Bakıda hava 20°
USD AZN
EUR AZN

Qadın.netlilərin tərcümeyi-halı 7

Qadın.netlilərin tərcümeyi-halı 7

Gülərəsmər

Mən M.Jalə 1985-ci ildə Qazax şəhərində anadan olmuşam. Ailəmiz 5 nəfərdən ibarətdir. Atam, anam, qardaşım, bacım və mən. 1991- ci ildə məktəbə getmişəm. 2001-cil ildə məktəbi bitirdim, həmin il SDU-nin Tarix fakültəsinə qəbul oldum. Evimizdə iki qat bayram idi, bacım da Tibb Universitetinə daxil olmuşdu. 4 il gözəl tələbəlikdən sonra 2006-cı ildə Universiteti bitirdim. Hazırda qardaşim DIN də, bacım da öz sahəsi üzrə işəyir. 2006-cı ildə ailə həyatı qurdum, indi 2 gözəl qızımız var. Hələlik evdar qadınam inşallah qismət olsa işləyəcəm. Məndən bu qədər. Yeqişim bu xəbərdə mənə yer verdiyin üçün təşəkkür edirəm.

PrOsTa NiKa

Mən Həsənzadə Nigar 1995-ci ildə aprelin 17-də Suqayıtda anadan olmuşam. Ailədə 4 nəfərik: atam, anam, bacım və mən. Bacım ATU-da oxuyur. Mən də həmişə həkim olmaq istəmişəm, amma biologiya ve kimya fənnini sevmədiyim üçün sənədlərimi 4-cü qrupa verməmişəm. 2012-ci ildə məktəbi bitirmişəm, ADPK-nın Riyaziyyat ve informatika fakültəsinə daxil olmuşam. Məktəb vaxtlarım çox maraqlı və əyləncəli keçib. O günlərim üçün çox darıxıram, sinif yoldaşlarımla hələdə əlaqə saxlayıram. Boş vaxtlarımda skripka çalıram və Qadın. netə (yeni bura) gəlirəm. Bura ilk gəldiyimdə Pərvanə Əliyevaya yazmışam. Bəzi şeyləri mənə Pərvanə bacı öyrədib. Bura girməkdə əsas məqsədim mətbəx, gözəl xanım bölmələrini oxumaq olub. Sonra bəzi xanımlarla dost oldum, söhbət etdim. Bunlardan biridə Deniz 84 bacı olub, çox şeyi o öyrədib mənə, əsasda xəbər qoymağı. Hələ tam öyrənməmişdim xəbər qoymağı bunun üçün ilk xəbərimi redaktor Fidan yazıb. Xəbərimi yazdıqda Deniz bacıya söz vermişdim ki ,tam özüm öyrənəcəm xəbər yazmağı və sözümdə durdumda. Artıq sərbəst xəbər yaza bilirəm. Belə-belə Dəniz bacının nəzarətçisi oldum. Artıq günün əsas xəbərlərini qoyuram. Bir daha Dəniz bacıya mənə dözdüyü üçün təşəkkür edirəm. Onu xəbər işlərində çox yormuşam. Burda olduğumüçün çox şadam. Günün xəbərlərini oxuyub, şərh yazdığınız üçün təşəkkürlər.

