Bakıda hava 13°
USD AZN
EUR AZN

Coğrafiya elminin yaranması və inkişafı

Coğrafiya elmi ən qədim elmlərdən biridir. “Coğrafiya” termininin yunancadan tərcüməsi “Yeri təsvir edirəm” deməkdir (geo – Yer, qrafo – çəkmək, təsvir etmək). Hazırda bu elm iki əsas hissədən ibarətdir: fiziki coğrafiya, iqtisadi və sosial coğrafiya.

Bir elm kimi fiziki coğrafiya Yer səthinin təbiətini və orada baş verən hadisələri öyrənir. İqtisadi və sosial coğrafiya isə əhali və onun təsərrüfat fəaliyyətini öyrənir. Coğrafiya bir sıra elm sahələri ilə qarşılıqlı əlaqəyə malikdir. Lakin o daha çox geologiya, riyaziyyat, fizika, kimya, biologiya, iqtisadiyyat elmləri ilə bağlıdır.

Fizifi coğrafiya geomorfologiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, biocoğrafiya, landşaftşünaslıq, geoekologiya və s. sahələri özündə birləşdirir.  Fiziki coğrafiyanın ən sıx əlaqədə olduğu elm sahələri geologiya, geofizika, geokimya, biologiya və s.-dir. Fiziki coğrafiya təbii şəraiti və təbii ehtiyatları tədqiq etməklə onların insan həyatında rolunu, insanların təbiətə təsirini öyrənir.

Coğrafiya elminin yaranması və inkişafı uzun sürən tarixi prosesdir. Qədim dövrdə coğrafiya təsviri xarakter daşımışdır. Səyyahları, dənizçiləri, tacirləri ilk coğrafiyaşünaslar saymaq olar. Bu elm quldarlıq dövründə Şərqdə yaransa da, Şərqin tənəzzülündən sonra onun mərkəsi Yunanıstana və Misirə keçmişdir. Qədim dövrün çoğrafiyası haqda məlumatlar Herodot, Aristotel, Eratosfen, Strabon, Ptolomey və başqalarının əsərlərində ümumiləşdirilmişdir.

Coğrafiya elminin yaranması və inkişafı 

Coğrafiya elminin formalaşmasında Eratosfenin (b.e.ə II-I əsrlər) xidməti böyükdür. Coğrafiya terminini ilk dəfə işlədən Eratosfen, həm də Yer kürəsinin bizə məlum olan ilk xəritəsinin, ilk coğrafiya kitabının müəllifi olub, Yer çevrəsinin ölçülərini ilk hesablayan alimdir. Strabon (b.e.ə I- eramızın I əsrləri) böyük həcmli “Coğrafiya” kitabının müəllifidir.  (17 cilddən ibarətdir, XI kitabda Qafqaz və Azərbaycan haqqında məlumat verilir).  Ptolomey (I-II əsrlər) öz xəritəsində ilk dəfə meridian və paralellər cızmış, Yerin kürə formasında olmasını nəzərə almışdır.

O, Qafqaz Albaniyası (qədim Azərbaycan) haqda geniş məlumat verib. Eratosfen və Ptolomeyin xəritəsində təqribən eyni ərazilər (Şimali Afrika, Avropa, Ön Asiya) təsvir olunsa da, nisbətən mükəmməl olan Ptolomeyin xəritəsindən XV əsrə qədər istifadə olunmuşdur. Güman olunur ki, ilk qlobusu b.e.ə III əsrdə yaşamış yunanıstanlı Krates Mallosski tərtib etmişdir.

Orta əsrlər dövründə alim və səyyahlar, tacirlər coğrafi məlumatların əldə edilməsində mühüm rol oynamışdılar. Biruni (973-1048) Şərqdə ilk qlobusu tərtib etmiş, Yerin ölçülərini daha dəqiqliklə vermişdir. N.Tusi (1201-1274) Yeri iqlimlərə bölmüş, XIII əsrdə məşhur olan 256 şəhərin koordinat cədvəlini tərtib etmişdir.

