Gündəlik həyatda insanların çoxu, xüsusən gənclər və uşaqlar daim musiqi dinləməyə üstünlük verir. Və təbii ki, ətrafdakı insanları narahat etməmək məqsədi ilə hamı da qulaqcıqlardan istifadə edir. Amma heç kəs aldığı qulaqcığın orijinal olub-olmaması ilə maraqlanmır.
Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi bilinməyən qulaqcıqlar satılır ki, onlardan istifadə etmək birmənalı şəkildə düzgün deyil. Belə qulaqcıqlar primitiv üsulla hazırlandığından ölçülərin dəqiqliyinə tam riayət olunmur və bunun nəticəsində də həmin qulaqcıqlardan istifadə zamanı onlar qulağı incidir, mənfi mexaniki təsir göstərir. Orijinallardan fərqli olaraq saxta qulaqcıqların üzərində əlavə ölçü qulaqcığı olmur və fərqli qulağa malik olan insanlar məcburiyyətdən eyni ölçülü qulaqcıqdan istifadə edirlər.
Qulaqcıq satan, eyni zamanda özü də istifadə edən Aysun Nəbiyeva deyir ki, satış saytlarından topdan sifariş olunan qulaqcıqlar olduqca ucuz bir qiymətə sahibinə çatdırılır. Bu cür qulaqcıqlar keyfiyyət baxımından aşağı olduğundan xarici ölkələrdə belə qulaqcıqlar tək istifadəlik qulaqcıq kimi qəbul olunur və bir istifadədən sonra atılır. Adi günlərdə daimi orijinal qulaqcıq istifadə edənlər üçün bir istifadəlik qulaqcıqlardan istifadə etmək də qulaqlara ziyan vurmur: "Azərbaycanda vəziyyət tamam başqadır. Orijinal qulaqcıqların olduqca baha olması gəncləri saxta qulaqcıq almağa məcbur edir. Saxta qulaqcıqların keyfiyyəti olmur, tez qırılır, səsi dəyişir, xırıldayır, qulaq ağrısı verir".
Hazırda orijinal qulaqcıqlar saxtaları ilə o qədər müqayisəolunmaz hala gəlib ki, hətta satışda olan mobil telefonların orijinal qulaqcıqlarını da ayrı satan mağazalar var. Bu da onu göstərir ki, orijinallar rahatlıq və keyfiyyət baxımından ümumiyyətlə müqayisəyə gəlmir. Bəs orijinal qulaqcıqları saxtalarından necə ayırmaq mümkündür?
Texnik Kamal Ağayevin sözlərinə görə, satışda olan və qiyməti 20 manatı keçmiş qulaqcıqların heç də hamısı orijinal hesab oluna bilməz. Bəzən saxta qulaqcıqların da içində eləsi olur ki, görünüş etibarilə tamamilə fərqlənir və orijinalından seçilmir. İşbazlar bu cür malları "seçkin" mallar adlandırır və yüzlərlə orijinal mal içərisində satır. Diqqətli olduqda isə saxta malları orijinalından ayırmaq mümkündür: "Qulaqcıq alarkən naqil uzunluğuna fikir verin. Bu cür naqillər nə çox uzun, nə də çox qısa olmalıdır. Elə naqillər var ki, onlar sanki ütülənib. Olduqca yastı olurlar. Belə qulaqcıqların orijinal olması şübhəlidir. Orijinalların 90%-i yumru, hamar naqillər olur ki, belə naqillər də qatlanma, dartılma zamanı nadir hallarda qırılır. Ütülü naqillər isə tez qırılır və tez dolaşır. Bu isə onların qısaömürlü olması üçün kifayətdir. Orijinal qulaqcıqların rezin qulaqları fərqli qulaq ölçüsünə görə dəyişir. Məsələn, bir qulaqcıq alanda paketin içərisində fərqli qulaq ölçülərinə uyğun rezinlər olur ki, alıcı da öz qulağına daha münasib olanını seçə bilir".