Qadın.netlilərin tərcümeyi-halı 7

İnsanliq

Adim Ayşəndi, 10.02.86-ci ildə Hacıqabul rayonunda anadan olmuşam. 1990-ci ildən Əli Bayramlıya (indiki Şirvana) köçmüşük. Ailədə 4 nəfər idik, 1 qardaşım var adı Şahmardı məndən yaş yarım böyük 84-cü ildəndi, Ali təhsillidi, Neft Akademiyasını qurtarib, Karatajnıda dəstə rəisi işləyir. Anam evdar qadındı, atam ancaq Ali təhsilliydi Şirvanda stansiyada baş xəzinadar vəzifəsində işləyirdi. Bacı-qardaş ikimizdə evimizin yanında 16 saylı məktəbə 1-ci sinifə getmişik, 2004-cü ildə məktəbi bitirmişəm, 6 ay kompüter kursuna getmişəm, başqa heç bir yeri oxumamışam, həvəsimdə olmayıb. Azərbaycanın çox yerlərin gəzmişəm, yeyib-içib, geyinib-keçinib kef eləmişəm. Qəti yalan danışan deyiləm, danışandan da acığım gəlir. Oğlan kimi olmuşam, hər şeyi bacarıram, bir az tərsəm, bir az eqoistəm, beynimə olanı edirəm, neynəyim Allah verən xasiyyətdi. 2009-cu ildə qardaşımın toyu olub, 2010-cu il avqustun 9-u mənim şirin burun balam Nuru (rəhmətlik babamızın adıdır) olub. NURU atama oxşayır, atamın da da gəlib-gedən nəfəsiydi, mənim də. İndi ona baxanda ele bilirəm atamın canı ondadı. Gəlinimiz tarixi qurtarıb, amma YAP-da təlimatçı işləyir, çox gözəl gəlindi, elə bilirəm bacımdı, ailələri də çox gözəldi, Allah yaxşı ailələrə onun kimi gəlin qismət etsin. 2013-cü ilin iyunun 10-da gəlin köçmüşəm, 2 gün sonra a.am bibimlə, gəlini uşaqları götürdü gəldi, utandımki niyə gəlib, ayıbdı deyə. Deməmişkən kişi mənsiz evdə adım çəkilən kimi gözü dolurmuş, deyib kim mənə nə deyir desin gedəcəm o mənim balamdı. 11 gün öz evimdə qaldım, 5 dəfə gəldi, bazarlığımıda eləyib gətirdi. 20-si zəng elədiki axşam qonaq gəlin, mən də gec getdim, tez də gəldim hec 2 saat olmadı. Qonağımız çox idi, atamla söhbət etməyə vaxt olmadı, tələsik görüşüb çıxdım, amma yeznəsinin əlin tutub tapşırıb ki, Doşidən  (uaqlıqdan mənə elə deyirdi idi, dovşanın qisası) muğayət ol, 21 görmədim, 22-si tezdən durmuşam, çantalar qapının ağzında maşın gələcəkdi, saat 8-ə işləmişdi. Qardaşım yoldaşıma zəng elədi, mənə hec nə demədilər, amma nəysə narahat oldum yoldaşımı gözləmədən çıxdım. Evə çatana kimi dua etdim, amma xeyri olmadı. Evə girəndə yerinin içində atamı yatmış kimi gördüm, amma nəfəs yox idi, o an ətrafda kim var idisə hamıya nifrət edirdim, hamını öldürmək istəyirdim. 3 gün yemədim-içmədim, özümü öldürmək istədim, bir tək anama görə qaldım carəsiz. Mənə yaz deməyinizə peşman olduz, hə Yeganə xanım başınızı ağrıtdımsa bağışlayın, ürəyim doludur. Həyat dolu tərcümeyi-halımı sizinlə paylaşıb qəlbən rahatlaşdım sanki.