Coğrafiya elminin yaranması və inkişafı

Kapitalizmin inkişafı dövründə bazarlrın genişləndirilməsi, yeni xammal mənbələrinin və ticarət yollarının axtarılması coğrafiya elminin inkişafı üçün əlverişli şərait yaratdı. XV-XVIII əsrlərdə Böyük Coğrafi kəşflər nəticəsində əksər materiklərin sahil xətləri müəyyən edilmiş, Yer kürəsinin çox hisəsi öyrənilmişdir. X.Kolumb və onun meəllimi Toskanelliyə N.Tusinin tərtib etdiyi koordinat cədvəli, Yerin kürə formasında olması haqda fərziyyələr məlum idi. Odur ki, Kolumb 1492-ci ildə Hindistan dəniz yolu ilə çatmaq məqsədilə qərbə doğru səyahətə çıxdı. İki ay üzdükdən sonra yeni torpaqlar gördü və buranı Vest-Hind, yerli əhalini isə hindu adlandırdı. Bu torpaqları Kolumb kəşf etsə də, Ameriqo de Vespuççi həmin əraziləri 1498-ci ildə tədqiq edərək, buranın yeni materik olduğunu sübut etdiyi üçün, onu Amerika adlandırmışlar. Vaski da Qama 1498-ci ildə Afrikanın cənubundan keçərək Avropadan Hindistana dəniz yolu olduğunu kəşf etdi. F.Magellan 1519-cu ildə qərb istiqamətində  səyahətə çıxdı, ekspedisiya üzvlərinin bir hissəsi 1522-ci ildə şərqdən öz vətənlərinə qayıtdı. Bu ilk dünya səyahəti coğrafiya elminə iki böyük töhfə verdi: 1) Yerin kürə formasında olması əyani şəkildi sübut edildi. 2) Dünya okeanının vahidliyi sübut edildi.

Coğrafiya elminin yaranması və inkişafı 

 XVII əsrdə hollandlar (V.Yanson, A.Tasman) Avstraliyanı kəşf etdilər. XVIII əsrdə ingilis səyyahı C.Kuk dünya səyahətinə çıxmış, bu zaman bir sıra əraziləri kəşf və tədqiq etmişdir. O, həmçinin ilk dəfə Avstraliyanın müstəqil materik olduğunu sübut etmişdir. 1819-1821-ci illərdə rus dənizçiləri F.Bellinshauzen və M.Lazarev antarktidanı kəşf etdilər.

Şimal coğrafi qütbə ilk dəfə 1909-cu ildə Robert Piri, cənub qütbə isə 1911-ci ilin dekabrında Rual Amundsen, 1912-ci ilin yanvarında isə Robert Skott çatmışlar. H.Z.Şirvani (1780-1838) 40 il ərzində Şimali Afrika, Cənub-Qərbi, Cənubi, Mərkəzi və Cənub-Şərqi Asiyanı öyrənmişdir.

Müasir dövrdə fiziki coğrafiya elminin qarşısında duran əsas məsələlər yeni metod və cihazlardan istifadə etməklə Yerin daxili quruluşunu, atmosferi, Dünya okeanını, kosmosu, geoekoloji vəziyyəti dəqiq etmək, insan və təbiət arasında qarşılıqlı təsirlə bağlı problemləri öyrənmək və proqnoz verməkdir.

Beləliklə, Yer haqqında coğrafi bilik və təsəvvürlərin inkişafını 4 mərhələyə ayırmaq olar:

       1)    Qədim dövr (ibtidai təsəvvürlə dövrü – V əsrə qədər) – təbiətdə hər şey miflərlə əlaqələndirilir, yerin müstəvi olduğu düşünülür.

       2)    Orta əsrlər dövrü (V-XIV əsrlər) – kiçik yelkənli gəmilərlə səyahətə çıxılır. Yerin daha böyük olduğu qəbul edilir.

       3)    Böyük Coğrafi kəşflər dövrü (XV-XVIII əsrlər) – demək olar ki, Yerin bütün hissələri kəşf edilir.

       4)    Müasir dövr – müasir texnikanın köməyi ilə Yer kürəsində baş verən bütün proseslər dərindən öyrənilir.

Səslərin sayı: 9
18
96841
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Ptolomey (I-II əsrlər) öz xəritəsində ilk dəfə meridian və paralellər cızmış, Yerin kürə formasında olmasını nəzərə almışdır.
13 iyun 2015 11:31
Offline
Xalidə Həsənzadə
cografiya dersini cox sevirem təşəkkür xebere gore
14 sentyabr 2014 11:41
Offline
frngz
Təşəkkürlər çoğrafiya elmini çox sevirəm minnətdaram!
17 iyun 2014 00:37
Offline
Deniz N-va
MEN COGRAFIYANI COX SEVIREM BELE RIYAZI DERSLERDEN XOSUM GELIR EN COX DA MIQYAS MOVZUSU UCUN OLUREMM girl_ten girl_ang
27 may 2014 17:39
Offline
Rafaella
Cografiya elmine maragim olduqca boyukdu. Ela xeberdi. Teshekkur
25 may 2014 00:03
Offline
Alina
Coğrafiya. winked Əslində çox da sevmirdim,bu fənni. dash Lakin istədiyim sənət 2-ci qrupda idi deyən,coğrafiyanı da oxumalı oldum diablo və imtahanda 23 düz saxladım. laughing Müəllimim çox yaxşı idi,bəlkə,də onnan.Özümə inana bilmirdim. dance1 İndi isə çox sevdiyim bir fəndir.Əlimə kitab düşdükcə oxuyuram.Biliyimi təzələdim.Buna görə təşəkkürlər. give_ros
24 may 2014 22:57
Offline
Agats_fan
Coğrafiya dərslərinə də başladın.

