

Bundan başqa, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən xüsusi yaradılmış Beynəlxalq Tribunal da Xocalı şəhər əhalisinə qarşı törədilmiş soyqırım siyasəti barədə materialları icrasına qəbul edə bilər. Beynəlxalq təcrübədə belə hallar olmuşdur. Buna BMT Təhlükəsizlik Şurasının 22 fevral 1993-cü il tarixli 808 saylı, 25 may 1993-cü il tarixli 827 saylı qərarı ilə keçmiş Yuqoslaviya ərazisində bəşəriyyətə qarşı edilmiş cinayətlərə baxılmasından ötrü Beynəlxalq Tribunalın yaradılmasını misal göstərmək olar. Bu tribunal indiyədək fəaliyyət göstərir.

Ardı var...

Dilqəm Quliyev Pedaqogika üzrə fəlsəfə doktoru

25 fevral 2018
GO BACK