Aşk Mələği

Adım Mələkdir. 1991-ci il sentyabrın 10-u Qəbələdə anadan olmuşam. Ailədə 5 nəfərik: atam, anam, böyük bacım, mən, kiçik bacım. Böyük bacım ailəlidir. Kiçik bacım da mənim kimi subaydır. Ortancılam, əsl adım Leyladır, anadan olmazdan qabaq Leyla qoymaq istəyiblər qoyublar, amma bir neçə ay sonra adımı dəyişdirib Mələk qoyublar. 1997-ci ildə məktəbə getmişəm. Məktəbdə əlaçı idim. Əslində atam məni 4-cü sinifdən məktəbdən çıxarmaq istəyirdi ki, yəni "qız uşağı nədi oxumaq nədi" deyirdi, amma anam qoymadı, məktəbdən çıxmağıma icazə vermədi. 5 il sonra, yəni 9-cu sinifdə də eyni şey oldu, yenə atam istəmədi oxuyum. Bu dəfə mən özüm onunla danışdım bir təhər yola gətirdim. Nəisə bele-bele 11-i qurtardım. İstəyirdim ki, Universitetə sənədlərimi verim, tərcüməçi olum, qoymadı. Mən də getdim bibim qızının yanına salona, saç ustası sənətini öyrəndim. Bax beləcə indi saç və makyaj ustasıyam. Rəfiqələrim, sinif yoldaşlarım, dost-tanışlarım mənim keçmişimi biləndə mənə deyirdilər ki, mən sənin yerində olsaydım çoxdan həyatdan bezib , "Pessimist"olardım. Mən "Realist" insanam, bir az da "Optimist" əm. Yəni, hər şeyi realda görən insanam. Bir dənə söz vare "Pessimst tuneldəki qaranlığı, Optimist tuneldəki qatarın işığını, Realist isə qatarı görür" bax mən beləyəm.

Cute angel

Salam əvvəlcə xəbərinizdə mənə də yer verdiyiniz üçün çox sağ olun. Mənim adım Rəvanədir, 1992-ci ildə noyabırın 17-də Şəkidə anadan olmuşam. Ailədə 5 nəfərik: atam, anam, qardaşım, nənəm birdə mən. Qardaşım məndən 1 yaş böyükdür. Mən birinci sinifə 1999-cu ildə getmişəm. 2008-2009-cu ildə məkdəbdən ayrılmışam, həmin il Şəki pedaqoji kolecinə daxil olmuşam. 2012-2013-cü ildə kollecin "Fiziki tərbiyə və gənclərin çağrışa qədərki hazırlığı" fakültəsini bitirmişəm. Hal-hazırda işləmirəm, arzum sənətim üzrə işləməkdir, subayam, məndən bu qədər.

Qadın.netlilərin tərcümeyi-halı 7

♥Sweet dreams♥

Gözəl bacım ilk öncə mənə xəbərində yer verdiyinə görə çox sağ ol. Mən Cəbiyeva Zibeydə 1997-ci il mayın 4-də Bakı şəhərində anadan olmuşam. 2003-cü ildə məktəbə getmişəm. 4 il rəqslə məşğul olmuşam. Ailədə 4 nəfərik: atam, anam, qardaşım və mən. Qardaşımla bir sinifdə oxuyuruq. Bu il inşallah məktəbi bitirib, Ali məktəbə sənəd verəcəyik.

GülTən MİR

Mən Miriyeva Gültən 1988-ci ilin 30 noyabrında dünyaya gəlmişəm. Evdə 5 uşaq idik: 4 bacı 1 qardaş. Mən son beşiyem. Atam müəllim idi, mənim də oxumağa çox həvəsim var idi. Elə 1 və 2-ci sinifdən əlaçı idim. Sonra elə oldu ki, bütün arzularım puç oldu, atam dünyadan köçdü, ümidlərimdə qırıldı, oxumadım. Oxusaydımda qardaşım heç vaxt Universitetə qəbul olmağa qoymazdı. Bunu o vaxtdan bildim. 10-cu sinifi bitirib, 2005-ci ilin 2 oktyabrnda ailə qurdum (öz istəyimlə yox) 2006-cı ildən Rusiyada yaşayıram. 2007-ci ildə Ana oldum, qızım Sara dünyaya gəldi.  İndidə inşallah yazda ikinci dəfə Ana olmağa hazırlaşıram. Arzusunda olanlara qismət olsun. Amin!

Şükür Allaha heç nəyə ehtiyacım yoxdu, həqiqətən çox xoşbəxtəm, bircə sağlıq olsun bəsimdi. Yeqiş sənədə təşəkkürlər.