tebrikler mocking xeber ucunde ayrica tesekkurler
24 may 2014 21:12
Offline
Zalım dünya
Təşəkkür maarifləndirici xəbər oldu
24 may 2014 20:08
Offline
Qəribə
Maraqlı xəbərə görə təşəkkürlər Aqat xanim. give_ros
24 may 2014 17:34
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥♥S.Nur♥♥
COQRAFIYA HEQIQETEN MARAQLI FENNDIR.AMMA MENE HEYF KI BU FENNI MUELLIM CATMAMAZLIQINDAN UDMAN MUELLIMI KECIB.QALANINI OZUNUZ TESEVVUR EDERSINIZ HER HALDA...
24 may 2014 17:20
Offline
Ceylan Mumoğlu
♥NiLuFeR♥,
Ceylan xanım məndə istəyirəm virtual dərslər hazırlayım saytımız üçün,necə fikirdi

Nilufərcim, sən qabiliyyətli qızsan düzü. Amma dərslər belədir ki, çox məsuliyyət tələb edir.Hazırda saytımıza dərs göndərənlər bir Səbinə müəlliməmizdir ki, həm də məktəbdə dərs deyir, evə gəldikdən sonra dəyərli zamanını saytımıza həsr edir. Bir də redaktor Agatdır ki, o da təhsilini bitirib artıq. Sən mən bilən hələ tələbə kimi davam edirsən. İsmarıcda yazarsan ətraflı söhbət edərik bu haqda.
24 may 2014 16:44
Offline
Realist
Ay Agat, Allah səndən razı olsun. Kirəclənmiş, coğrafi biliklərimi işlətdim. Hafizəm yerinə qayıtdı, sayəndə...Coğrafiya mənim sənətimin, ikinci qoludur. Ancaq hər zaman tarixdən bir addım geridə tutmuşam. Orta məktəbdə, daha çox sevdiyimə rəğmən. Coğrafiyada, mənə ən maraqlı bölmə, "Ölkəşünaslıq"dır. Çox sağ ol. girl_ten Ardını da səbrsizliklə, gözləyirəm.
24 may 2014 15:40
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
♥NiLuFeR♥
İnan ki, bu cür təmənnasız əmək sərf edən insanımız çox azdır

Ceylan xanım məndə istəyirəm virtual dərslər hazırlayım saytımız üçün,necə fikirdi girl_smi blush
24 may 2014 15:12
Offline
tutu abbaszade
Cografiya,canim fennim,cox sevirem bu fenni,tesekkur xeber ucun.
24 may 2014 15:06
Offline
Agat_Kris
Allah razı olsun. Allah ürəyincə versin hər zaman

Bu qədər tərifə inanın ki, heec ehtiyac yoxdur. Siz sağolun ki, şərait yaradırsınız wink
24 may 2014 14:52
imza: Pozitiv olun!
Offline
Ruhəngiz
Maraqlı xəbərə görə təşəkkürlər,Aqat.
Təbiətdə və cəmiyyətdə baş verən hadisələri başa düşmək,izah etmək üçün coğrafiya elmi köməyimizə çatır.Coğrafiyanın təhqiqat sahələri çoxdur:
rəngarəng təbiətiətin,müxtəlif xalqların,insanların,yaşayış məntəqələrinin,insanların təsərrüfat fəaliyyətlərinin,kartoqrafik təsvirlərlə yanaşı,plan,xəritə,qlobus coğrafi bilikləri mənimsəməkdə yardımçı olur.
24 may 2014 14:47
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Ceylan Mumoğlu
Agat, hahaldır sənə, Coğrafiya dərslərinə də başladın. Sənin kimi öyrətmək istəyi ilə coşan insanlara heyran olmamaq olmur. İnan ki, bu cür təmənnasız əmək sərf edən insanımız çox azdır. Allah razı olsun. Allah ürəyincə versin hər zaman kiss
24 may 2014 14:25
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Coğrafiya menim heyatimdir eyyyy....En cox marağım bu fenne qarşıdır.Gelecekde de yeqin atamin yolunu davam etdirerem.İqtisadiyyata zada vererem.
24 may 2014 14:06
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış