Gəncədə Respublika Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, ölkəmizin Fransadakı səfirliyinin və şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Şərab Festivalı başlayıb. Festivalda ölkəmizlə yanaşı Fransa, Almaniya, İtalya, Rusiya, Moldova, Gürcüstan və digər xarici ölkələrin şərab istehsalçıları və distribütorları iştirak edirlər.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, festivalın ilk günündə yerli və xarici qonaqların iştirakı ilə ilk dəfə olaraq "Salxım" Dequstasiya müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanın 10-a yaxın şərab istehsalçısının məhsulları yer alıb. Dequstasiyanı isə yerli və xarici mütəxəssislərdən ibarət 18 nəfəlik komissiya aparıb.
Vüqar Mikayılov, texnika elmləri doktoru: “Demək olar ki, bütün standartlara riayət olunacaq. Yəni bütün butulkaların hamısının üzəri gümüş folqa ilə bağlanılıb. 1, 2 və 3 rəqəmləri ilə işarələnib ki, dequstatorlar yadda saxlasınlar və komissiyanın fəaliyyətində saxtakarlığa yol verilməsin”.
Təqdim olunan şərab nümunələri birinci, ikinci və ücüncü yerə layiq görüləcəklər ki, onlar da müvafiq olaraq qızıl, gümüş və bürüc medalla mükafatlandırılacaqlar. Bir müəssisə isə "Qradpri" adına layiq görüləcək. Mükafatlar isə sabah keçiriləcək möhtəşəm "Şərab Festivalı"nda təqdim olunacaq. III “Beynəlxalq Şərab Festivalı”nda Fransa, İtaliya və Gürcüstan da daxil olmaqla 10- yaxın xarici dövlətin şərab istehsalçıları, distribütorları və istehlakçıları qonaq qismində iştirak edirlər.
Anrey Viliye, fransız dequstator: "İndi Fransada Azərbaycanı daha çox sevirlər. İki ölkə arasında iqtisadi, mədəni, ictimai əlaqələr sürətlə inkişaf edir. Şübhəsiz ki, hər iki dövlət bu əməkdaşlıqda maraqlıdır. Belə festivalların keçirilməsi dostluq əlaqələrini daha da möhkəmləndirir".
Omar Qaçarava, gürcüstanlı dequstator: "Gürcüstanın şərab istehsalında zəngin təcrübəsi var. Biz bilirik ki, Azərbaycan şərabları da öz keyfiyyəti ilə həmişə seçilib. Çox şadıq ki, festivala dəvət almışıq və burada iştirak edirik. Ümidvaram ki, belə festivallar gələcəkdə yeni növ və keyfiyyətli şərabların istehsalına zəmin yaradacaq".
Corso Brentari, italyan dequstator: "Mən ilk dəfədir ölkənizdə şərab festivalında iştirak edirəm və buna görə özümü xoşbəxt sayıram. Azərbaycan şərablarını dequstasiya etdim. Xoşuma gəldi. Biz də gətirdiyimiz şərabları festivalda təqdim edəcəyik. Çox istərdim ki, yenidən Azərbaycana gəlim".
Artıq ənənəyə çevrilən festivalın əsas məqsədi şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarətdir.
XƏBƏR LENTİ
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi
Gürcüstandan maşın gətirənlərə BƏD XƏBƏR
Tənbəlliyə necə qalib gəlməli?
Mayonez maskası
Şokoladlı sufle (foto resept)
2010 və 2011-də ən dəbli ayaqqabılar
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Bakı bulvarında əyləncə olacaq
Aprel ayının qalibləri!
BÜRCLƏR bizə nə vəd edir?-29 Yanvar
Ermənilər atəşkəsi pozmağa davam edir
Azərbaycan ordusu Şuşa şəhərini atəşə tutmayıb - RƏSMİ
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Dua Lipadan cazibədar FOTOlar
Sabah hava necə olacaq?
O qədər xoşbəxtdir ki...
Eylatda hökmdarlar şəhəri
Azərbaycanda Bilik Günüdür
Gənc qızlar, zamana dəyər verin
Köhnə paltarlarınızı atmayın!
2015 bahar modası trendi
Düşmənləri sevindirməmək üçün oxuyun
Hicablı qadınlar üçün don dəbi
İrana yağan qar bəla gətirdi
9 may - Qələbə günüdür!
Gənc aktyor çəkiliş zamanı öldü-SƏBƏB/FOTO
Uşaqlarınızın cinsini artıq əvvəlcədən bilməyəcəksiniz
Sellulitdən necə xilas olmalı?
Gözəlləşmək üçün buzu yoxlayın!
Hazal Kaya AÇIQLAMA verdi
Trend İnformasiya Agentliyinin erməni vandalizminə həsr olunan "Sözün bitdiyi zaman" sənədli filmi
Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı İLK RƏSMİ REAKSİYA
Ağ Ev aparatında COVID-19-a yeni yoluxma
Möhtəşəm üzük modelləri
Muncuqla işlədiyim tablolar
Qabarıq ətək modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-7
Əhvala uyğun idman növü
Quyruq yağının faydaları
Atatürkün heykəlini söküb apardılar
"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı"
İşləyənlərə xəbərdarlıq
İkiqat qohumluğa ehtiyac varmı?
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
Adəm və Həvva (psixoloji test)
Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar
Günün ulduz falı