Qadın.netlilərin tərcümeyi-halı 7

Inci mirzezade

Salam Yeqiş bacı. Tərcümeyi-halımı yazıram. Mirzəyeva Nərgiz 1988-ci il, dekabrın 18-də Ağdam rayonunda anadan olmuşam. Atamın sevimli qızıyam. Adımı atam verib "Nərgiz çiçəyi". Atamla ata balalıqdan başqa, həm də dostuq. Məndən böyük qardaşım və məndən balaca bacım var. 1995-ci ildə 1-ci sinifə getmişəm. 2006-ci ildə orta məktəbi bitirib, Ağdam Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olmuşam. 2009-cu ildə bitirib, elə həmin ildən Ağdam rayon 7 illik uşaq musiqi məktəbində fortepiano müəlliməsi işləyirəm. Çoxlu şagirdlərim var. 2-si Musiqi texnikumunda əlaçı oxuyuram. Şagirdlərim məni çox istəyirlər. Çünki onlarla həm də dost kimiyəm. Subayam. Həm xalayam, həm də bibiyəm. Atam sənətkardı, anam riyaziyyat müəlliməsidir. Mənim çox qayğısız, xoşbəxt uşaqlığım olub. Elə o cür də davam edir, şükür Allaha. Çox sağ ol Yeqiş bac.ı

MIF

Xəbərinizdə mənə də yer verdiyiniz üçün çox sağ olun. Mən, Mənsurə 1 noyabr 1980-cı ildə Bakı şəhərində anadan olmuşam. Sakit, özünə qapanan uşağlığım olub. Evin ortancılıyam. 1987-ci ildə orta məktəbə getmişəm, 9-cu sinifdən isə 5 saylı kimya biologiya təmayüllü litseyə qəbul olub, 11-ci sinfi orda başa vurmuşam. Ailəmin istəyi ilə IV qrupa sənədlərimi verdim və qəbul ola bilmədim. Sinif yoldaşımla təsadüfi qarşılaşmağım məni 1 saylı Tibb Texnikumuna gətirdi. Sənədlərimi verdim və yüksək balla həmin texnikumun "Müalicə işi" fakültəsinə qəbul oldum. Əvvəlcə fikirləşdim ki, oxumaq daha bəsdi. Buranı bitirərəm, bir yerdə işə düzələrəm vəssalam. Amma oxumaq həvəsi qalib gəldi və evdəkilərə Universitetə hazırlaşmaq istəyimi bildirdim. Sağ olsunlar etiraz etmədilər. 2000-ci ilin fevralında Texnikumu bitirdim və ata anamın işlədiyi bir müəssisədə tibb bacısı kimi işləməyə başladım. Eyni zamanda özüm müstəqil qəbul imtahanlarına hazırlaşırdım. (Bu yerdə hələ litseydə oxuyarkən mənə fizikadan hazırlıq keşçmiş Əli müəllim və texnikumdan sonra riyaziyyatdan mənə kömək edən qonşu riyaziyyat müəlliminin əziyyətini qeyd etməsəm günah olar.) Beləliklə həmin il Azərbaycan texniki Universitetinə qəbul oldum. Qohumlar inanmırdılar, heç kim gözləmirdi ki, yenidən sənəd verə bilərəm. Amma məndə alındı, Allahıma şükürlər olsun. Mən öz yaşıdlarımla deyil, özümdən kiçiklərlə tələbə yoldaşı oldum. Hər kəsə qəribə gəlirdi Tibb Texnikumunu bitirib I qrupa qəbul olmağım. Tamam ayrı-ayrı sahələr idi. 2004-cü ildə Universiteti bitirdim və 1 il sonra kolleclərdən birinə laborant düzəldim. 1 il sonra də dərs deməyə başladım. İndi həmin kollecdə həm laborant, həm də müəlliməyəm. Məndən böyük bir bacım və məndən kiçik bir qardaşım var. İkisi də evlidirlər və hər birinin iki oğlu bir qızı var. Bacım Almaniyada yaşayır.