Saxta qulaqcıqlarda səs bir qulaqcıqda daha zəif olduğu halda ikincisində olduqca güclü olur, amma orijinallarında belə problem olmur. Hər ikisinin səs səviyyəsi eyni olduğundan baş ağrısı vermir və musiqi "zərbəsi" beyni qıcıqlandırmır. Orijinal qulaqcıqların forması əksər hallarda eynidir. Onlar müxtəlif formada, rəngdə, bəzəkli, dekorlu olmaz və xüsusən ağ-qara olaraq istehsal olunar. Saxtalarda isə qulaqcıqlar oyuncaq kimi bəzəkli, rəngli və s. ola bilir".
Musiqinin insan ovqatına xoş təsir göstərməsi faktdır. Yeri gələndə bunun üçün qulaqcıqlardan da istifadə etmək olar. Ancaq ən adi qaydalara riayət etmək şərtilə. Sutka ərzində 50-60 dəqiqə qulaqcıqdan istifadə etmək sağlamlıq üçün heç bir təhlükə yaratmır. Qulaqcıqdan istifadə zamanı onun səs gücünün 50%-i ilə kifayətlənmək lazımdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Nurgül Yaşılçaya evlilik təklifi gəldi-FOTO
Əhalinin sayı açıqlandı
Yer kürəsi yaxınlığından iki nəhəng asteroid keçib
Şahzadə Harri və Meqan "Ginnesin rekordlar kitabı"na düşdülər
Ermənistanda həbs dalğası
İlham Əliyev: “Yaxın günlərdə Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq”
Ebru Şallıya milyonluq hədiyyə
Romantik şamlar
Edis yeni imicdə-FOTO
Merkuri haqqında bilinməyən gerçək
Turşuların sümük əritdiyini bilirdiniz?
Bazar günü üçün bəd proqnoz
Yanvar ayının qalibləri!
İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış oldu
Eynəyi necə seçməli?
"Nəyə görə hakim təmiz qolu qeydə almadı?!"
Gəlinlər üçün boyunbağılar
HAVA necə olacaq? 24 Mart
Sokratın 3 süzgəc testi
Min ildənbir də dünyaya gəlməyən sənətkar
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Dəbli ayaqqabılar
Hafiz Paşayev: "Hər bir təhsil və elm ocağının ürəyi kitabxanadır"
Bu gün bir neçə rayon qazsız qalacaq
Qaynar yeməyin fəsadı nədir?
Evlərimizin bəzəyi
71 yaşlı məşqçi koronavirusa qalib gəldi
Ağcaqanad dişlədiyi yerə təbii üsullar
İsrail koronavirus peyvəndi hazırlayır
2 kiloqramlıq daş udan şəxs-FOTO
Cemli peçenye (foto resept)
Gürcüstanda ali məktəblərin hazırlıq kurslarına qəbul olan azərbaycanlı tələbələrin sayı artıb
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Birinci xanım: "Bağışla, əzizim"
Uzun müddət təravətli makiyaj
Hande Erçeli məhkəməyə verdilər-SƏBƏB
Naomi məhkəməlik oldu- 3 milyon borc
Anamın əl işləri(2)
Yuxu gətirən həblər asılılıq yaradır?
Adət, yoxsa qonşudan dala qalmamaq?
“Virus 5G dalğaları ilə yayılmır” - AÇIQLAMA
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
XX əsrin faciəsi: Xocalı soyqırımından 27 il ötür
Azərbaycan tarixindən yüz şəxsiyyət-19
Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları da artırıldı
Maraqlı dizayn işi mebellər
Günün ulduz falı
Bir günə 10 milyona yaxın izləyici topladı
Dünya belə səyahət görməmişdi
Unikal rəssam: göz yaşı ilə şəkil çəkir
- ŞƏRHLƏR