Qadın.netlilərin tərcümeyi-halı 7

Aytac Mammedova

Mənim adım Aytacdır, çoxları mənə Tacik, Mala deyir. Mala sözüdə-mən ağ dərili olduğuma görə ağcamaya deyiblər. Məndə maya deyə bilməmişəm,Mala demişəm. Ondan bəri adım Mala qalıb. Balaca vaxtı hamının sevimlisi davakar, qaşqabaqlı qız olmuşam. Ailədə 7 nəfər olmuşuq. 4 bacı, 1 qardaş, ana və ata. 18 yaşımda yoldaşımla calamaqla bir birimizi görüb və ilk baxışdan sevmişik və sevirik. Indi ailədə 5 nəfərik, 2qızım, qaynana və qaynatam. Sənətim dərzidi və sənətii çox sevirəm. Özümü çox xoşbəxt hiss edirəm. Uşaqlarım və yoldaşımı dəlicəsinə sevirəm və fərq qoymuram. Onlar üçün  canımdanda keçərəm. Təmizliyi, biş-düşü, tikməyi və qadına hörmət və qayğını çox sevirəm. İndi can deyənə canımı verərəm, gülərüz, zarafatı sevənəm. Indi gündəlik işim tikmək, uşaqlarıma vaxt ayırmaq, yoldaşımla zaman keçirmək və Qadın.netlə, dostlarla yazmaqla vaxtım keçir. Ən böyük arzum ailəmi itirməməkdir.

Səslərin sayı: 16
81
6689
loading...
Şərhlər
Offline
AFƏR
Super xeber hazirlamisan baci ferqli ferqli taleler ehhhh yes
23 aprel 2014 14:28
Offline
♥NiLuFeR♥
Yegiş bacım gözəl xəbərdi,belə xəbərlər hazırlayanda mənə də xəbər elə kiss
27 fevral 2014 22:45
Offline
GUNES
winked bye tanisligimiza memnun oldum good
27 yanvar 2014 09:38
Offline
gozelgozlu
Mende yazacam hele tezeyem yes
18 dekabr 2013 18:40
Offline
SR (Nişanlı)
insanliq,
Allah atana rehmet etsin mekani cennet olsun
5 dekabr 2013 13:14
Offline
guleresmer
Sonay Quluzade,Ay Gulus familya ele familyadi ki, yazim. blum Dunen Qazaga getmisdim sekillere baxirdim Caparidze parikindaki cekdirdiyimiz sekiller kecdi elime.O gunlerimiz olardi.Gor nagarirsan qaynanamla arami vura bilrsenmi no niye paxiliq edirsiz yaziq men butun gunu evde paslanib qalmisam cray Yeqisim xeberin good
2 dekabr 2013 18:58
Offline
SARA91
TANIŞ OLMAQ ÇOX XOŞDUR,TƏŞƏKKÜRLƏR.
2 dekabr 2013 17:04
Offline
Aytac Mammedova
ali huseynov,
Bacım maraqlıdı niyə mənim yazdım tərcümeyi hal xoşunuza gəlib,vaxtınızı almıramsa
2 dekabr 2013 13:28
Offline
Meleyim :)
Tanish olduqumuza shad oldum. Coxdan saytda olmamaqim beledir deee.
2 dekabr 2013 12:41
Offline
Aminim
Sag ol baci,ALLAH komeyin olsun,ALLAH butun atalarin,analarin canin sag etsin,bilirsen baci Yegis bacim pesman oldu demeyineki ozun haq-da yaz,men de yazdim,sonra dedim siz coxunu silersiz,bezi yerlerini saxlayarsiniz,bacim az 1 sey silib,coxunu atib bura,duz deyirsen ona gore gulmeli alinib

Amin canım .Yoxx niye ele deyirsen canim gulmeli niye en səmimi icdən gələn mehz senin tercumeyi-halin olub.Maraqli ,təsirli oldugu ücün hamısını yerleşdirdim.


Yeqişim yenə yaradıbda ,əllərinə sağlıq .Çox maraqlı idi

Sag ol Revuşum


Sonay Quluzade,
Demə dayyyyyy.Gec olanda urvatdıııı olur bajı
2 dekabr 2013 12:05
imza: qadin.net
Offline
AYGUN_1981.
Tanişligimiza shad oldum give_ros o
2 dekabr 2013 11:59
Offline
MIF
Axir ki menim de tercumeyi halim gorundu
2 dekabr 2013 11:08
Offline
ali huseynov
Salam en cox xowuma gelen tercumeyi hal Aytac Memmedovaninki oldu. Halaldi cox saqolun haminiz.
2 dekabr 2013 11:06
Offline
Sonay Quluzade
Xeber tekrardi duzdu o gun verilsede 1 saatdan goturuldu.cunki bir userin 1 gunde 2 xeberinin yayimlanmasi qadagandir.

A bajı, günah özündədir, kim deyirdi ki, online SMS-də hay sal ki, iki xəbərim birdən çıxıb yahoo Onda da belə olur. Elə mən də əvvəl çıxanda oxumuşdum.
Gülərəsmər, soyadını niyə yazmıyıfsan hə mocking Bəs niyə demirsən ki, tələbə olanda Sonayla bir az qalmışam, o qədər onun başını qaşımışam lol
Hələlik evdar qadınam inşallah qismət olsa işləyəcəm.

Gözdə, qulaqda ol, işləyəcəksən, qoy hələ qaynananı görüm sənin. Nə işləmək, qəşəng oturubsan da evdə.
İnsanliq, bacı Allah səbr versin. Gedən heç vaxt dala qayıtmayıb, sən çoxlu dua elə atan üçün. Bundan sonrakı həyatın ürəkaçan olsun.
Cute angel, ay bacı, sən niyə bir yerdə qərar tuta bilmirsən, indi də Şəkiyə köçdün lol
Yegiş, xoşladığım xəbərlərdən biridir.
2 dekabr 2013 08:55
Offline
insanliq
Aytac Mammedova,
Sag ol baci,ALLAH komeyin olsun,ALLAH butun atalarin,analarin canin sag etsin,bilirsen baci Yegis bacim pesman oldu demeyineki ozun haq-da yaz,men de yazdim,sonra dedim siz coxunu silersiz,bezi yerlerini saxlayarsiniz,bacim az 1 sey silib,coxunu atib bura,duz deyirsen ona gore gulmeli alinib
leyla eliyeva,
N.(SaTuOr),
Qizlar ALLAH komeyinizde dursun hemise,1 de o acini hec bir qiza gostermesin(vaxtsiz olumu).AMIN INSALLAH
2 dekabr 2013 01:20
Offline
Aytac Mammedova
Ayşən bacım əvvəlini oxuyanda gülmək tutdu ki hamının nəyi var,nəyi yox yazmışam, biggrin amma bacım axırın oxuyanda gözlərim yaşardı amma qızım yanımdaydı deyə ağlaya bilmədim,allah atana rəhmət eləsin,qəbri nurla dolsun,ölüm ağır itkidi Allah heç kimə göstərməsin
1 dekabr 2013 22:03
Offline
♥A.Ravana♥
Yeqişim yenə yaradıbda ,əllərinə sağlıq give_ros .Çox maraqlı idi
1 dekabr 2013 18:33
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Ibrahimova Gulya♥S♥
Canım Yeqişimm həmişəki kimi xəbərin əla alınıb.Xanımlarımızı yaxından tanımağıma şad oldum give_ros
1 dekabr 2013 18:21
Offline
mira-kerim
YEGiŞ,
Bir müddət məndə redaktor olmuşam.. bilirəm çox çətindir.Amma bu qadin.net mənə o qədər dogmadirki istəmirəm nəsə səhvlik olsun.. love heç olmurda olan kimi düzəldirlər...
1 dekabr 2013 18:09
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Aminim
mira-kerim,
Mendə istəmirəm hec fikir vermirəm sayəndə baxıram sonradan recourse
1 dekabr 2013 17:08
imza: qadin.net
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış